1-Mühazirə Elm və texnikanın fəlsəfəsinin predmeti


Elmin cəmiyyətdəki rolu onun funksiyalarında daha aydın şəkildə təzahür edir



Yüklə 7,9 Mb.
səhifə4/24
tarix22.03.2024
ölçüsü7,9 Mb.
#183538
1   2   3   4   5   6   7   8   9   ...   24
C fakepathÜmumi mühazir l r (9 mövzu) 2022-23

Elmin cəmiyyətdəki rolu onun funksiyalarında daha aydın şəkildə təzahür edir. Elm aşağıdakı funksiyaları yerinə yetirir: mədəni-dünyagörüşü funksiyası; bilavasitə məhsuldar qüvvə ilə bağlı funksiya və elmin fəal sosial qüvvə kimi çıxış etmə funksiyası. Tarixin müxtəlif dövrlərində bu funksiyalar eyni rol oynamır. Onlardan bu və ya digəri ön plana çıxır. Məsələn, elmin müstəqil sosial institut kimi formalaşmağa başladığı XVII əsrdə birinci funksiya aparıcı yer tuturdu. Məhz bu dövrdə elm ilk dəfə insanların dünyagörüşündə dinin uzun illər ərzində davam edən inhisarına son qoydu. Tədricən elmi-dünyagörüşünün yayılması prosesi başlandı.
Müasir elmi-texniki inqilab şəraitində elmin istehsala nüfiız etməsi durmadan artır. Bununla əlaqədar olaraq onun bilavasitə məhsuldar qüvvə kimi fəaliyyəti funksiyası birinci yerə çıxır. Bu onda ifadə olunur ki, elm maddi istehsal və eləcə də mənəvi istehsal ilə getdikcə daha çox qovuşmaqdadır.
Nəhayət elmin sosial qüvvə kimi fəaliyyəti funksiyasi da mühümdür. Bu funksiya cəmiyyətin iqtisadi və sosial inkişafının elmi zəmin üzrə həyata keçirilməsində fəzahür edir. Qeyd edək ki, müasir elmin sosial funksiyası ölkədaxili ilə məhdudlaşmır. O, həm də beynəlxalq miqyaslı qlobal problemlərin həllində böyük imkanlar açır.
Elmi idrak əsasən insanların fəaliyyət dairəsinə cəlb olunmuş və yaxud gələcəkdə cəlb olunacaq sahələri öyrənir. Buradan aydın olur ki, elm təkcə bugünkü tələbatı əks etdirmir. O, həm də gələcəyin öyrənilməsinə xüsusi diqqət yetirir.
Elmi idrak adi məişət idrakından aşağıdakı cəhətlərinə görə fərqlənir:
Əvvəla elmin öyrəndiyi obyektləri adi təcrübənin öyrəndiyi obyektlərə müncər etmək olmaz. Buna görə də, onları mənimsəyərkən adi idrakın metod və vasitələri kifayət deyildir. Əlavə olaraq xüsusi priyomlar tətbiq etmək lazım gəlir. İkinci elmi idrakın dili adi idrakdakından xeyli fərqlidir. Əgər ikincinin dili daha çox təsviri, qeyri-dəqiq və çoxmənalı xarakter daşıyırsa, elmin dili dəqiq və birmənalıdır. Elm obyektləri təsvir etmək üçün xüsusi işlənib hazırlanmış dildən (bu bəzən sağlam düşüncə baxımından qəribə görünsə də) istifadə edir. Üçüncü elmi tədqiqatlarda xüsusi cihazlar və aparatlar tətbiq olunur. Yalnız onların köməyilə elm öyrəndiyi obyeklərin vəziyyətini və dəyişilməsini eksperimental şəkildə əks etdirə bilir.
Bu da qeyd olunmalıdır ki, elmi idrak öz nəticələrinə görə də adi empirik idrakdan seçilir. Belə ki, elmi fəaliyyətin yekunlarmı heç də həmişə adi təcrübədə və istehsalatda yoxlamaq mümkün olmur. Burada biliyin həqiqiliyini müəyyən etmək üçün digər meyarlardan (əqli nəticələrdən, yəni doğruluğu sübuta yetirilmiş bilikdən, digər yeni bilik əldə etmək üsullarından) istifadə edilir. Həm də göstərilməlidir ki, adi idrakın nəticələri dağınıq və sistemsiz olursa, elmi bilik sistemli, bitkin və əsaslandırılmış xarakter daşıyır.
Deyilənlərdən əlavə elmi adi idrakdan fərqləndirən aşağıdakı cəhətlərə də diqqət yetirilməlidir. Belə ki, o, adətən obyetoi tədqiq etmək üçün başa düşülən, anlaqlı metoddan istifadə edir. Lakin elm gündəlik təcrübədə məlum olan adi təsəvvürlərdən uzaqlaşaraq obyektlərin daxili mahiyyətinə nə qədər çox nüfuz edirsə, burada xüsusi metodun yaradılmasına zərurət də bir o qədər artır. Buna görə də elm təkcə obyekt haqqında bilik yaratmır, həm də metod haqqında bilik formalaşdırır. Elmin inkişafının yüksək mərhələsində isə elmi axtarışlara istiqamət verən xüsusi bilik sahəsi - metodologiya formalaşır. Sonra elm ilə məşğul olmaq üçün xüsusi hazırlıq keçmək tələb olunur. Adi idrakda belə hazırlıq fərdin sosiallaşması və müxtəlif fəaliyyət sahələrinə qovuşması prosesində avtomatik baş verir. Elmi fəaliyyət isə ali və ya orta ixtisas təhsili həcmində bilik olmağı, müəyyən dəyərlər sisteminə məqsəd ustanovkaları və standartlara malik almağı tələb edir. Elm ilə məşğul olan mütəxəssisləri yetişdirmək üçün xüsusi təşkilatlar və müəssisələr sistemi (ali və orta ixtisas təhsili məktəbləri, elmi-tədqiqat institutları, magistratura, aspirantura və sair) fəaliyyət göstərir.
Elmi idrakın səciyyəsini verərkən elmi rasionalhq probleminə də diqqət yetirilməlidir. Bu həm də ona görə zəmridir ki, müasir Qərb fəlsəfəsi fikrində elmi rasionallığa mənfi m.ünasibət holo də özünü göstərməkdədir. Bununla əlaqədar qeyd edək ki, elmi rasionalhq anlayışının özü də daim təkmilləşməkdədir.
Ümumi mənada rasionalhq dedikdə zəkanın və dərrakənin nəticələrinə arxalanmaq və mümkün qədər emosiyalara, ehtiraslara, şəxsi rəyə uymamaq başa düşülür. Rasionallıq problemi XVII əsrdə, yəni elmin müstəqil sosial institut kimi formalaşdığı dövrdə yaranmışdır. O vaxtdan elmi rasionalhğın üç müxtəlif tipi özünü göstərmişdir. Birinci, rasionallığın klassik tipi (XVII-XVIII əsrlərdə mövcud olmuşdur) adlanır. Bu forma göstərirdi ki, obyektləri nəzəri cəhətdən izah və təsvir edərkən subyektin istifadə etdiyi vasitələrdən və əməliyyatlardan sərf- nəzər olunur. Bu, dünya haqqında obyektiv həqiqi bilik almaq üçün zəruri hesab edilirdi. Həmin dövrdə mexanika elmi apanci yer tuturdu və dünyanın mexaniki mənzərəsi formalaşırdı. Rasionalhğın sözügedən tipinin səciyyəsinə bu amil ciddi təsir göstərmişdir.
İkinci tip, XIX əsrin sonu və XX əsrin əvvəllərində formalaşmışdır. Bu qeyri-kiassik elmi rasionallıq tipi adlanır. Onun səciyyəvi cəhəti tədqiqat nəticələrinin, alimin tətbiq etdiyi vasitələrin xarakterindən (xüsusən də eksperimentdən) və öyrənilən obyeJctdə keçirilən əməliyyatların spesifikliyindən asılılığının göstərilməsidir. Bununla yanaşı həmin elmi rasionalhq tipi öyrənilmiş obyektin təsviri və izahında idrakın subyektinin sosial dəyərləri və məqsədinin rolu olmadığını qeyd edir. Üçüncü tip XX əsrin 70-ci illərindən özünü göstərir. Bu elmi rasionalhğın postqeyri-klassik tipi adlanır. Onun səciyyəvi cəhəti mürəkkəb, öz-özünə inkişaf edən sistemlərin tədqiqi və bu tədqiqatların fənlərarası xarakter daşımasıdır. Bu tip müasir elmin vəziyyəti və inkişaf meyllərinə daha çox uyğun gəlir. Elmi rasionallığın postqeyri-klassik tipi tədqiqatçının fəaliyyətini daha geniş planda götürür. Göstərir ki, obyektlər haqqında alınmış biliklər təkcə istifadə olunan tədqiqat vasitələri və apanlan əməliyyatlar ilə deyil, həm də tədqiqatçının sosial və məqsəd-dəyər ustanovkaları ilə müəyyən münasibətdədir.
XX əsrin son onilliklərində elmi rasionallıq problemdərinin yenidən diqqət mərkəzinə keçməsi K.Popperin adı ilə bağlıdır. Onun fikrincə elmi rasionallığm əsas meyarı biliyin sübut edilməsi və təsdiq edilməsi deyil, onun təkzib olunmasıdır. Buna görə də yalnız özünün empirik yolla rədd olunması situasiyalarını qəbul edən nəzəriyyə elmi və rasional hesab oluna bilər. Belə situasiyaları o nəzəriyyənin potensial falsifıkatorları (təkzibediciləri) adlandırır. Popper öz konsepsiyasını "tənqidi rasionalizm" hesab edir. Bu, irəli sürülmüş hipotez və nəzəriyyələrə, elmi tədqiqatların nəticələrinə tənqidi münasibət bəsləməyi nəzərdə tutur. Onun fikrincə rasionallıq bundan ibarətdir.
Elmi rasionallıq haqqında müasir təsəvvürlər baxımından amerika filosofu T.Kunun və ingilis (macar) fılosofu İ.Lakatosun fikirləri də maraq doğurur. Kun elmi biliyin paradiqma modelini (hərfi mənası nümunə deməkdir, əsas nəzəri müddəaları əks etdirir) hazırlamışdır. Bu təlimə görə elmi fəaliyyətin rasionallığı, tədqiqatçının elmi ictimaiyyət tərəfindən qəbul olunmuş paradiqmalara nə dərəcədə riayət etməsi ilə ölçülür. Lakatosun fikrincə tədqiqatçının rasionallıq göstəricisi onun öz fəaliyyətində müəyyən tədqiqat proqramına əməl etməsidir. Əlbəttə, hər üç mütəfəkkirin baxışları nöqsanlardan xali deyildir. Onların məhdudluqları elmi-fəlsəfı ədəbiyyatda kifayət qədər təhlil olunmuşdur. Lakin ümumilikdə onların fikirləri elmi rasionallığm hərtərəfliliyinin əsaslandırılması baxımından çox əhəmiyyətlidir.


Yüklə 7,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə