1. Mexaniki hərəkət. Treaktoriya. Yol və Yerdeyiəmə


Kütləsi və xüsusi istilik tutumu olan maddəni



Yüklə 9,08 Mb.
səhifə6/13
tarix26.01.2023
ölçüsü9,08 Mb.
#99399
1   2   3   4   5   6   7   8   9   ...   13
fizika.

Kütləsi və xüsusi istilik tutumu olan maddəni t0 temperaturundan t temperaturuna qədər qızdırmaq üçün lazım olan istilik miqdarı
Qqızma = c ∙ m ∙ (t – t0)
Qqızma = c ∙ m ∙ Δt
c – xüsusi istilik tutumudur.
Xüsusi istilik tutumu – 1 kq maddənin temperaturunu 1K dəyişdirdikdə aldığı və ya verdiyi istilik miqdarıdır:

Bərk cisimlərin və mayelərin xüsusi istilik tutumu
- yalnız maddənin növündən asılıdır, 
- maddənin kütləsindən asılı deyil, 
- temperaturun dəyişməsindən asılı deyil,
- aldığı istilik miqdarından asılı deyil
- ölçü vahidi: 

Cismin istilik tutumu cismin kütləsi ilə maddənin xüsusi istilik tutumunun hasilinə bərabərdir:
C = c ∙ m.
Cismin istilik tutumu
- maddənin növündən asılıdır,
- cismin kütləsindən asılıdır, 
- Ölçü vahidi: 

Cismi t0 temperaturdan t temperaturuna qədər qızdırdıqda cismin aldığı istilik miqdarı:
Q = C ∙ (t – t0) = C ∙ Δt.

34.Termodinamikada iş, Termodinamikanın 1ci prinsipi.
Termodinamikada iş. Əgər sistemin daxili enerjisi yalnız mexaniki işgörmə nəticəsində dəyişirsə, bu halda onun daxili enerjisi ya xarici qüvvələrin sistem üzərində gördüyü işə (A), yaxud da sistemin xarici qüvvələr üzərində gördüyü işə (A ') bərabər olur:
ΔU = A = - A'. (7.8)
Termodinamikada iş - termodinamik sistemin daxili enerjisinin dəyişməsinin miqdar ölçüsüdür.
Termodinamikanın birinci qanunu. Təbiətin fundamental qanunlarından biri olan enerjinin saxlanması qanununa görə, qapalı sistemin tam enerjisi (mexaniki və daxili enerji) qapalı sistem daxilində baş verən bütün proseslərdə sabit qalır:
E + U = const
İstilik proseslərində enerjinin saxlanması qanunu termodinamikanın birinci qanunundan ibarətdir:
● Termodinamik sistemin daxili enerjisinin dəyişməsi bu sistemə verilən istilik miqdarı ilə xarici qüvvələrin sistem üzərində gördüyü işin cəminə bərabərdir.
ΔU = Q + A (7.11)
Qapalı və izolə edilmiş sistem üzərində xarici qüvvələr iş görmür (A = 0) və o, ətrafdakı cisimlərlə istilik mübadiləsində olmur (Q = 0). Belə halda termodinamikanın birinci qanununa görə, qapalı və izolə edilmiş sistemin daxili enerjisi dəyişmir:
ΔU = U2 − U1 = 0 → U2 = U1
Sistemin xarici qüvvələr üzərində gördüyü iş əks işarə ilə xarici qüvvələrin sistem üzərində gördüyü işə bərabər olduğundan (A = −A' ) termodinamikanın birinci qanunu belə də ifadə edilə bilər:
● Termodinamik sistemə verilən istilik miqdarı onun daxili enerjisinin dəyişməsinə və sistemin xarici qüvvələr üzərində gördüyü işə sərf olunur:
Q = ΔU + A'. (7.12)
Enerjinin saxlanması qanunu kəşf ediləndən sonra məlum oldu kibirinci növ daimi mühərrik yaratmaq mümkün deyildir:
● Birinci növ daimi mühərrik (perpetuum mobile I) - bir dəfə işə salınan və kənar mənbədən enerji almadan daim işləyən mühərrikdir.
(7.11) ifadəsinə əsasən, sistemin iş görməsi üçün o ya kənardan istilik miqdarı almalıdır, yaxud da sistemin daxili enerjisi sərf olunmalıdır:
A' = Q - ΔU, (7.13)
əks halda, yəni Q = 0  ΔU = 0 olarsa, A'= 0 olur və “daimi mühərrik” işləmir.

Yüklə 9,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə