1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir;
2) əqd hüquqauyğun hərəkətdir;
3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və
xitamına yönələn hərəkətdir;
4) əqd
müəyyən
hüquqi
nəticələr
əmələ
gətirən
hərəkətdir.
Hər bir əqd iradəvi akt kimi bir sıra psixoloji amillərlə bağlıdır. Əqdin bağlanması
üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Mülki hüquqda bu, daxili iradə
adlanır. Lakin təkcə daxili iradənin mövcudluğu əqdin bağlanması üçün kifayət deyildir.
Bunun üçün həm də daxili iradənin digər şəxslərə bildirilməsi, elan olunması lazımdır. Buna,
iradə ifadəsi deyilir. Demək, əqd həm subyektiv elementi - iradəni, həm də obyektiv elementi
- iradə ifadəsini özündə birləşdirir. Hüquqi nəticələr iradə ifadəsi ilə bağlıdır. Onun sayəsində
əqdlərə aydınlıq və dəqiqlik gətirilir.
Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür:
1) düzünə iradə ifadəsi. Bu, şifahi və yaxud yazılı formada yerinə yetirilir. Məsələn,
müqavilənin bağlanması, zərərin əvəzinin ödənilməsi haqqında razılığın bildirilməsi və s.
2) dolayı iradə ifadəsi. Əgər şəxsin hərəkətlərindən onun iradəsini müəyyən etmək
mümkündürsə bu, dolayı iradə ifadəsi adlanır. Mülki hüquqda, adətən buna konklyudent
(latınca concludere - nəticə çıxartmaq, nəticəyə gəlmək mənasını bildirir) iradə ifadəsi deyilir.
Məsələn, elektrik qatarında getməyə bilet almaq və yaxud mağazaların piştaxtalarında
qoyulmuş mallar şəxslərin əqd bağlamaq arzularını özündə əks etdirir və s.
3) susmaq nəticəsində iradə ifadəsinin bildirilməsi. Bu üsulla iradənin bildirilməsinə
yalnız qanunvericiliklə müəyyən edilən hallarda və yaxud tərəflərin razılığı ilə yol verilir.
Məsələn, iştirakçılarından birinin müqavilənin şərtlərinin dəyişdirilməsi haqqında verilmiş
təklifinə digər tərəfin susması onun razılığını göstərir.
Əqdlər üçün ən mühüm əhəmiyyət kəsb edən psixoloji amillərdən biri də motivdir.
Motivi, əqdin əsasından fərqləndirmək lazımdır. Əqdin əsasını hüquqi məqsəd, hüquqi nəticə
təşkil edir. Məsələn, alqı-satqı müqaviləsində məqsəd əşyanı alıcının mülkiyyətinə
verməkdir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, əqdin əsası təsadüfi məqsəd olmayıb,
həmin əqd üçün tipik və daimi xarakter daşıyır. Əqdin əsası həyata keçirilə bilən və qanuni
olmalıdır. Əgər bağlanan vaxt əqdin məqsədi həyata keçirilə bilən deyildirsə, onda o, hüquqi
əhəmiyyət kəsb etmir. Hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün
bağlanan əqd etibarsızdır.
Motiv isə şəxsi hər bir halda müqavilə bağlamağa sövq edən psixoloji amildir. Buna
görə də əqdin motivləri çoxsaylı, əsas isə bir dənədir. Motivlər əqddən kənarda qalır, onun
məzmununda öz ifadəsini tapmır və hüquqi fakt mənası daşımır. Məsələn, əgər şəxs ad
günündə hədiyyə vermək üçün hər hansı bir əşya alırsa, onda bu motiv alqı-satqı
müqaviləsinin hüquqi tərkibinə daxil edilmir.
Əqdlərin növləri. Mülki hüquqda əqdlər müxtəlif əsaslara görə təsnifləşdirilir.
İştirakçıların sayından asılı olaraq əqdlər birtərəfli, ikitərəfli və ya çoxtərəfli əqdlərə
bölünür. Mülki qanunvericiliyə və ya tərəflərin razılaşmasına uyğun olaraq, bağlanması üçün
bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Vəsiyyətnamənin
tərtib edilməsi, etibarnamənin verilməsi və s. birtərəfli əqdlərə misal ola bilər. Adətən,
birtərəfli əqd bir şəxs tərəfindən bağlanılır. Birtərəfli əqddə iradə bir neçə şəxs tərəfindən
ifadə oluna bilər. Məsələn, ümumi etibarnamənin verilməsi və s.
Bəzən birtərəfli əqdin hüquqi nəticələr yaratması üçün iradə ifadəsinin ünvanlanmış
şəxs tərəfindən qəbul edilməsi lazım olur. Əgər bu şəxs, belə iradə ifadəsinin mövcudluğunu
bilmirsə, onda birtərəfli əqd hüquqi əhəmiyyət kəsb etmir. Belə ki, əgər müqavilənin
pozulması haqqında xəbərdarlıq digər tərəfə çatmayıbsa, onda o, hüquqi nəticələr yarada
bilməz.
İki tərəfin qarşılıqlı iradə ifadəsinin razılaşdırılması ilə yaranan əqdlərə ikitərəfli
əqdlər deyilir. İkitərəfli əqdlər müqavilə adlanır. İkitərəfli əqdlər, əqdin ən geniş yayılmış
növüdür. Ikitərəfli əqdlərə, alqı-satqı, əmlak kirayəsi, sığorta və s. müqavilələr misal ola bilər.
Üç və ya daha çox tərəf arasında iradə ifadəsinin razılaşdırılmasından yaranan əqdlərə
çoxtərəfli əqdlər deyilir. Məsələn, bir neçə hüquqi şəxsin yeni binalar tikməsi üçün müqavilə
bağlaması.
Əqdlər əvəzli və əvəzsiz olmaqla iki yerə bölünürlər. Əvəzli əqddə bir tərəfin etdiyi
hərəkətin və yaxud verdiyi əmlakın əvəzində o biri tərəf də qarşılıqlı olaraq müəyyən hərəkət
edir və yaxud əmlakın dəyərini ödəyir. Məsələn, alqı-satqı müqaviləsində satıcının vəzifəsi
əşyanı vermək, alıcının vəzifəsi isə müqavilədə şərtləşdirilmiş qiyməti ödəməkdir.
Mülki-hüquqi əqdlərin əksəriyyəti əvəzlidir.
Bundan fərqli olaraq əvəzsiz əqdlərdə tərəfiər bir-birilərindən qarşılıqlı təminat
almırlar. Məsələn, bağışlama, əmlakdan əvəzsiz istifadə müqavilələri əvəzsizdir. Bəzi əqdlər
həm əvəzli, həm də əvəzsiz olurlar. Saxlama müqaviləsi belə əqdlərə misal ola bilər. Əvəzsiz
əqdlər əsasən, fiziki şəxslər arasında bağlanır. Hüquqi şəxslər arasında bağlanan əqdlər bir
qayda olaraq əvəzlidir.
Mülki hüquqda konsensual və real əqdlər fərqləndirilir. Konsensual (latınca consensus
- razılaşma, saziş) əqdlərin bağlanması üçün əqddə iştirak edən tərəflərin iradə ifadələri və
razılığı kifayətdir. Qeyd etmək lazımdır ki, mülki dövriyyədə bağlanan əqdlər konsensual
xarakter daşıyır. Məsələn, alqı-satqı, podrat müqavilələri və s.
Real əqdlərin bağlanması üçün razılığın olması kifayət deyil. Burada əşyanın verilməsi,
əqdin predmetinin göz qabağında olması mütləq lazımdır. Məsələn, borc müqaviləsi,
bağışlama müqaviləsi və s.
Hüquqi əsasından asılı olaraq əqdlər kauzal və mücərrəd əqdlərə bölünürlər. Həqiqiliyi
(etibarlılığı) əqdin əsasından asılı olan əqdlərə kauzal (latınca causa - səbəb) əqdlər deyilir.
Mülki hüquqda əqdlərin əksəriyyəti kauzal xarakter daşıyır. Kauzal əqdin əsas cəhəti onun
hər hansı bir hüquqi məqsəd güdməsindədir. Məsələn, əmlak kirayə müqaviləsinin məqsədi
əşyanı istifadəyə qoymaq, borc müqaviləsinin məqsədi isə pulu və ya əşyanı verməkdir.
Kauzal əqdlərin hüquqiliyi onun məqsədindən irəli gəlir.
Həqiqiliyi əqdin əsasından asılı olmayan əqdlərə mücərrəd əqdlər deyilir. Mücərrəd
latınca abstrakt sözündəndir, «qoparma», «ayırma» deməkdir. Mücərrəd əqd öz məqsədindən
ayrılmış olur. Bu əqdlərə vekseli misal göstərmək olar.
Mülki qanunvericilikdə əqdlər müddətli və şərti əqdlərə bölünürlər. Əksər hallarda
əqdlərdə müddət göstərilir. Belə hallarda əqdin hüquqi nəticələri müəyyən vaxtın kəsilməsi
ilə bağlı olur. Əqddə müddət üç məna daşıyır. Başlanğıc müddət əqdin tərəflərinin hüquq və
vəzifələrinin yarandığı anı, icra müddəti əqdin yerinə yetirilməsi vaxtını, sonuncu müddət isə
əqdin xitam olunduğunu göstərir.
Əqddə müddət müəyyən və qeyri-müəyyən ola bilər. Əgər vaxt dəqiq göstərilməyibsə,
onda vəzifəli şəxs (kreditor) istənilən vaxt əqdin icrasını tələb edə bilər. Əgər tərəflər hüquq
və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı
etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Əqdlər aşağıdakı şərtlərlə bağlana bilər:
a) pozitiv şərt;
b) neqativ şərt;
c) təxirəsalıcı şərt;
ç) ləğvedici şərt.
Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti
ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən
düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə şərt istənilən vaxt yerinə yetirilə bilər.
Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər
Dostları ilə paylaş: |