1-Mühazirə Elm və texnikanın fəlsəfəsinin predmeti


Empirik və nəzəri tədqiqatların metodları



Yüklə 7,9 Mb.
səhifə8/24
tarix22.03.2024
ölçüsü7,9 Mb.
#183538
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
C fakepathÜmumi mühazir l r (9 mövzu) 2022-23

3. Empirik və nəzəri tədqiqatların metodları
Elmi idrakın hər iki səviyyəsində tədqiqatlar aparılarkən bir sıra metodlardan istifadə olunur. Əvvəla qeyd edək ki, metod dedikdə idrak prosesində istifadə edilən prinsiplərin, priyomların, qaydaların və tələblərin sistemi başa düşülür. Elm meydana gəlib inkişaf etdikcə onun istifadə etdiyi metodlarla bağlı məsələ də aktuallıq kəsb edir. XVII əsrə qədər elmdə Aristotelin kəşf etmiş olduğu deduktiv metod əsas yer tuturdu. Bu dövrdə təbiətşünaslığın inkişafı yeni metoda tələbat yaratdı. Bu zərurəti həyata keçinnəyə ilk dəfə F.Bekon cəhd göstərmişdir. O, induktiv rfıeto- dun əsaslarını işləyib hazırlamışdır. Yuxarıda deyildiyi kimi onun əsas məzmununu fikrin təkcədən ümumiyə doğru hərəkəti təşkil edir. İnduktiv metod o dövrdə inkişaf etməkdə olan riyazi eksperimental təbiətşünaslığın tələblərinə uyğun gəlirdi. Bir qədər sonra franstz filosofu R.Dekart elmdə və o cümlədən də fəlsəfədə riyazi metodun rolunu geniş əsaslandırdı. Riyaziyyatın bu metodiki əhəmiyyəti Spinoza və Leybnis tərəfindən bir daha qeyd olundu. Klassik alman fəlsəfəsinin banisi İ.Kant yeni dövr fəlsəfəsində metod haqqında elmi axtarışları davam etdirərək ideallaşdırmanın xüsusi əhəmiyyətini göstərdi. Hegel isə fikrin mücərrəddən konkretə doğru yüksəlməsi metodunu kəşf etdi. Müasir dövrdə elmi metod axtarışları B.Rasselin, K.Popperin və P.Feyerabendin təlimlərində davam və inkişaf etdirildi. Onlar elmi biliyin həqiqiliyini yoxlamaq üçün iki metodun xüsusi rolunu göstərdilər. Onlardan biri verifikasiya prinsipi - biliyin empirik yoxlanılması, ikncisi isə falsifikasiya prinsipidir (hipotezin və ya nəzəriyyənin yalan və ya köhnəlmiş olduğunu aşkar etmək). Metodun daxilində predmet məzmunu, operasional və aksioloji səpkilər ayrılır. Birinci səpki tədqiqatın predmeti haqqında biliyi ifadə edir. Bu səpki metodun obyektiv əsasa malik olduğunu göstərir. Operasional səpki metodun obyektdən daha çox subyektdən asılı olduğunu əks etdirir. Onun məzmununa görə tədqiqatçının hazu-lıq səviyyəsi, onun müxtəlif elmi priyomlan tətbiq edə bilmək məharəti daxildir. Bir sözlə bu səpki metodun subyektiv keyfiyyətləri ilə bağlıdır. Nəhayət aksioloji səpki metodun mötəbərliyi, qenaətliliyi və effektivliyini göstərir. Bu o deməkdir ki, tədqiqatçı müxtəlif metodlardan daha aydın və səmərəli olanları və öz xarakterinə yaxın olanları seçir.

Yüklə 7,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə