1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   36   37   38   39   40   41   42   43   ...   70

Dövlət  mülkiyyəti  ümumdövriyyə  xarakteri  daşıyır.  Dövlət  başqa  mülkiyyətçilərin 
malik olmadığı mülkiyyət obyektlerini əldə edə bilər və əldə edir. 
Mülki  Məcəllənin  155.2-ci  maddəsində  qeyd  olunur  ki,  fiziki,  hüquqi  şəxslərin  və  ya 
bələdiyyələrin  mülkiyyətində  olmayan  torpaq  və  digər  təbii  ehtiyatlar  dövlət  mülkiyyətidir. 
Bu  obyektlərin  geniş  dairəsi  «Azərbaycan  Respublikasında  mülkiyyət  haqqında»  9  noyabr 
1991-ci  il  tarixli  Qanunda  (23  aprel  2002-ci  il  tarixli,  311-IIQD  nömrəli  qanuna  əsasən 
qüvvədən  düşmüşdür)  göstərilmişdir.  Həmin  Qanunda  deyilir  ki,  respublika  ərazisi 
hüdudlarında  torpaq,  yerin  təki,  daxili  sular  və  ərazi  suları,  qitə  şelfi,  bitkilər  və  heyvanlar 
aləmi,  hava  hövzəsi  Azərbaycan  Respublikasının  müstəsna  mülkiyyətidir.  Azərbaycan 
Respublikası torpağı öz vətəndaşlarının xüsusi mülkiyyətinə verə bilər. 
Azərbaycan  Respublikası  onun  ərazisinə  bitişik  Xəzər  dənizi  iqtisadi  zonasının 
ehtiyatlarına beynəlxalq hüquqla təsdiq edilmiş hədlərdə sahiblik, onlardan istifadə və onların 
barəsində sərəncam hüququna malikdir. 
Azərbaycan  Respublikasının  ərazisində  olan  bütün  təsərrüfat  sahələrinin  müəssisələri, 
energetika, nəqliyyat və rabitə şəbəkələri (sistemləri), dövlət mənzil fondu, dövlət idarələrinin 
əmlakı,  mədəni sərvətlər  və tarix abidələri, infrastruktur obyektləri, o cümlədən kurort-turist 
təyinatlı  obyektlər,  dövlətin  vəsaiti  hesabına  yaradılmış  digər  əsas  fondlar,  dövlət  bankları, 
maliyyə  və  kredit  ehtiyatları,  qiymətli  kağızlar  və  suveren  dövlət  kimi  Azərbaycan 
Respublikasının  qarşısında  duran  vəzifələri  həyata  keçirmək  üçün  lazım  olan  digər  əmlak 
Azərbaycan Respublikasının dövlət mülkiyyətinə aiddir. 
Azərbaycan  Respublikasının  dövlət  maliyyə  ehtiyatları  hesabına  yaradılmış  və  başqa 
dövlətlərin  ərazisində  yerləşən  müəssisələr  və  ya  onların  hissələri  də  Azərbaycan 
Respublikasının dövlət mülkiyyətidir. 
Xüsusi  mülkiyyət  hüququ.  Respublikamızda  mülkiyyət  hüququnun  mühüm 
formalarından  biri  də  xüsusi  mülkiyyət  hüququdur.  Xüsusi  mülkiyyət  hüququnun  anlayışı 
«Azərbaycan  Respublikasında  mülkiyyət  haqqında»  Qanunda  (23  aprel  2002-ci  il  tarixli, 
311-IIQD nömrəli qanuna əsasən qüvvədən düşmüşdür) verilmişdir. Həmin qanuna əsasən, 
xüsusi  mülkiyyət  hüququ  istehsal  vasitələrinə,  qeyri-istehsal  təyinatlı  predmetlərə  və 
sərvətlərə,  pul  vəsaitinə  və  qiymətli  kağızlara,  onlardan  istifadə  olunmasının  nəticələrinə 
sahiblik,  onlardan  istifadə  və  onların  barəsində  sərəncam  sahəsində  ayrı-ayrı  şəxslərin 
qanunla qorunan hüquqlarının məcmusudur. 
Respublika qanunvericiliyinə  müvafiq olaraq  xüsusi  mülkiyyət  hüququ öz  növbəsində 
vətəndaşların və hüquqi şəxslərin mülkiyyət hüququna bölünür. 
Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  keçmiş  «sosializm»  adlandırılan  bir  dövrdə 
cəmiyyətin əsas prinsipi  «hər kəsə əməyinə görə» kimi  müəyyən olunmuş, əmək  hüququ  isə 
vətəndaşların  əsas  hüquqlarından  olan  sosial-iqtisadi  hüquq  kimi  qanunla  möhkəmlənmişdi. 
«İnsanın  insan  tərəfindən  istismarı»  qadağan  olunmuş,  istehsal  vasitələri  üzərində 
mülkiyyətin  sosialist  forması  şəriksiz  olaraq  hökmran  idi.  Şəxsi  mülkiyyət  adlanan 
vətəndaşların  mülkiyyətinin  əsas  mənbəyi  ictimai  istehsal  vasitələrinə  sərf  olunan  əmək  idi. 
Əməyə  görə  bölgü  prinsipi  üzrə  vətəndaşlara  məcmu  ictimai  məhsulun  çatan  hissəsi  əsasən, 
tələbatın ödənilməsinə yönəlmişdi.  Bununla yanaşı, şəxsi  mülkiyyətin  mənbələrindən biri də 
ictimai  istehlak  fondlarından  ödənilən  pensiya,  müavinət  və  stipendiyalar  idi.  Vətəndaşların 
tələbatının  ödənilməsinə  eyni  zamanda  pulsuz  tibbi  xidmətləri,  mənzil-kommunal,  nəqliyyat 
xidmətləri və s. aid etmək olardı. 
Hazırda qüvvədə olan Azərbaycan Respublikası Konstitusiyası reallığı əks etdirərək nə 
əmək  hüququnu,  nə  də  əməyə  görə  bölgü  prinsipini  əsas  götürmür.  Heç  kəs  zorla  işlədilə 
bilməz.  Eyni  zamanda,  hər  kəsin  əməyə  olan  qabiliyyəti  əsasında  sərbəst  surətdə  özünə 
fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır (Azərbaycan Respublikası 
Konstitusiyasının 35-ci maddəsi). Dövlət əqli  mülkiyyət hüququnun, yəni müəlliflik hüququ, 
ixtiraçılıq hüququnun və s. qorunmasına təminat verir. 
Buna  uyğun  olaraq  vətəndaşların  mülkiyyət  hüququnun  təzahür  formaları  kimi,  onun 
əmələ gəlmə mənbələri də mühüm dəyişikliklərə uğramışdır. Hazırda vətəndaşların mülkiyyət 
hüququnun əsasını onların muzdlu işçi kimi əməyi və müstəqil iqtisadi fəaliyyəti təşkil edir. 


İqtisadi  fəaliyyətdə  də  öz  növbəsində  qanuna  uyğun  olaraq  qeydiyyata  alınmaqla 
əmlakdan  istifadə,  məhsulun  satışı,  işlər  görülməsi  və  xidmətlər  göstərilməsi  yolu  ilə 
müntəzəm  gəlir  əldə  etmək  məqsədilə  müstəqil  sahibkarlıq  fəaliyyəti  ilə  məşğulluq  qeyd 
olunmalıdır.  Sahibkarlıq  fəaliyyəti  muzdlu  əməyi  tətbiqetmə  və  ya  etməmə  yolu  ilə  həyata 
keçirilir. 
Yuxarıda  deyilənləri  nəzərə  alsaq  demək  olar  ki,  vətəndaşların  xüsusi  mülkiyyəti 
hazırda aşağıdakı formalarda özünü göstərir: 
•  istehsal 
vasitələrinin 
mülkiyyətçisinin 
kımin 
olmasından 
asılı 
olmayaraq ona təklif olunan muzdlu əmək - vətəndaşların  mülkiyyətinin mənbəyi kimi; 
•  gəlir  əldə  olunmasına  xidmət  etməyən  şəxsi  iqtisadi  fəaliyyət  -  vətəndaşların 
mülkiyyətinin mənbəyi kimi; 
•  şəxsi əməyə əsaslanan sahibkarlıq fəaliyyəti - vətəndaşların mülkiyyətinin mənbəyi 
kimi; 
•  muzdlu  əməkdən  istifadə  etməklə  sahibkarlıq  fəaliyyəti  -  vətəndaşların 
mülkiyyətinin mənbəyi kimi. 
Axırıncı  -  muzdlu  əməkdən  istifadə  etməklə  sahibkarlıq  fəaliyyəti  həm  hüquqi  şəxs 
yaratmaqla, həm də yaratmamaqla ola bilər. 
Xüsusi  mülkiyyətin  bir  növündən  başqa  növünə  keçmək  üçün  qanun  heç  bir 
məhdudiyyət  qoymur,  əksinə,  daha  çox  iqtisadi  və  sosial  effekt  verən  sahəyə  əməyin  və 
kapitalın cəlb edilməsi dövlət tərəfindən həvəsləndirilir. 
Qeyd olunmalıdır ki, bir şəxsin xüsusi mülkiyyəti bir deyil, bir neçə mənbədən yarana 
bilər. Məsələn, vətəndaş təqaüdçü kimi pensiya, muzdlu işçi kimi əmək haqqı, səhmdar kimi 
divident ala bilər və s. 
Vətəndaşların  xüsusi  mülkiyyət  hüququ  maddi  nemətlərin  fərdi  mənsubiyyətini  təsbit 
edən hüquqi institutdur. 
Xüsusi  mülkiyyət  hüququnun  anlayışını  mülkiyyətçinin  əmlak  və  ondan  istifadə 
olunmasının  nəticələri  üzərində  öz  mülahizəsinə  görə  sahiblik,  istifadə  və  onlar  barəsində 
sərəncam  səlahiyyətləri  təşkil  edir.  Onlardan  hər  biri  mülkiyyətçiyə  üçüncü  şəxslərlə  hüquq 
münasibətlərində konkret imkanları təmin edir. 
Bazar 
iqtisadiyyatı 
dövründə 
xüsusi 
mülkiyyətin 
obyektləri 
dairəsinin 
müəyyənləşməsinə  münasibət  qanunvericilik  tərəfindən  əhəmiyyətli  dərəcədə  dəyişilmişdir. 
Əvvəllər qüvvədə olan qanunvericiliyə görə vətəndaşların mülkiyyəti özünün istehlak təyinatı 
ilə,  əsasən  istehlak  məhsullarına  şamil  edilirdi.  O  ki,  qaldı,  istehsal  vasitələrinə,  onda, 
vətəndaş  yalnız  xırda  istehsal  vasitələrinin  sahibi  ola  bilərdi  və  bu  zaman  muzdlu  əməkdən 
istifadə  qadağan  olunurdu.  İndi  vəziyyət  tamam  dəyişmişdir.  «Azərbaycan  Respublikasında 
mülkiyyət  haqqında»  qanundan  başlayaraq  digər  normativ  aktlara  qədər  xüsusi  mülkiyyətin 
inkişafını ləngidən bütün maneələr aradan qaldırılmışdır. 
Lakin  xüsusi  mülkiyyət  hüququnun  anlayış  tutumu  nə  qədər  böyük  olsa  da  onun  öz 
sərhədləri  vardır.  Bu,  mülki-hüquqi  tənzimetmənin  yol  verilən  və  sərbəstlik  prinsiplərindən 
irəli gəlir. 
Birinci prinsip o deməkdir ki, vətəndaş mülkiyyət hüququnu həyata keçirərkən qanunla 
qadağan olunmayan hər şeyə yol verilir. 
Sərbəstlik  prinsipi  isə  vətəndaşın  mülkiyyət  hüququnu  həyata  keçirməsi  və  ya 
keçirməməsini  öz  mülahizəsinə  görə  həll  etməsi,  hüququn  həyata  keçirilməsi  məqsədini  və 
vasitələrini özünün seçməsi deməkdir. 
Subyektiv  mülkiyyət  hüququnun,  onun  həyata  keçirilməsinin  məqsəd  və  vasitələrinin 
sərhədlərinin genişləndirilməsi, heç də hər şeyə yol verilməsi demək deyildir. 
Vətəndaşların  mülkiyyət  hüququnun  obyektlərindən,  əsasən  istehlak  təyinatı  üzrə 
istifadə  olunduğu  dövrlərdə,  mülkiyyət  hüququnun  həyata  keçirilməsində  ön  plana 
mülkiyyətçinin sahiblik və istifadə səlahiyyətləri çəkilirdi. Mülkiyyətçi sərəncam hüququnun 
həyata keçirilməsinə çox  nadir  hallarda  müraciət edirdi.  Lakin sonralar bazar  iqtisadiyyatına 
keçidlə əlaqədar mülkiyyətçinin bu vəziyyətində köklü dəyişikliklər baş verdi və o, sərəncam 
səlahiyyətlərindən daha çox istifadə etməyə başladı. Belə ki, çox vaxt məhsul istehsalı və ya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə