1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   35   36   37   38   39   40   41   42   ...   70

əşyanın tətbiq edilməsi və ya ona qulluq olunması ictimai mənafelərə qəsd edirsə, istifadə və 
ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin 
vəzifələri  özü  icra  etmək  və  ya  müvafiq  muzd  müqabilində  əşyanın  başqa  şəxslərin 
istifadəsinə vermək vəzifəsi qoyula bilər. 
Sahiblik kimi istifadə də qanuni və qanunsuz ola bilər. 
Sərəncam  hüququ  -  əmlakın  (əşyanın)  hüquqi  müqəddəratını  təyin  etməyin  hüquqi 
cəhətdən  təmin  edilmiş  imkanıdır.  Mülkiyyətçi  öz  əmlakını  satmaq,  kirayə  vermək,  girov 
qoymaq,  bağışlamaq  barədə  öz  mülahizəsinə  görə  qərar  qəbul  edir.  Bir  qayda  olaraq,  əmlak 
üzərində  sərəncam  mülkiyyətçiyə  məxsus  olur.  Mülkiyyətçi  olmayanın  əmlak  üzərində 
sərəncam  verməsi  yalnız  qanunda  göstərilən  hallarda  ola  bilər.  Bu,  kreditorun  borcunu 
ödəmək  məqsədilə  mülkiyyətçinin  əmlakının  məcburi  satılmasında  ve  s.  hallarda  özünü 
göstərir.  Məsələn,  vətəndaşlar  özlərinə  məxsus  olan  bu  və  ya  digər  əmlaklarını  ssuda  almaq 
məqsədilə  lombardlara  təhvil  verirlər.  Əgər  onlar  göstərilən  müddətdə  aldıqları  pulu  geri 
qaytarmasalar  lombardlara  verilən  əmlak  satılır.  Sonra  verilmiş  ssuda  götürülür,  qalan  hissə 
isə  mülkiyyətçiyə  verilir.  Bir  sıra  əmlakdan  istifadə  edildikdə  onlar  öz  varlığını  itirir,  məhv 
olurlar.  Bununla  əlaqədar  olaraq  mülkiyyət  hüququ  xitam  edilir.  Deməli,  mülkiyyətçi 
tərəfindən  əmlakın  məhv  edilməsi  də  sərəncam  hesab  edilir.  Lakin  əmlakını  məhv  edən 
mülkiyyətçinin  fəaliyyətinin  hüquqi  tənzimini  vermək  nəzərə  çarpacaq  dərəcədə 
mürəkkəbdir. Əgər mülkiyyətçi əmlakı məhv edir və ya atırsa, o, əmlak üzərində sərəncamını 
birtərəfli qaydada əqdin baş verməsi vasitəsilə həyata keçirmiş olur, bu halda mülkiyyətçinin 
iradəsi  mülkiyyət  hüququnun  xitamına  və  yaxud  bu  hüquqdan  imtina  olunmasına 
yönəldilmişdir. Yox, əgər əmlakdan bir dəfə istifadə olunmaqla (məsələn, meyvəni yemək və 
s.)  mülkiyyət  hüququna  xitam  verilirsə,  onda  mülkiyyətçinin  iradəsi  mülkiyyət  hüququnun 
xitamına deyil, əmlakdan  faydalı  xassələrin  hasil edilməsinə  yönəlir. Deyilən  misalda əmlak 
üzərində sərəncam hüququnun deyil, istifadə hüququnun həyata keçirilməsi baş vermiş olur. 
Mülkiyyət hüququnun anlayışının açılması mülkiyyətçinin malik olduğu səlahiyyətlərlə 
başa  çatmır.  İş  ondadır  ki,  eyni  səlahiyyətlərə  həm  mülkiyyətçi,  həm  də  digər  şəxslər 
(məsələn, mülkiyyətçinin əmlakına tam təsərrüfatçılıq aparmaq hüququ olan şəxs və s.) malik 
ola  bilər.  Bunun  üçün  məhz  mülkiyyətçinin  səlahiyyətlərini  əks  etdirən  spesifik  əlamətlər 
müəyyən  olunmalıdır.  Bu  əlamətlər  ondan  ibarətdir  ki,  mülkiyyətçi  öz  səlahiyyətlərini  öz 
mülahizəsinə  görə  həyata  keçirir.  Bu  zaman  mülkiyyətçi  öz  mülahizəsinə  görə 
səlahiyyətlərini  həyata  keçirmək  və  ya  əmlak  üzərində  sərəncam  vermək  hüququnu  digər 
şəxslərin  həmin  əmlak  üzərində  iradəsindən  asılı  olmayaraq  bilavasitə  qanuna  əsaslanaraq 
həyata  keçirir.  Digər  şəxslərin  əmlak  üzərində  iradəsi  isə  təkcə  qanuna  söykənmir,  eyni 
zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir. 
Mülkiyyət  hüququ  mütləq  hüquqdur.  Qanuna  görə  o  hər  kəsdən  müdafiə  edilir,  yəni 
qeyri-müəyyən  dairədə  şəxslərdən  qorunmalıdır,  çünki  mülkiyyət  hüququnu  hər  kəs  poza 
bilər.  Buna  görə  də  qanun,  mülkiyyətçiyə,  onun  səlahiyyətlərini  həyata  keçirməyə  imkan 
verməyən  hər  cür  maneələri  dəf  etmək  hüququ  vermişdir.  Bu  zaman  o,  özünümüdafiə 
tədbirlərindən də istifadə edə bilər. 
Lakin  mülkiyyətçinin  əmlak  üzərində  sahibliyini  nəhayətsiz  hesab  etmək  olmaz. 
Qanuna  görə  mülkiyyət  hüququnun  həyata  keçirilməsi  ətraf  mühitə  zərər  vurmamalı, 
qanunların  və  ya  üçüncü  şəxslərin  hüquqlarını  pozmamalı,  cəmiyyətin,  xüsusilə  dövlətin 
qanunla qorunan mənafelərinə zidd olmamalı, yaxud hüquqdan sui-istifadə edilməməlidir. 
Mülkiyyətçinin  sahiblik  və  istifadəsində  olan  əmlak  üzərində  hüquqlarını  həyata 
keçirmək üçün təkcə o lazımdır ki, üçüncü şəxs həmin əmlaka təcavüz etməsin. Lakin həmişə 
belə  olmur.  Əmlak  üzərində  sərəncam  verərkən  (əmlakı  satarkən,  kirayə  verərkən,  girov 
qoyarkən  və  s.)  mülkiyyətçi  konkret  şəxslə  (məsələn,  əmlakı  alanla,  kirayə  və  ya  girov 
götürənlə  və  s.)  hüquq  münasibətinə  girir.  Mülkiyyətçi  bu  zaman  öz  hüquqlarını  həyata 
keçirsə  də,  bəzən  həmin  hüquqların  tənzimlənməsi  mülkiyyət  hüququnun  hüdudlarından 
kənara  çıxır,  o,  özü  isə  satıcı,  kirayə  verən,  girov  qoyan  kimi  çıxış  edir.  Belə  hallarda 
mülkiyyət  hüququ  pozulmuşsa,  onda  hər  şey  bu  hüququn  saxlanıb  saxlanılmamasından  asılı 
olur.  Əgər  bu  hüquq  saxlanmışsa,  pozulmuş  hüquqların  bərpası  mülkiyyət  hüququ  institutu 


normaları  ilə  baş  verir.  Əgər  mülkiyyət  hüququ  qalmamışsa  (deyək  ki,  əmlak  məhv 
edilmişdir),  onda  pozulmuş  hüquqların  bərpası  digər  hüquq  normaları  ilə  mümkün  olur 
(məsələn,  zərərvurma  nəticəsində  əmələ  gələn  öhdəliklər,  yaxud  sığorta  hüququ).  Beləliklə, 
mülkiyyət  hüququ  normaları  digər  hüquq  normaları  ilə  daimi  əlaqədə  və  qarşılıqlı 
fəaliyyətdədir. 
 
2.  Mülkiyyət hüququnun formaları  və növləri. 
 
Mülkiyyət hüququnun forma və növləri məsələləri təkcə nəzəri cəhətdən deyil, həm də 
praktik cəhətdən mühüm əhəmiyyət kəsb edir. Konkret şəxsə məxsus olan əmlakın mülkiyyət 
hüququnun  hansı  forma  və  növünə  aid  olması  əmlakın  hüquqi  rejimini  və  eyni  zamanda 
mülkiyyətçinin həmin əmlaka olan sahiblik imkanları spektrini müəyyən edir. 
Azərbaycan Respublikası  Konstitusiyası  mülkiyyətin  üç  formasını - dövlət  mülkiyyəti, 
xüsusi  mülkiyyət  və  bələdiyyə  mülkiyyəti  formasını  təsbit  etmişdir.  Bütün  növlərdən  olan 
daşınar  və  daşınmaz  əmlaka  mülkiyyət  hüququnun  subyektləri  hüquqi  və  fiziki  şəxslər, 
bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 
Dövlət mülkiyyət hüququ. Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə belə, istehsal 
fondları strukturunda dövlət mülkiyyəti mühüm çəkiyə malikdir. Əsas həyati təminat yaradan 
maddi  ehtiyatların  (ərzaq,  yanacaq  və  s.  vəsaitlərin)  əsas  hissəsi  dövlətin  əlindədir.  İstehsal, 
sosial-mədəni və s. təyinatlı obyektlərin böyük bir hissəsinin dövlət mülkiyyətində olması iki 
amillə  bağlıdır.  Birincisi,  gözlənilməz  hadisələrlə  zəngin  olan  dünyada  hər  bir  dövlət  öz 
təhlükəsizliyi haqqında düşünməlidir. Təhlükəsizlik dedikdə, yalnız hərbi təhlükəsizlik deyil, 
eyni  zamanda  ekoloji,  sanitar-epidemioloji,  aclıq  və  s.  təhlükə  nəzərdə  tutulur.  İkincisi,  bu 
dövlətin  yerinə  yetirməli  olan  sosial  funksiyasından  irəli  gəlir.  Əhalinin  minimum  yaşayışını 
təmin  etmək,  aztəminatlı  ailələrin  həyat  səviyyəsini  qaldırmaq  tədbirləri,  təqaüdçülərin, 
tələbələrin  və  əhalinin  sair  imkansız  təbəqələrinin  sosial  müdafiəsi  məsələlərini  dövlət  həll 
etməlidir. Bunun üçün isə dövlət müvafiq maddi-texniki və maliyyə bazasına malik olmalıdır. 
Yenidənqurmaya  qədər  ölkəmizdə  əsas  istehsal  fondlarının  90%-i  dövlətin  əlində  olmuşdur. 
Dövlət  mülkiyyəti  bürokratikləşmiş,  elmi-texniki  inqilabın  nailiyyətlərini  kifayət  qədər  əks 
etdirməyən mülkiyyət olmuşdur. 
İndi  isə  ölkəmizdə  özəlləşmə  tam  sürətlə  gedir,  dövlət  mülkiyyətində  olan  obyektlər 
hüquqi  və  fiziki  şəxs  olan  xüsusi  mülkiyyətçilərin  əlinə  keçir.  Özəlləşdirməni  aparan 
siyasətçilərin  fikrincə  isə  özəlləşmə  nəticəsində  istehsal  vasitələrinin  istehsalçı  işçilərlə 
birləşməsi baş verəcək, mülkiyyət özünün əsl məzmununu kəsb edəcəkdir. 
Əldə olunmuş təcrübə göstərir ki, cəmiyyətin normal inkişafı yalnız müxtəlif mülkiyyət 
formalarının  sağlam  rəqabəti,  hər  birinin  özünün  həyat  qabiliyyətini  əmək  və  kapitalın 
qovuşduğu yerdə göstərməklə mümkündür. 
Mülki  Məcəllənin  155.1-ci  maddəsinə  əsasən,  Azərbaycan  Respublikasına  mülkiyyət 
hüququ  ilə  mənsub  olan  əmlak  dövlət  mülkiyyətidir.  Dövlət  mülkiyyət  hüququ  dedikdə, 
dövlətin mənsub olduğu əmlak üzərində qanunla müəyyən edilmiş çərçivədə sahiblik, istifadə 
və sərəncam  vermək  hüququ  başa düşülür. Başqa subyektiv  hüquqlar kimi dövlət  mülkiyyət 
hüququ da müəyyən hüquq münasibəti çərçivəsində yaranır, bu və ya digər maddi dəyərlərin 
idarəçiliyi  sahəsində  konkret  səlahiyyətləri  xarakterizə  edir.  Dövlət  mülkiyyətçisinin 
səlahiyyətləri  həm  mülki  hüquqların  vahid  subyekti  tərəfindən,  həm  də  dövlət  əmlakının  bir 
hissəsinə malik olan dövlət hüquqi şəxsləri tərəfindən həyata keçirilir. Burada mülkiyyətçi ilə 
dövlət hüquqi şəxsləri arasında öhdəlik hüquq münasibətləri yaranmır. 
Dövlət  mülkiyyəti  iqtisadi baxımdan  ümumxalq  mənimsəməsinin  forması  hesab edilir. 
İri  əmlak  mülkiyyətçisi  kimi  dövlət  üçün  bu  əmlakın  idarə  edilməsi,  ayrılıqda  isə  hüquqi 
şəxslərin  yaradılması,  yenidən  təşkili  və  xitam  edilməsi,  onlar  arasında  müvafiq  əmlakın 
bölüşdürülməsi  və  istifadəsi  üzərində  nəzarət  çox  vacibdir.  Bir  çox  hallarda  bu  dövlət 
idarəçilik orqanları tərəfindən normativ aktların qəbul edilməsi ilə həyata keçirilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə