1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar



Yüklə 217,73 Kb.
səhifə9/143
tarix20.10.2023
ölçüsü217,73 Kb.
#128536
1   ...   5   6   7   8   9   10   11   12   ...   143
1. kimyanin ilk qanunlari. Stexiometrik qanunlqar

m = 1,6 · 10-19 kl / 1,759 · 108 kl /q = 9,11 · 10-28 q
Məlumdur ki, elektrolitdən 96500 Kl elektrik yükü keçdikdə elektrodlar üzərində bir mol – atom. Bir mol atomda 6,02·1023 atom olduğunu nəzərə alaraq birvalentli ionun yükünü hesablamaq olar: 96500 / 6,02 · 1023 = 1,6 · 10-19 kl
REZERFORD MODELİ
Rezerford 1911-ci ildə atomun planetar modelini təklif etmişdir. Modelə əsasən atomun mərkəzində müsbət yüklü nüvə yerləşir, onun ətrafında isə elektronlar müxtəlif orbitlər üzrə fırlanır. Proton, neytron və elektronlar atomun əsas elementar hissəcikləridir. Neytronlar yüksüz hissəciklər olduğundan nüvənin müsbət yükü ədədi qiymətcə protonların sayı ilə müəyyən olunur. Nüvənin yükü elementin dövri sistemdəki sıra nömrəsinə (Z) uyğundur.Deməli, elementin sıra nömrəsi onun nüvəsindəki protonların sayına bərabərdir. Z=P. İstənilən element atomunda elektronların sayı (e) protonların sayına (P), bu isə elementin sıra nömrəsinə bərabər olur. e =P=Z. Atomun kütlə ədədi onun proton və neytronlarının sayları cəminə bərabərdir.
A=Z+N

2. ELEKTROLİZ PROSESİ.ELEKTROLİZİN I,II QANUNLARI
Elektroliz prosesində elektrik enerjisi kimyəvi enerjiyə çevrilir. Elektrolitdən (məhlulda və ya əridilmiş halda) sabit elektrik cərəyanı keçdikdə, elektrodlarda baş verən oksidləşmə və reduksiya nəticəsində maddələrin ayrılması ilə gedən proseslərə elektroliz deyilir.
Elektroliz prosesi elektrolizer adlanan qurğuda (elektroliz vannası ) aparılır. Elektrolit olaraq CuCl2 məhlulu doldurulmuş vannaya elektrodlar salınır və onlar sabit cərəyan mənbəyi ilə birləşdirilir.
Elektrolitdən cərəyan keçməmiş ionlar xaotik hərəkətdə olur, cərəyan buraxıldıqda isə onların nizamlanmış hərəkəti başlanır. Müsbət ionlar (kationlar) katoda, mənfi ionlar (anionlar) isə anoda tərəf hərəkət edir və elektrodlar üzərində yüksüzləşirlər. Elektroliz zamanı katod elektronları kationa verdiyi üçün reduksiyaedici, anod isə anionlardan elektron qəbul etdiyi üçün oksidləşdirici olur. Deməli, katod səthində reduksiya, anod səthində oksidləşmə prosesi baş verir. Qalvanik elementlərdən fərqli olaraq elektroliz prosesində mənfi elektrod katod, müsbət elektrod isə anod olur.

Yüklə 217,73 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə