1-Mühazirə Elm və texnikanın fəlsəfəsinin predmeti


-Mühazirə Elmi idrakın strukturu və metodları



Yüklə 7,9 Mb.
səhifə3/24
tarix22.03.2024
ölçüsü7,9 Mb.
#183538
1   2   3   4   5   6   7   8   9   ...   24
C fakepathÜmumi mühazir l r (9 mövzu) 2022-23

3-Mühazirə
Elmi idrakın strukturu və metodları


3. ELMİ İDRAK VƏ ONUN METODLARI
Elmi idrak və onun spesifik cəhətləri
Bu mövzu idrakın əsas forması olan elmin fəlsəfi təhlilinə həsr olunur. İdrakın digər (bədii və adi güzəran) formaları ilə müqayisədə elm daha yetkin səciyyə daşıyır. Hazırda o, bizi əhatə edən reallığın getdikcə daha fəal tərkib hissəsinə çevrilməkdədir.
Elm cəmiyyətdə çox böyük rol oynayır. İnsanlar onun vasitəsilə dünyadakı hadisə və proseslərin yeni-yeni xassələrini, əlaqələrini və qanunauyğunluqlanm aşkar edirlər. Elmin nailiyyətləri əsasında onlar öz həyat fəaliyyətini daha səmərəli qururlar. Elmi məlumatlar toplandıqdan və təhlil edildikdən sonra ümumiləşdirilir və bitkin nəzəriyyəyə çevrilir. İdrakın sonrakı gedişində o, daha da dəqiqləşdirilir və yeniləşir. Nəticədə dünyam daha dolğun və hərtərəfli əks etdirmək mümkün olur.
Elm anlayışının məzmunu çox genişdir. Ənənəvi olaraq bu anlayışa aşağıdakılar daxil edilir: biliklər sistemi, fəaliyyət növü, sosial institut, akademiya sistemi və eimi-texniki inqilab.
Biliklər sistemi kimi götürülən elm obyektiv qanunları dərk etməyə yönəlmiş empirik və nəzəri, fundamental və tətbiqi, təsviredici və izahedici idrak vahidlərinin məcmusunu əhatə edir.
Elmə fəaliyyət kimi yanaşdıqda onun iki əsas tərəfi aşkara çıxır: (sosioloji və koqnitiv). Birinci tərəf subyektlərin elm ilə bağlı funksiyalarıını əks etdirir. İkinci tərəfə isə bilikləri yaratmağa və dərinləşdirməyə yönələn yaradıcılıq prosedurları (empirik və nəzəri səviyyələr) daxildir.
Sosial institut kimi götürdükdə elm bu sahədəki fəaliyyətin normaları və təşkilatlarını, sosioloji və aksioloji meyarlarını əhatə edir. Bu halda elm siyasi, hüquqi, mülki-əxlaqi, koqnitiv (idrakı deməkdir) metodoloji tərəfəri ifadə edən sosial infrastruktur kimi çıxış edir.
Elmə akademik sistem kimi yanaşdıqda obyektiv və ictimai faydalı biliklər almaq üçün ixtisaslaşdırılmış müəyyən strukturların məcmusu başa düşülür.
Elmi-texniki inqilab XX əsrin ortalarından başlanan qüdrətli sosial hərəkatdır. Bu hərəkat elmin inkişafı və həlledici texnoloji qüvvəyə çevrilməsi nəticəsində canlı işçi qüvvəsinin əməyinin sıxışdırılıb çıxarılması ilə səciyyələnir. O, həm də fəaliyyətin səmərələşdirilməsi və intellektuallaşması əsasında yenidən qurulması deməkdir.
Elm gerçəkliyi özünəməxsus formalarda (elmi təssəvürlər, anlayışlar və nəzəri sistemlər) əks etdirən spesifik şüur formasıdır. Başqa sözlə, elm mənəvi istehsal sahəsidir. Bu istehsalın məhsulları anlayışlar, qanunlar və nəzəriyyələrdir. Biliklər sistemi kimi elm inkişaf etdikcə onu öyrənən xüsusi nəzəriyyə sahəsidə yaranır. Bu epistemologiya (epistemos yunanca bilik deməkdir) adlanır. O, ümumi idrak nəzəriyyəsinin (qnoseologiyanın) ayrılmaz tərəfini təşkil edir.
Elmin yaranması təsadüfi olmayıb tarixi zərurətdir. O, təbiətin və cəmiyyət hadisələrinin mahiyyətini dərk etməyi tələb edən şəraitin məhsuludur. Bununla əlaqədar deyilməlidir ki, elm iki əsas məqsədə xidmət edir. Onlardan birincisi ətraf aləmdəki hadisə və proseslərin daxili sirlərini açmaq (idraki məqsəd), ikincisi isə insanın ətraf mühitə uyğunlaşması və onu dəyişdirməsini səmərəli etməkdir.

Yüklə 7,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə