1-Mühazirə Elm və texnikanın fəlsəfəsinin predmeti



Yüklə 7,9 Mb.
səhifə7/24
tarix22.03.2024
ölçüsü7,9 Mb.
#183538
1   2   3   4   5   6   7   8   9   10   ...   24
C fakepathÜmumi mühazir l r (9 mövzu) 2022-23

2. Elmi idrakın strukturu
Yuxarıda deyilənlər göstərir ki, elm çoxtərəfli, daim dəyişilmə və inkişafda olan dinamik sistemdir. O, mürəkkəb daxili struktura malikdir. Elmi biliyin strukturunda iki pilləni empirik və nəzəri ayırmaq olar. Bu bölgünün əsasında empirik və idraki fəallığın dərinlik səviyyəsi və üsulları, habelə əldə edilən elmi nəticələrin xarakteri durur. Birinci pillədə faktiki materialların qeydə alınması və qruplaşdırılması, empirik təhlil əsas yer tutur. İkincidə mücərrəd nəzəri təfəkkür fəaliyyəti əsasında hadisə və prosesin mahiyyətinə dərindən nüfuz edilir, onların yeni xassə, ələqə və münasibətləri aşkara çıxarılır.
Beləliklə, elmi idrakın empirik və nəzəri səviyyələri - a) tədqiqat predmetinin xarakterinə görə, v) tətbiq olunan tədqiqat vasitələrinin tipinə və s.) istifadə edilən metodların xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.
Birinci onda ifadə olunur ki, empirik tədqiqat əsas etibarilə ətraf aləmdəki hadisələri və onlar arasında nisbətən üzdə olan asılılığı aşkara çıxarmağa yönəlir. Nəzəri tədqiqat isə obyektlərin mahiyyət əlaqələrini xalis şəkildə götürüb araşdırır. Həm də birincinin verdiyi biliyə nisbətən ikinci səviyyədə əldə olunan bilik daha dəqiq olur.
İkinci meyara - tədqiqat aparmaq vasitəsinə görə empirik və nəzəri tədqiqatlar arasmda aşağıdakı fərqlər vardır. Empirik tədqiqat öyrənilən obyekt ilə bilavasitə təmasda olmağı nəzərdə tutur. Bu zaman o müxtəlif vasitələrdən (cihazlardan, müşahidə və eksperimentdən) istifadə edir. Nəzəri səviyyəli tədqiqatda isə obyekt ilə bilavasitə əlaqə saxlanılmır. O, dolayısı ilə, vasitələnmiş şəkildə öyrənilir. Burada fikri eksperiment, ideallaşdınimış obyektlər quraşdırmaq (məsələn, mütləq mənada bərk cisim, maddi nöqtə, ideal əmtəə) və digər vasitələr əsas yeri tutur.
Nəhayət, idrakın empirik və nəzəri səviyyələri tədqiqat metodlarına görə də bir-birindən fərqlənir. Empirik tədqiqatın əsas metodları: eksperiment, müşahidə, təsviretmə və sairdir. Nəzəri səviyyədə isə ideallaşdırma, fikrin mücərrəddən konkretə yüksəlməsi, aksiomatik və hipotetik-deduktiv metodlar, habelətarixi və məntiqinin vəhdəti metodu əsas yer tutur.
İdrakın empirik və nəzəri səviyyələrinin daxili strukturunu açmazdan əvvəl, onlar ilə hissi və rasional səviyyələrin münasibətini nəzərdən keçirmək vacibdir. Qeyd edək ki, bu iki növ bölgü bir-birilə çox yaxındır. Lakin onları tam eyniləşdirmək olmaz. Hər şeydən əvvəl ona görə ki, empirik səviyyə hissi pillədən daha geniş məzmuna malikdir. Belə ki, onun tərkibinə həm də müşahidə əsasında formalaşan xüsusi tipli bilik - elmi fakt daxildir. Deməli, empirik səviyyə özündə hissidən əlavə, həm də rasional pillənin müəyyən momentlərini əhatə edir. Eyni fikri biliyin nəzəri səviyyəsi haqqında da söyləmək olar. Burada rasional formalar (anlayış, mühakimə, əqli nəticə) üstünlük təşkil etsə də, həm də hissi idrakın forması olan əyani modellərdən istifadə olunur.
Bütün bunlarla yanaşı nəzərdə tutulmalıdır ki, empirik səviyyədə hissi idrak, nəzəri səviyyədə isə rasional idrak əsas yeri tutur.
Elmi idrakın həm empirik, həm də nəzəri səviyyələri mürəkkəb daxili struktura malik olub, bir sıra yarımpillələrdən ibarətdir; Məsələn, empirik səviyyənin tərkibində müşahidə və empirik fakt ayrılır.
Müşahidə prosesində əldə olunan informasiya tədqiqatçının bilavasitə hiss üzvlərinin göstəricilərinə, habelə müxtəlif cihazların məlumatlarına əsaslanır. Buna görə də onun mötəbərlik səviyyəsi o qədər də yüksək deyildir. Belə ki, müşahidəçinin subyektiv keyfiyyətləri və istifadə etdiyi cihazların göstəricilərini qeydə alarkən buraxdığı səhvlər öz mənfi təsirini göstərə bilir. Deyilənlərdən məlum olur ki, nəzəriyyə yaradılarkən müşahidə materialları əsas götürülə bilməz. Bu proses daha mötəbər biliyə - fakta arxalanmalıdır. Müşahidə məlumatlarından fakt mərhələsinə keçilərkən aşağıdakı əməliyyatlar yerinə yetirilib. Hər şeydən əvvəl müşahidə məlumatları rasional formada işlənilir və onlardakı sabit (invariant) tərəflər axtarıb tapılır. Bu çox vacibdir, çünki faktı formalaşdırmaq üçün çoxsaylı müşahidə məlumatlarını müqayisə etmək yolu ilə onlarda tək- rarolunan, nisbi sabit xarakter daşıyan tərəfləri seçib götürmək tələb olunur. Bu həm də təsadüfləri və müşahidəçinin günahı üzündən baş verən səhvləri ayırd etmək üçün vacibdir.
Digər bir mühüm prosedur müşahidələrdə aşkar olunan invariant (sabit) məzmunun düzgün şərh olunmasıdır. Bu prosesdə əvvəllərdə əldə edilmiş nəzəri biliklərdən geniş istifadə olunur.
Fakt ilə nəzəriyə bir-birilə xeyli yaxındır. Belə ki, faktın formalaşmasında nəzəriyyədən kənsiba yoxlanılmış biliklər müəyyən qədər iştirak edir. Digər tərəfdən faktlar yeni nəzəri biliklərin yaranmasına təkan verir. Həmin biliklər isə səhih olduqda yeni faktların formalaşmasında fəal iştirak edir.
Nəzəri biliyin tərkibində də iki yarımsəviyyə mövcuddur. Bunlar xüsusi nəzəri model və qanunlar və inkişaf etmiş nəzəriyyə adlanır. Birinci yanmsəviyyə məhdud çərçivədə olan hadisələri əhatə edir. İkinci, yəni inkişaf etmiş nəzəriyyə bununla səciyyələnir ki, onda bütün xüsusi modellər və qanunlar vahid nəzəriyyə şəklində ümumiləşdirilir və birləşir.
Elmi biliyin strukturu təkcə göstərilənlərlə məhdudlaşmır. Burada elmi biliyin əsasları adlanan tərəf də çox mühüm yer tutur. Bu əsaslar elmi ax- tarışlann strategiyasını müəyyən edir və onların nəticələrinin müvafiq tarixi dövrün mədəniyyətinə qovuşmasında böyük rol oynayır. Elmin əsasları özündə aşağıdakı üç tərəfi əhatə edir: tədqiqatın idealı və normaları; dünyanın elmi mənzərəsi; tədqiqatın fəlsəfi əsasları. Birinci fərəf biliyin sübuta yetirilməsi və əsaslandırılmasının, izahatın, təsvirin və eləcə də biliyin təşkilinin idealını və normalarını göstərir.
İkinci tərəf - dünyanın elmi mənzərəsi, müxtəlif elmlərin əldə etdiyi biliklərin sintezi əsasında fonnalaşır. O, elmin tarixi inkişafının müvafiq mərhələsində işlənib hazırlanmış dünya haqqında ümumi təsəvvürlərin məcmusudur.
Nəhayət üçüncü tərəf, elmin ideal və normalarını və dünyanın elmi mənzərəsini əsaslandıran fəlsəfi ideyalar və prinsipləri ifadə edir. Bu, hər bir dövrdəki elmi biliyin həmin dövrün ümumi mədəniyyətinə qovuşmasında əhəmiyyətli yer tutur.

Yüklə 7,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə