1. Mexaniki hərəkət. Treaktoriya. Yol və Yerdeyiəmə



Yüklə 9,08 Mb.
səhifə9/13
tarix26.01.2023
ölçüsü9,08 Mb.
#99399
1   ...   5   6   7   8   9   10   11   12   13
fizika.

Fsəthi gərilmə = σ ∙ l
burada σ – səthi gərilmə əmsalıdır. l – maye səthinin sərhədinin uzunluğudur. Dairəvi boruda olan maye üçün: l = 2πr, en kəsiyi kvadrat olan borudakı maye üçün: l = 4a.
Mayenin σ səthi gərilmə əmsalı:
- mayenin növündən və temperaturdan asılıdır. Temperatur artdıqda mayenin səthi gərilmə əmsalı azalır.
- səthi gərilmə qüvvəsindən və sərhədin uzunluğundan asılı deyil
σ(F) = const və σ(l) =const.

- ölçü vahidi :



İslatma
Molekulyar qarşılıqlı təsir qüvvələri nəinki maye molekulları arasında, həm də ki maye molekulları ilə bərk cisim molekulları arasında mövcud ola bilər.
Bərk cismin səthi üzərində mayenin yayılması islatma adlanır.
Əgər maye molekullarının arasındakı cazibə qüvvəsi, maye molekulları ilə bərk cisim molekulları arasında yaranan cazibə qüvvəsindən böyükdürsə, onda maye bərk cismi islatmır.
Fm,m > Fm,b islatmır.
Əgər maye molekullarının arasındakı cazibə qüvvəsi, maye molekulları ilə bərk cisim molekulları arasında yaranan cazibə qüvvəsindən kiçikdirsə, onda maye bərk cismi isladır.
Fm,m < Fm,b isladır.
İslatma hadisəsinə ölçü olaraq kənar bucağı götürülüb. İsladılan səth ilə maye səthinə çəkilən toxunan arasında qalan bucağa kənar bucağı və ya islatma bucağı deyilir. 
İsladan maye üçün kənar bucağı itidir φ < 90°, islatmayan səth üçün kənar bucağı kordur φ>90°. 
Kapilyar hadisələr
Bu hadisələr səthi gərilmə qüvvələrinin təsiri nəticəsidir. 
En kəsiyinin sahəsi çox kiçik olan borulara kapilyar boru deyilir. 
İsladan mayenin kapilyar boruda qalxması və islatmayan mayenin kapilyar boruda enməsi kapilyar hadisə adlanır. 
Mayenin bərk cismi islatması hadisəsinə baxaq. Bu halda maye kapilyar boruda yuxarı qalxır. Mayenin qalxması o vəziyyətə qədər davam edir ki, səthi gərilmə qüvvəsi boruda olan mayenin çəkisi ilə bərabərləşsin. 

Yüklə 9,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə