1. Mexaniki hərəkət. Treaktoriya. Yol və Yerdeyiəmə


Diqqət! Termodinamik sistemdə daxili enerjinin dəyişməsi prosesin formasından deyil, onun başlanğıc və son halından asılıdır. Termodinamikada iş



Yüklə 9,08 Mb.
səhifə5/13
tarix26.01.2023
ölçüsü9,08 Mb.
#99399
1   2   3   4   5   6   7   8   9   ...   13
fizika.

Diqqət! Termodinamik sistemdə daxili enerjinin dəyişməsi prosesin formasından deyil, onun başlanğıc və son halından asılıdır.
Termodinamikada iş. Əgər sistemin daxili enerjisi yalnız mexaniki işgörmə nəticəsində dəyişirsə, bu halda onun daxili enerjisi ya xarici qüvvələrin sistem üzərində gördüyü işə (A), yaxud da sistemin xarici qüvvələr üzərində gördüyü işə (A ') bərabər olur:
ΔU = A = - A'. (7.8)
Termodinamikada iş - termodinamik sistemin daxili enerjisinin dəyişməsinin miqdar ölçüsüdür.

31.İstilikvermə,istilik miqdarı.
Cisimlər arasında istilikvermə ilə baş verən daxili enerjinin dəyişmə prosesi istilik miqdarı adlanan fiziki kəmiyyətlə xarakterizə edilir.

  • İstilik miqdarı —istilikvermə prosesində cismin aldığı və ya verdiyi enerjidir.

İstilik miqdarı Q hərfi ilə işarə olunur və BS-də vahidi couldur:
[Q] = 1C.
İş görülmədən bir cisimdən digər cismə enerjinin ötürülməsinə istilik mübadiləsi və ya istilikvermə deyilir. 
İstilikvermənin 3 növü var:
1. İstilikkeçirmə;
2. konveksiya;
3. şüalanma.
İstilikkeçirmə. Atom və molekulların istilik hərəkəti nəticəsində bir cisimdən digər cismə enerjinin ötürüməsinə istilikkeçirmə deyilir. Ən yaxşı istilikkeçiriciləri – metallardır. 
Konveksiya. Maye və ya qaz axını vasitəsi ilə enerjinin bir cisimdən digər cismə ötürülməsi prosesi konveksiya adlanır. 
Şüalanma. Elektromaqnit dalğaları vasitəsi ilə enerjinin bir cisimdən digər cismə ötürülməsinə şüalanma deyilir. Günəşdən Yerə enerji şüalanma vasitəsi ilə ötürülür. 
İstilikvermə zamanı isti cismin daxili enerjisinin bir hissəsi soyuq cismə ötürülür. İsrilikvermə zamanı isti cisim soyuyur, soyuq cisim isə qızır. Bu proses temperaturlar bərabərləşənədək davam edir.
İstilik miqdarı
İstilik vermə zamanı cismin aldığı və ya verdiyi enerjiyə istilik miqdarı deyilir.
İstilik miqdarı
- skalyar kəmiyyətdir;
- əsasən Q hərfi ilə işarə olunur;
- ölçü vahidi: [Q] = 1C;

Yüklə 9,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə