1-Mühazirə Elm və texnikanın fəlsəfəsinin predmeti



Yüklə 7,9 Mb.
səhifə9/24
tarix22.03.2024
ölçüsü7,9 Mb.
#183538
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
C fakepathÜmumi mühazir l r (9 mövzu) 2022-23

Elmi idrakın metodları öz əhatə dairəsinə görə xüsusi metodlara (fizikda spektr təhlili, kimyada keyfiyyət təhlili, mürəkkəb sistemlərin statistik modelləşdirilməsi), ümumelmi metodlara (eksperiment, müşahidə, modelləşdirmə və sair) və universal metodlara (dialektik ziddiyyətlilik metodu, tarixilik və sair) ayrılır. ‘ Həm empirik, həm də nəzəri idrak səviyyələrində tətbiq olunan metodlar ümumməntiqi metodlar adlanır. Onlar aşağıdakılardır; analiz, sintez, mücərrədləşdirmə, induksiya, deduksiya, analogiya, ümumiləşdirmə və modelləşdirmə. İlkin məntiqi metodlardan olan analiz və sintez idrakda mühüm rol oynayır. Birinci onda ifadə olunur ki, istənilən obyekti dərindən və hərtərəfli öyrənmək üçün onun daxili mühüm əlamətlərini açmaq lazım gəlir. Bunun üçün isə obyekti fıkrən tərkib hissələrinə ayınnaq və hər bir hissənin xassə və əlamətlərini ayrı- aju'iUqda öyrənmək tələb olunur. Bu prosesdə həm də hər bir tərkib hissəsinin bütöv sistemdə rolunu açmaq mümkün olur. Bu idraki vəzifə həll edildikdən sonra obyektin hissələri fıkrən yenidən birləşdirilir və onun haqqında bütöv təsəvvür formalaşır. Bu təsəvvür əvvəlkindən fərqli olaraq predmetin daxili təbiəti haqqında dərin biliyi ifadə edir. Sonuncu əməliyyat sintez adlanır. İdrakda analiz və sintez qarşılıqlı surətdə biı-birini tamamlayır. Həmin əməliyvaüan zəruri edən obyektiv səbəb budur ki, dünyadakı prcdmetlər mür.'sv-iiob struktura malikdir. Buna görə də onları bütöv halda suıürdükdə dərindən və hərtərəfli öyrənmək, onların mahiyyətinə nüf'^ eımək qeyri-mümkündür. Obyekti fıkrən tərkib hissələrə ayırdıqda, yə«' analiz etdikdə, bu vəzifə asanlaşır. Növbəti metod mücəıxədləşdirmə elə bir fəfəkkür priyomudur ki, o öyrənilən obyektdən tədqiqatçım maraqlandıran xassə və münasibətləri seçib gö- tiirür, qalanlarını isə bir kənara qoyur. Bu seçilib götürülən keyfiyyətlər müxtəlif abstraksiyalar şəklində ifadə olunur və onlarla fikri əməliyyatlar aparılır. Ayrılıqda götürülmüş hər bir anlayış və kateqoriya, habelə onların sistemi belə abstraksiyalar kimi çıxış edir. Bu metod ona görə zəıuridir ki, dünyadakı predmet və hadisələr sonsuz sayda xassə və əlamətlərə malikdir. Onlann hamısını olduğu kimi fikirdə əks etdirmək və öyrənmək qeyri-mümkündür. Buna görə də onlardakı mühüm keyfiyyətləri ayırırıq və bunları araşdırmaqla predmetin və ya hadisənin mahiyyətini aşkar edə bilirik. Digər bir metod ümumiləşdirmə elə bir fikri əməliyyatı ifadə edir ki, onun nəticəsində obyektlərin ümumi xassə və əlamətləri müəyyən edilir. Bu aşağıdakı yol ilə baş verir. Biz obyektlərdəki oxşar xassə və münasibətləri seçib götürdükdən sonra, onları vahid bir sinif halında birləşdiririk. Nəticədə bu və ya digər qəbildən olan obyektlərin hamısı üçün ümumi olan əlamətlər məcmusu ümumiləşdirmələr yaranır. Tədqiqat prosesində tez-tez məlum olan biliklərə əsaslanmaqla yeni nəticə irəli sürmək lazım olur. Qeyd olunan əməliyyat iki istiqamət üzrə baş verə bilir: birinci halda biz məlum olan ayrı-ayrı faktlar haqqında biliklərdən çıxış edərək ümumi prinsipləri aşkar etməyə çalışırıq. İkinci istiqamət isə ümumi prinsiplərə arxalanmaqla, ayrı-ayrı obyektlər haqqında nəticələr irəli sürülməsini göstərir. Fikri hərəkətin birinci yolu induksiya, ikincisi isə deduksiya metodu adlanır. İnduksiya metodunun əsasını təcrübə, eksperiment və müşahidə təşkil edir. Məhz onların vasitəsilə biz ayrı-ayrı faktları toplayırıq, sonra onları təhlil edirik. Bu və ya digər sinfə (çoxluğa) daxil olan predmetlərin ümumi və təkrar olunan xassələrini üzə çıxarırıq. Deduksiya (ümumi biliklərdən istifadə etməklə xüsusi haqqında nəticə əldəetmə) yolu ilə əqli nəticə əldə etməyin mühüm şərti verilmiş hökmlərdən birinin ümumi xararterə malik olmasıdır. Bu metod o halda daha çox idraki əhəmiyyət kəsb edir ki, ümumi hökm sadəcə olaraq induktiv ümumiləşmə kimi deyil, hər hansı bir hipotetik fərziyyə və yeni elmi ideya formasında çıxış edir. Belə olduqda deduksiya yeni nəzəri sistemin yaranmasının əsası rolunu oynayır. Analogiya (bənzətmə) elə bir idrak metodudur ki, onun vasitəsilə obyekt-, lərin bir sıra əlamətlərə görə oxşar olması əsasında, onların digər əlamətlorinin də ümumiliyi haqqında əqli nəticə çıxarılır. Həmin istiqamətdə aparılan mühakimə buna arxalanır ki, biz müəyyən predmetin xassələrini öyrənməklə yəqin edirik ki, onlar digər obyektlərin xassələri ilə üst-üstə düşür. Əgər belə oxşar xassələr kifayət qədər çoxdursa, onda biz müqayisə olunan obyektlərin başqa xassələrinin də eyni olduğunu söyləyə bilirik. Analogiya ilə sıx bağlı olan növbəti metod modelləşdirmə adlanır. Bu metod obyekti öyrənmək üçün onun süni modelini yaratmağı nəzərdə tutur. Model öyrənmək istədiyimiz tərəflərə görə orijinal ilə uyğun gəlir. Bu keyfiyyətinə görə model idrak üçün çox əlverişlidir. Əlbəttə, modelin digər əlamətləri orijinal ilə uyğun gəlməyə də bilər. Modelləşdinnə o halda daha zəruri olur ki, öyrənmək istədiyimiz obyekt ilə bilavasitə təmas yaratmaq qeyri-mümkündür, ya da iqtisadi baxımdan sərfəli deyildir (məsələn, almazın təbii yaranması. Yer üzərində həyatın əmələ gəlməsi və sair). Adi və elmi idrakda modelləşdirmənin iki növündən (maddi və ideal) istifadə olunur. Maddi modellər təbii qanunlara tabe olan maddi obyektləri ifadə edir. Mənəvi modellər isə məntiqi qanunlar üzrə fəaliyyət göstərən ideal formalardır. Onlar işarələr sistemi vasitəsilə ifadə olunur. Müasir elmi texniki inqilab şəraitində kompyuter vasitəsilə modelləşdirmə metodu geniş tətbiq olunmaqdadır. Kompyuterə xüsusi işlənib hazırlanmış proqramlar daxil etməklə son dərəcə müxtəlif prosesləri (məsələn, bazar qiymətlərinin enib-qalxmasını, əhali artımının meyllərini, Yerin süni peykinin hərəkətini, ayrı-ayrı kimyəvi reaksiyaları və s.) modelləşdirmək mümkündür. Yuxarıda göstərilən metodlardan əlavə empirik və nəzəri tədqiqatların hər birinin özünəməxsus metodlan da vardır. Belə ki, empirik səviyyədə aparılan tədqiqatlar aşağıdakı metodlar üzrə gedir: müşahidə, təsviretmə və eksperiment. Müşahidə dedikdə obyektiv gerçəkliyin hadisələrində baş verən dəyişikliklərin məqsədyönlü şəkildə izlənilməsi başa düşülür. Bu, üç tərəfin - müşahidəçinin, müşahidə obyektinin və müşahidə vasitəsinin olmasını nəzərdə tutur. Adi seyr etmədən fərqli olaraq elmi müşahidə müəyyən məqsəd güdür, yəni elmi vəzifənin həlli ilə bağlı olur. O, obyektin indiki vəziyyəti və gələcəkdə onda baş verə biləcək dəyişikliklər haqqında biliklər əldə etməyə yönəlir. Müşahidənin nəticələri müəyyən vasitələrin köməyi ilə qeydə alınır və toplanılır. Bu, təsviretmə adlanır. Təsvir obyekt haqqında məlumatları təbii və ya süni dildə ifadə edir. Təsvirin keyfiyyət və kəmiyyət formaları mövcuddur. Birinci halda əsas yeri obyektdə baş verən mahiyyət xarakterli dəyişikliklərin qeydə alınması tutur. Kəmiyyət təsviri isə riyazi dil ilə ifadə olunur, ölçmə və hesablama əməliyyatları vasitəsilə yerinə yetirilir. Ölçmə əməliyyatı obyektləri müəyyən oxşar xassələrə və əlamətlərə görə müqayisə etməyə əsaslanır. Müşahidə çox əhəmiyyətli və zəruridir. Lakin onun nöqsanları da vardır, Əvvəl a, müşahidədə əsas yer tutan hiss orqanlarının imkanları xeyli məhduddur (hətta texniki vasitələrdən istifadə olunduqda belə). Digər tərəfdən müşahidəni həyata keçirərkən biz öyrəndiyimiz r>K\ əHimi :ə uyğun dəyişikliklər edə bilmirik, onun gedişinə və şəraitinə müdaxilə etmirik. Müşahidənin bu nöqsanlarım müəyyən qədər eksperiment aradan qaldırır. Eksperiment dedikdə obyekti elmi dərk etmək və onun obyektiv qanunauyğunluqlarını aşkar etmək məqsədilə aparılan fəaliyyət növü başa düşülür. Eksperiment zamanı öyrənilən obyektə xüsusi vasitələr və cihazların köm»yj JİƏ təsir göstərilir. Belə təsir nəticəsində əv\'əla, tədqiq olunan oüycKti yardımçı, ikinci dərəcəli hadisələrdən təmizlə.voraJc xalıs şəkildə götürmək mnimkün olur. Digər tərəfdən, obyektdə gedə« prosesləri nəzarətdə saxlamaq və hesablamaqla, onlar təkrar etdirilə bilir. Nəhayət, axtarılan nəticəni əldə etmək məqsədilə obyekt planlı surətdo- dəyişdirilir, müxtəlif manevrlər edilir, bir neçə şərait əlaqələndirilir.' Eksperimentlər müxtəlif növlərə ayrılırr. Onlardan yerinə yetirilmə üsul- larma görə bilavasitə və model eksperimentlərini, başvermə məkanına görə sahə (çöl) və laboratoriya eksperimentlərini, xarakterinə görə axtarış və yoxlayıcı eksperimentləri, ölçmə eksperimentlərini (obyektlərin tərəfləri və xassələrini müqayisə və dəqiq aşkar etmək üçün) göstərmək olar.

Yüklə 7,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə