1. Dövlətin anlayışı. Dövlətin formaları. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/70
tarix29.10.2017
ölçüsü5,01 Kb.
#7499
1   ...   34   35   36   37   38   39   40   41   ...   70

münasibət göstərən mülkiyyətçi, digər qütbündə isə həmin əşyaya yad münasibət göstərməyə 
borclu  olan  digər,  üçüncü  şəxslər  çıxış  edir.  Bu  o  deməkdir  ki,  bütün  üçüncü  şəxslər  özgə 
əşyasına, o cümlədən bu əşyada təcəssüm  edən  mülkiyyətçinin  iradəsinə  hər cür  təcavüzdən 
imtina etməyə borcludurlar. 
Mülkiyyətin  müəyyən  olunması  o  deməkdir  ki,  o,  əşya  qismində  olanın  maddi 
qidavericisidir.  Mülkiyyətə  eyni  zamanda  iradəvi  məzmun  da  xasdır,  belə  ki,  məhz 
mülkiyyətçinin suveren iradəsi ona mənsub olan əşyanın məişət təyinatını müəyyən edir. 
Mülkiyyət  -  ictimai  münasibətdir.  Əgər  özgə  şəxslərdə  mülkiyyətçinin  əşyasına 
«özgəninki» münasibəti olmasaydı, mülkiyyətçinin də həmin əşyaya «özününkü» münasibəti 
olmazdı.  İctimai  münasibət  kimi  mülkiyyətin  məzmunu  mülkiyyətçinin  maddi  nemətlərin 
istehsalı, bölgüsü, dəyişməsi və istifadə edilməsi prosesində digər şəxslərlə çıxış etməsi labüd 
olan əlaqə və münasibətlərdə açılır. 
Mülkiyyət  maddi  və  iradəvi  məzmuna  malik  olan  ictimai  münasibətdir  və  əmlak 
münasibətlərində başlıca yer tutur. Lakin bu, mülkiyyətin xarakteri üçün kifayət hesab oluna 
bilməz. Bunun üçün  mülkiyyətçinin ona mənsub əmlaka hər hansı bir konkret formada ifadə 
oluna  bilən  iradəvi  aktını  göstərməsi  lazımdır.  Mülkiyyətçi  öz  əmlakıyla  bağlı  istənilən 
münasibətə  girə  bilər,  bir  şərtlə  ki,  bu  qanunvericiliklə  qadağan  edilməsin  və  yaxud 
mülkiyyətin  sosial  təbiətinə  zidd  olmasın.  Mülkiyyətçinin  iradəsi  ona  mənsub  əmlaka 
sahiblik,  istifadə  və  sərəncamda  ifadə  olunur.  Mülkiyyətçinin  əşyaya  (əmlaka)  münasibətdə 
konkret aktı, nəticə etibarilə bunlarla məhdudlaşır. 
Sahiblik  dedikdə,  mülkiyyətçinin  əmlak  (əşya)  üzərində  faktiki  sahibliyi,  yəni 
təsərrüfat ağalığı başa düşülür. Sahiblikdə  mülkiyyətçilik  münasibətlərinin tarazlığı, əmlakın 
fərdə  və  kollektivə  bağlılığı  əks  olunur.  Əmlakdan  onun  faydalı  təbii  xassələrinin  hasil 
edilməsi,  habelə  ondan  fayda  götürülməsi  istifadə  adlanır.  İstifadədən  fayda  -  gəlir,  artım, 
bəhər,  törəmə  şəklində  və  başqa  formalarda  ola  bilər.  Sərəncam  dedikdə  isə  mülkiyyətçi 
tərəfindən  əmlakın  hüquqi  müqəddəratının  təyin  edilməsi  başa  düşülür.  Bu,  əmlakın 
özgəninkiləşdirilməsi,  kirayə  verilməsi,  girov  qoyulması  və  s.  üsullarla  ola  bilər.  Əmlakdan 
istifadə  edilməsi  və  onun  üzərində  sərəncam  verilməsində,  artıq  mülkiyyət  münasibətlərinin 
dinamikası ifadə olunur. 
İqtisadi  kateqoriya  kimi  mülkiyyət,  bütün  tarixi  dövrlərdə  mövcud  olmuşdur.  Əlbəttə, 
insanların  hələ  təbiətdən  ayrılmadığı,  öz  ehtiyaclarını  sadə  vasitələrlə  ödədiyi  bəşər 
cəmiyyətinin  ilk  başlanğıc  mərhələsi  istisna  olunur.  Cəmiyyətin  inkişafının  müxtəlif 
dövrlərində  əmlak  münasibətləri  də  müxtəlif  olmuşdur.  İctimai  formasiyalara  uyğun  olaraq 
mülkiyyətin  müxtəlif  tipləri  -  ibtidai  icma, quldarlıq,  feodal  - təhkimçi  və kapitalist tiplərini 
bir-birindən ayırmaq olar. Yaxın keçmişə qədər mülkiyyətin bir tipi kimi sosialist mülkiyyəti 
də  kifayət  qədər  əsaslar  olmadan  qeyd  edilirdi.  Sosializm  birliyinə  daxil  olan  dünyanın  heç 
bir ölkəsində sosializm əslində  qurula bilmədi.  Bilavasitə  istehsalçılar  istismara  məruz qalır, 
istehsal  vasitələrinin  istehsalçılara  verilməsi  həqiqətdə  baş  vermədi.  Bu  ölkələrin  totalitar 
rejimləri mülkiyyətin o tipini təsdiq etdi ki, o, mülkiyyətin xarakterik əlamətlərinə, tamamilə, 
yabancı idi. 
İstər  iqtisad,  istərsə  də  hüquq  elmi  müxtəlif  münasibətlərin  olmasına  baxmayaraq 
mülkiyyətə xüsusi və həm də dəyişkən bir iqtisadi kateqoriya kimi baxır. 
Beləliklə,  iqtisadi  mənada  mülkiyyət  dedikdə,  maddi  nemətlərin  və  ən  əvvəl  istehsal 
vasitələrinin  mənimsənilməsi  və  onlar  üzərində  sahiblik,  istifadə  və  sərəncam  verməklə 
əlaqədar olaraq insanlar arasında tarixən müəyyən edilmiş iqtisadi münasibətlər başa düşülür. 
Bu münasibətlər hüquqla mühafizə edildikdə mülkiyyət hüququna çevrilir. Mülkiyyət hüququ 
öz  normaları  vasitəsilə  mülkiyyəti,  yəni  iqtisadi  münasibətləri  möhkəmləndirir  və  mühafizə 
edir.  Mülki  Məcəllənin  152.1-ci  maddəsinə  əsasən,  mülkiyyət  hüququ  -  subyektin  ona 
mənsub  əmlaka  (əşyaya)  öz  istədiyi  kimi  sahib  olmaq,  ondan  istifadə  etmək  və  ona  dair 
sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 
Mülki  hüquq  elmində  mülkiyyət  hüququ  iki  mənada  başa  düşülür:  obyektiv  və 
subyektiv mənada. 


Obyektiv  mənada  mülkiyyət  hüququ  dedikdə,  mülkiyyət  münasibətlərini  nizama  salan 
hüquq  normalarının  məcmusu,  subyektiv  mənada  mülkiyyət  hüququ  dedikdə  isə 
mülkiyyətçinin öz mülahizələrinə görə, heç kimdən asılı olmayaraq qanunla müəyyən edilmiş 
hüdudlarda  müəyyən  əmlaka  sahiblik,  ondan  istifadə  və  üzərində  sərəncam  hüququ  başa 
düşülür.  Demək,  mülkiyyət  hüququnun  məzmununu  mülkiyyətçinin  əmlaka  sahiblik,  ondan 
istifadə və üzərində sərəncam hüququnun məcmusu təşkil edir. 
Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən 
təmin  edilmiş  imkanıdır.  Söhbət  əgər  faktiki  sahiblikdən  gedirsə,  bu  o  demək  deyildir  ki, 
sahibkar  əşya  ilə  bilavasitə  təmasda  olsun.  Məsələn,  uzunmüddətli  məzuniyyətdə  olan  şəxs 
onun  evində  olan  əmlakın  sahibi  olaraq  qalır.  Deməli,  əşyaya  faktiki  sahib  olmağa 
mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq, əşyaya sahibliyi ləğv etmir. 
Əgər  sahib  əşyanı  məhdud  əşya  və  ya  şəxsi  sahiblik  hüququnun  həyata  keçirilməsi 
üçün  kiməsə  vermişsə,  onların  hər  ikisi  sahibdirlər.  Onlardan  birincisi  vasitəli,  ikincisi  isə 
vasitəsiz sahibdir. 
Əmlak  üzərində  sahiblik  qanuni  və  qanunsuz  ola  bilər.  Əşya  üzərində  sahibliyin  hər 
hansı bir  hüquqi əsası olduqda belə sahibliyə qanuni  və  yaxud titul sahibliyi deyilir. Hüquqi 
əsasları olmayan sahiblik qanunsuz  və  yaxud titulsuz sahiblik adlanır. Əmlak,  ümumi qayda 
üzrə o adamların sahibliyində olur ki, bunun üçün bu və ya digər hüquqlara malik olsun. Belə 
hallarda  mübahisəli  məsələlərə  faktiki sahibliyin qanuna-uyğunluğu prezumpsiyası vasitəsilə 
baxılır.  Başqa  sözlə,  əmlakın  faktiki  sahibinin  əmlak  üzərindəki  sahibliyinin  əksi  sübuta 
yetirilməzsə, tanınır. 
Sahibin  iradəsi  olmadan  sahiblikdən  məhrumetmə  və  onu  pozma  qadağan  edilmiş 
özbaşınalıq  sayılır.  Hər  bir  sahibin  qadağan  edilmiş  özbaşınalıqdan  müdafiə  üçün  güc 
işlətmək  ixtiyarı  vardır.  Bu  zaman  o,  şəraiti  nəzərə  almaqla,  əsassız  güc  hərəkətlərindən 
çəkinməlidir.  Sahiblikdən  məhrum  olan  onun  üçün  qanunsuz  sahibdən  sahibliyin 
qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktiki sahib və ya onun hüquq sələfi 
barəsində səhv addım olduqda  və sahiblik  məhrumetmədən əvvəlki  ildə əldə edildikdə iddia 
istisna edilir (Mülki Məcəllənin 164-cü maddəsi). 
Qanunsuz  sahiblik  öz  növbəsində  iki  yerə,  vicdanlı  və  vicdansız  sahibliyə  ayrılır. 
Mülki  Məcəllənin  166-cı  maddəsində  mülkiyyətin  sahiblik  əsasında  ehtimal  edilməsindən 
bəhs edilir. Həmin maddəyə uyğun olaraq daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o 
əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir 
ki,  öz  sahibliyi  zamanı  o,  mülkiyyətçi  olmuşdur.  Daşınar  əşyanın  mülkiyyətçisi  olmaq 
istəməyən  sahibi  ehtimal  edə  bilər  ki,  bu  əşya  kimdən  arxayın  alınmışdırsa,  həmin  şəxsin 
mülkiyyətindədir.  Sahiblik  hüququ  olmadığını  bilən  və  ya  bilməli  olan  sahib  vicdansız 
sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar 
əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu 
cür hüququ olduğunu ehtimal edə bilməz. 
Əşyanın vicdansız sahibi onu mülkiyyətçisinə qaytarmalı və əşyanı saxlaması ilə bağlı 
bütün zərərin əvəzini ödəməli, habelə əldə etdiyi bəhərin əvəzini ödəməlidir. 
Əşyanın  vicdanlı  sahibi  isə  öz  ehtimal  edilən  hüququna  uyğun  olaraq  əşyadan  fayda 
götürdüyünə  və  ondan  istifadə  etdiyinə  görə  ixtiyarlı  şəxsə  zərərin  əvəzini  ödəməyə  borclu 
deyildir.  O,  əvəzi  ödənilərkən  yoxa  çıxan  və  ya  zərərçəkən  şeyin  əvəzini  ödəməyə  borclu 
deyildir. 
İstifadə  hüququ  -  əmlakdan  (əşyadan)  onun  faydalı  təbii  xassələrini  hasil  etməyin, 
habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Ola bilsin ki, bəzi 
əşyalar  həm  şəxsi,  həm  də  təsərrüfat  məqsədilə  istifadə  edilsin.  Məsələn,  tikiş  maşını  ilə 
nəinki  ailə  üzvləri  üçün,  habelə  haqqı  ödənilməklə  digər  şəxslər  üçün  də  paltar  tikilə  bilər. 
İstifadə  hüququ,  adətən  sahiblik  hüququna  söykənir.  Lakin  sahibi  olmadığın  əşyadan  da 
istifadə etmək olar. Bu, müqaviləyə və yaxud qanuna əsasən, həyata keçirilir. Məsələn, əmlak 
kirayəsi  müqaviləsinə  görə  kirayəçi,  nəinki  əmlakın  müvəqqəti  sahibi,  o,  həmçinin,  əmlakın 
istifadəçisi hesab edilir. 
İstifadə  hüququna  şəxsin  öz  əşyasından  istifadə  etməməsi  imkanı  da  daxildir.  Əgər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə