1. Psixi hadisələrin mahiyyəti və onların təsnifatı


Qabiliyyət haqqında ümumi anlayış



Yüklə 158,58 Kb.
səhifə47/48
tarix31.05.2022
ölçüsü158,58 Kb.
#88450
1   ...   40   41   42   43   44   45   46   47   48
Psixologiya

49. Qabiliyyət haqqında ümumi anlayış.
Həyatda biz tez-tez belə hallarla rastlaşırıq: eyni yaşda olan və eyni sinifdə oxuyan uşaqlara eyni bir işin icrası tapşırılır. Onlar üçün tam eyni olan iş şəraiti yaradılır. Buna baxmayaraq onlardan bəziləri həmin tapşırığı çətinlik çəkmədən yerinə yetirdiyi halda, başqaları çətinlik çəkir. Onların həmin işi yerinə yetirmələrindəki bu cür fərqi haqlı olaraq uşaqların qabiliyyətləri ilə izah edirlər. Təcrübə göstərir ki, müvafiq qabiliyyətlərə malik olan insanlar bu sahədə zəruri bilik, bacarıq və vərdişlərə asanlıqla yiyələnir və əldə etdikləri nəticələrin səmərəliliyinə görə fərqlənirlər. Məhz buna görə də insanda müvafiq qabiliyyətlərin olması onun həyat və fəaliyyətində mühüm rol oynayır, onun daha çox hansı fəaliyyət sahəsi üçün yararlı olduğunu söyləməyə imkan verir. Bu cəhəti nəzərə alaraq qabiliyyətə belə tərif vermək mümkündür: insanın hər hansı bir və ya bir neçə fəaliyyət sahəsi üçün daha çox yararlı olduğunu göstərən fərdi psixi xassəyə qabiliyyət deyilir. Tərifdən göründüyü kimi, «qabiliyyət» anlayışı altında hər insanın hansı bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətlə icrası üçün şərt olan fərdi-psixi xassəsi başa düşülür. Bu cür yanaşma tərzi psixologiyada uzun müddətdən bəri qəbul olunmuşdur. Bununla belə bu cür yanaşma tərzi bir çox müəlliflər tərəfindən müxtəlif şəkildə şərh olunmuşdur. Bu sahədə özünü göstərən yanaşma tərzlərinin psixoloji ədəbiyyatda üç variantı qeyd olunur. Birinci halda qabiliyyət anlayışı altında mümkün olan bütün psixi proses və halların məzmununu başa düşürlər. Bu cür yanaşma tərzi «qabiliyyət» anlayışının ən geniş və qədim şərhindən ibarətdir. Hazırda bu cür yanaşma tərzindən demək olar ki, istifadə olunmur. İkinci yanaşma tərzinə görə qabiliyyətlər insanın müxtəlif fəaliyyət növlərinin müvəffəqiyyətlə icrasını təmin edən ümumi və xüsusi bilik, bacarıq və vərdişlərin yüksək inkişaf səviyyəsindən ibarətdir. Bu cür yanaşma tərzi psixologiyada XVIII-XIX əsrlərdə meydana gəlmiş və müasir dövrdə də özünü göstərir. Üçüncü yanaşma tərzinə gəldikdə, bu yanaşma tərzinə görə qabiliyyətləri bilik, bacarıq və vərdişlərlə eyniləşdirmək olmaz. O (qabiliyyətlər) həmin bilik, bacarıq və vərdişlərə surətlə yiyələnməyi, təcrübədə onlardan səmərəli istifadə etməyi təmin edir. Üçüncü yanaşma tərzi müasir psixologiyada ən çox yayılmış yanaşma tərzidir. Bu sahədə görkəmli rus psixoloqu B.M.Teplovun tədqiqatları xüsusilə diqqəti cəlb edir. 400 B.M.Teplov «qabiliyyət» anlayışının üç əsas əlamətini qeyd etmişdir. 1 B.M.Teplova görə qabiliyyətlər altında, birincisi, insanları bir-birlərindən fərqləndirən fərdi-psixoloji xüsusiyyətlər başa düşülür. İkincisi, ümumiyyətlə hər cür fərdi xüsusiyyəti deyil, yalnız hər hansı bir və ya bir neçə fəaliyyəti müvəffəqiyyətlə icra etməyə imkan verən fərdi xüsusiyyəti qabiliyyət adlandırmaq olar. Üçüncü, «qabiliyyət» anlayışını hər hansı bir insanda artıq yaranmış olan bilik, vərdiş və bacarıqlarla eyniləşdirmək olmaz. A.V.Petrovskinin və M.Q.Yaroşevskinin fikrincə qabiliyyətlər və bilik, qabiliyyətlər və bacarıq, qabiliyyətlər və vərdişlər eyniyyət təşkil etmir. Bilik, bacarıq və vərdişlərə nisbətdə qabiliyyətlər bir növ imkan kimi çıxış edir. Onların fikrincə psixologiya elmi qabiliyyətlər ilə fəaliyyətin mühüm komponentləri olan bilik, bacarıq və vərdişlərin eyni olmadıqlarını inkar etməklə yanaşı, onların vəhdətini də xüsusi olaraq göstərir. Qabiliyyətlər yalnız fəaliyyətdə, özü də həmin qabiliyyətlər olmadan icrası mümkün olmayan fəaliyyətdə aşkar olunur. Bəs qabiliyyətlərin bilik, bacarıq və vərdişlərlə vəhdəti nədə ifadə olunur? Qabiliyyətlər bilavasitə bilik, bacarıq və vərdişlərdə deyil, onların qazanılma dinamikasında, yəni bütün başqa şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan bilik və bacarıqlara yiyələnmə prosesinin nə qədər tez, dərin, asan və möhkəm icra olunmasında təzahür edir. Qeyd edilənlərdən aydın olur ki, qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri olub, hər hansı bir fəaliyyətin müvəffəqiyyətlə icrasına imkan yaradır və həmin fəaliyyət üçün zəruri sayılan bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqləri meydana çıxarır.



Yüklə 158,58 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə