1-Mühazirə Elm və texnikanın fəlsəfəsinin predmeti



Yüklə 7,9 Mb.
səhifə6/24
tarix22.03.2024
ölçüsü7,9 Mb.
#183538
1   2   3   4   5   6   7   8   9   ...   24
C fakepathÜmumi mühazir l r (9 mövzu) 2022-23

Elmi idrakın formaları
Mənəvi istehsal sahəsi kimi götürülən elmin yaratdığı məhsullarbirdən-birə baş vennir. O, bir sıra mərhələlərdən keçərək formalaşır. Bu mərhələləri başqa sözlə elmi idrakın formaları da adlandırırlar. Onlar aşağıdakılardır; ideya, problem, hipotez və elmi nəzəriyyə. İdeya mövcud biliklərin sintezi, gələcək nəzəriyyənin əsasıdır. O, xüsusi fikir formasıdır. Bu fikir mövcud elmi biliyin hüdudlarından kənara çixir. İdeyada təkcə gerçəklikdə mövcud olanlar təsvir edilmir, həm də onlara qiymətverici mü- nasibət bildirilir. Buna görə ideya çox mühüm rol oynayır. O, hər bir elmi nə- zəriyyənin ilkin forması və özülüdür. Hipotez elmi nəzəriyyənin yaradılmasında mühüm rol oynayır. O, təcrübəyə və əvvəlki biliklərə əsaslanan elmi fərziyyədir. Nəzəriyyədən fərqli olaraq hipotezdə ifadə olunan bilik dəqiq deyil, ehtimali güman xarakteri daşıyır. Elmin və praktikanın gələcək inkişafı gedişində hipotez ya təsdiq olunur (bu halda 0 nəzəriyyəyə bir moment kimi daxil olur), yaxud da təkzib edilir, yalana çıxarılır. Hipotez biliyin inkişafı formasıdır. Onun irəli sürülməsi nəzəriyyənin inkişaf etdirilməsinin əsas yoludur. Akademik 'V.Vaviiov onun böyük rolunu səciyyələndirərkən yazırdı ki, müasir fizika məhv olmuş hipotezlərin materialları içərisindən yetişmişdir. İndiki şəraitdə nəzəriyyənin inkişafında riyazi hipotez daha çox rol oynayır. Bu hipotez belə qurulur; Əvvəlcə mücərrəd obyektin riyazi təsviri verilir. Sonra onun fiziki səbəbləri axtarılır, alınmış nəticələr izah olunur. Riyazi hipotezi irəli sürməyin başlıca şərti onun təcrübə ilə ziddiyyət təşkil etməməsidir. Bu işdə çox vaxt EHM-dən istifadə olunur. Hipotez bir qayda olaraq elmdə problem şəraitin və elmi problemin olduğu halda yaranır. Elmi problem dedikdə yeni elmi faktları mövcud nəzəriyyə çərçivəsində izah etməyin mümkün olmadığı ziddiyət halı başa düşülür. Bu zaman istifadə olunan elmi faktlar özlərində müəyyən gizli nəzəri }dik və məna daşıyır. Deməli, elmi problem elmin təkcə keçmişi ilə deyil, həm də gələcəyi ilə (nəzəriyyə) maraqlanır. Bununla belə hər bir elmi problem mövcud elmi bilik səviyyəsinə arxalanır. Eyni zamanda problem insanın səylərini elmi zirvələrin axtarışına yönəldir. Buna görə də o, daha dolğun və hərtərəfli biliyə yol açır. Elmi problem adətən müəyyən sual şəklində formulə edilir. Elm həmin suala tez və ya gec müsbət cavab verir. Elmi problemin qoyuluşu və həlli dialektik xarakter daşıyır. Bir elmi problemin həlli digərini doğurur. Elmi nəzəriyyə idrak fəaliyyətinin ali fonnasıdır. Nəzəriyyə idrakın yekun məhsuludur. O, müəyyən hadisələr çoxluğunun qanunauyğunluqları və mahiyyət əlaqələri haqqında dəqiq təsəvvürlər verir. Bu təsəvvürlərin dəqiqliyi praktikada yoxlanılır və sübuta yetirilir. Elmin cəmiyyət həyatında rolu artdıqca o, öz əhatə dairəsinə getdikcə daha çox insanlar və vasitələr cəlb edir, elmi informasiyanın həcmi sürətlə artır. Hazırda dünyada 5 milyondan çox adam elmlə məşğuldur. Nonnal inkişaf etmiş ölkənin məcmu milli məhsulunun 5-6 faizi elmə xərclənir.' Müasir elmin sürətli inkişaft öz ifadəsini onda tapır ki, elmi kəşflər ilə onlann praktikada tətbiqi arasındakı müddət ixtisara salmır. Əgər əwəllərdə bu müddət on illəri və yüz illəri əhatə edirdisə, indi bu göstərici cəmi bir neçə ilə bərabərdir. Elmin inkişafını oks etdirəri hər bir yeni elmi nəzəriyyə əvvəlki nəzəriyyə ilə əlaqədo olur. Bu əlaqəlilik N.Borun kəşf etdiyi uyğungəlmə prinsipində ifadə olunur. Həmin prinsip göstərir ki, istənilən elmi nəzəriyyə boş yerdən yaranmır. Onun kökləri bu və ya digər dərəcədə əvvəlki nəzəriyyələrlə bağlıdır. Elmin inkişafının çox mühüm qanunauyğunluğunu biliklərin diferensiasiyası və inteqrasiyası təşkil edir. Birinci t&rof elmi məlumatların kəmiyyət və keyfiyyət artımının nəticəsidir. Belə ki, elmi infonnasiya çoxaldıqca, həm onun ayrı-ayrı sahələrə parçalanması, həm də elmlə məşğul olan insanların dar ixtisaslaşması tələb olunur. Diferensiasiya meylinin necə getdiyini müasir fizika elminin nümunəsində görmək olar. Əvvəllər vahid elm olan fizika sonradan mexa- nikaya, astronomiyaya, yarımkeçiricilər fizikasına, bərk cismlər fizikasına, elementar hissəciklər fizikasına və başqalarına ayrıldı. Hazırda bu elmin onlarla sahəsi mövcuddur. Elmi biliyin diferensiasyası həm də idrakın subyekti olan insanın xüsusiyyətləri ilə bağlıdır. Söhbət ondan gedir ki, insanın bədən quruluşu, intellektual və psixofıziki göstəricilərindən xeyli dərəcədə asılıdır. Doğrudur, insan müxtəlif texniki vasitələrdən istifadə etməklə öz imkanlarını genişləndirə bilir. Lakin bütövlükdə elmin inkişafı insanın yuxarıda qeyd olunan göstərici və imkanlarına uyğun gəlir. Elmi biliyin diferensiasiyası ümumən mütərəqqi xarakter daşıyır. Belə ki, idrakın dərinləşməsinə, hər bir elmin istifadə etdiyi metodikanın və idrak vasitələrinin təkmilləşməsinə kömək edir. Bununla yanaşı elmin həddən artıq diferensiasiyası müəyyən mənfi nəticələr də törədir. Bu halda öyrənilən obyektin bütöv obrazını yaratmaq, onun ümumi inkişaf qanunauyğunluqlarım aşkar etmək çətin olur. Diferensiasiyanın bu məhdudluqlarını digər bir istiqamət elmlərin inteqrasiyası aradan qaldırılır. Bu meyl də sürətlə getməkdədir. Nəticədə müxtəlif elmlərin qovuşuğunda yeni, inteqrativ elm sahələri (kibernetika, sinergetika, biokimya, biofizika və s.) yaranır. Qeyd olunmalıdır ki, elmin diferensiasiyası və inteqrasiyası meylləri bir- birindən ayrılmazdır. Onlar dialektik vəhdətdə çıxış edirlər.

Yüklə 7,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə