1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri


XX əsr Azərbaycan təsviri incəsənəti



Yüklə 301,97 Kb.
səhifə47/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   43   44   45   46   47   48   49   50   ...   64
tesviriince

43.XX əsr Azərbaycan təsviri incəsənəti.

XIX əsrin axırı və XX əsr Azərbaycan təsviri incəsənətində çox zəngin bir dövrü əhatə edir. Bu dövrdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr təsviri incəsənə­tin müxtəlif növlərinin və janrlannın meydana gəlməsinə və inkişafına şərait yaratmışdır.

Bu dövrdə yaşayıb yaratmış sənətkarlardan biri olan Bəhruz Kəngərli (1892-1922) Tiflis şəhərində dəzgah boyakarlığı sahəsində təhsil almış ilk görkəmli Azərbaycan rəssamlarındandır. Yaşadığı çox qısa ömrə baxmayaraq Bəhruz Kəngərli böyük uzaq görənliklə 500-dən yuxarı çox dəyərli sənət nümunələri yaratmışdır. Beləki, rəssam XX əsrin əvvəllərində erməni daşnakları, millətçiləri tərəfindən xalqımızın başına gətirilən faciəli hadisələri realist boyalarla, ürək ağnsı ilə kətana köçürmüşdür. Bu portret təsvirlərdə rəssam sanki xalqımızı bu faciəni heç vaxt unutmamağa çağırır. Çox qəribədir ki, bu tarixi faktı bilərəkdən bizə unutdurmağa çalışsalarda tarix sanki təkrarlandı. XX əsrin əvvəllərində Bəhruz Kəngərlinin yaratdığı qaçqınlar silsiləsindən olan portret təsvirlərlə XX əsrin sonunda İrəvandan, Qarabağdan qaçmış müasirlərimi­zin arasında qəribə bir portret oxşarlığı xüsusilə diqqəti cəlb edir. Onun yaratdığı rəsm əsərlərinə misal olaraq «Qaçqın qadın», «Tərk edilmiş ev», “Yurdsuz ailə","Avşar kəndindən qaçmış qız Gümsün” , «Qaçqın oğlan», «Ağrı dağı», «İlanlı dağ», «Papaqlı oğlan» və s. göstərmək olar.

Ümumiyyətlə. XX əsr Azərbaycan təsvin incəsənətinin inkişafı müxtəlif mərhələlərə bölünür:



  1. mərhələ - İnqilabdan əvvəlki dövr.

  2. mərhələ - İnqilabdan sonrakı dövr.

  3. mərhələ - Böyük Vətən müharibəsi illəri (1941-1945).

  4. mərhələ - Böyük Vətən müharibəsindən sonrakı sosializm quruculuğu dövrü (1945-1990).

  5. mərhələ - Yeni dövr incəsənəti (Azərbaycan Respublikası müstəqil dövlət yaratdığı dövr 1990...).

1932-ci ildə Sovet hökumətinin qəran ilə ədəbiyyat və incəsənət təşkilatlarının yara­dılması Azərbaycanda təsviri incəsənətin inkişafında da çox böyük rol oynadı. Bu qərar­dan sonra Bakıda Azərbaycan Sovet Rəssamlan İttifaqının təşkilat komitəsi yaradıldı. Çox maraqlıdır ki, burada sənətkarlara yaradıcılıq fəaliyyəti üçün yalnız sosializm idealogiyasını əks etdirən yaradıcılıq fəaliyyəti istiqaməti müəyyənləşdirilmişdir. Bundan sonra Azərbaycanda bu ittifaq tərəfindən müxtəlif mövzularda tez-tez təşkil olunan sərgilər təbliğat xarakteri daşıyan sənət nümunələrinin yaradılmasına, boyakarlıq, heykəltəraşlıq, qrafika kimi təsviri sənət sahələrində bir çox sənətkarların fəaliyyət göstərməsinə səbəb oldu.

Şəhərinin müxtəlif yerlərində ucaldılan heykəllər, memarlıq tikililəri nəinki, Bakının eləcədə digər Azərbaycan şəhərlərinin görünüşünü tamamilə dəyişdirdi.

İnqilabdan əvvəlki dövrdə, yəni. XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət gös­tərən sənətkarlara misal olaraq Ə.Əzimzadə, B.Kəngərli, Tripolskaya, Sapsay, C.Qarayağdı və s. bu kimi sənətkarları göstərmək olar.

Bu sənətkarların içərisində Əzim Əzimzadənin (1880-1943) təsviri incəsənətin qrafika növündəki fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Azərbaycanın ən görkəmli rəssamlanndan biri olan, Azərbaycanda qrafika sənətinin banisi sayılan Ə.Əzimzadə inqilaba qədər “Babayi Əmir", “Molla Nəsrəddin’ və s. bu kimi məcmuələrdə yüzlərlə əsər yaratmışdır. Ə.Əzimzadə öz əsərlərində xalqımızın məişətindəki, gündəlik həyatındakı nöqsanları tənqid atəşinə tutmuş və onun pis cəhətlərini açıb göstərməyə çalışmışdır. Azərbaycan qrafika sənətinin yaranmasında Ə.Əzimzadənin çox böyük rolu olmuşdur. Sonralar Ə.Əzimzadənin bu xidmətləri nəzərə alınacaq Bakıda Ə.Əzimzadə adına rəssamlıq məktəbi yaradıldı.

Hələ inqilabdan əvvəl satirik rəsmləri ilə xalqımızın məişətindəki. adət-ənənələrindəki nöqsanlan fəal tənqid edən sənətkar bu dövrdə çox geniş yayılan «Molla Nəsrəddin» jurnalının aparıcı rəssamlanndan olmuşdur. Rəssamın dahi satirik şair Mirzə Ələkbər Sabirin «Hop-hopnamə» əsərinə çəkdiyi rəsmlər, dini mövzularda yaratdığı plakatlar adi insanlann və sənətşünasların çox böyük marağına səbəb olmuşdur. Onun yaratdığı əsərlərə misal olaraq «Varlı evində toy», «Kasıb evində toy», «İnnabı rəng bizə məxsusdur»,«Ramazan bayramı»,«Oxutmuram, əl çəkin»,“Arvadın döyülməsi".“Mal bölüşdürül­məsi" və s. bu kimi əsərlər Azərbaycan qrafika sənətinin ən gözəl nümunələrindəndir.

XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Hüseyn Abbasi, Bəhruz Kəngərli boyakarlıq növündə çox gözəl sənət əsərləri yaratmışlar. 1928-ci ildə milli rəssam kadrlarının yetişdirilməsi məqsədilə Bakıda Azərbaycan Gənc Rəssamlar Cəmiyyəti yaradıldı. Bu cəmiyyətin ilk özəyini Ə.Əzimzadə, Gerasimov, Qəzənfər Xalıqov, Salam Salamzadə və başqa bu kimi rəssamlar təşkil edirdi. Bu zaman yaradıcılıqla məşğul olan rəssamların bir çoxu müxtəlif sənət cərəyanları üzrə (formalizm, impersianizm, kubizm və s.) fəaliy­yət göstərmək istəsə də xüsusi siyasi orqanlar tərəfindən çox sıxışdırıldılar. Yalnız realizm üslubunda yaradılmış sənət nümunələrinə üstünlük verilirdi. Digər tərəfdən, bu dövrdə yaradılan və təbliğ olunan sənət əsərlərində sovet hakimiyyətinin ideologiyası öz əksini tapmışdı. Belə əsərlərə misal olaraq Salam Salamzadənin «Toxuculuq fabrikində», Qəzənfər Xalıqovun «Qadınlar şöbəsi», Qazıyevin «Dənizçilər» və s. bu kimi əsərləri göstərmək olar.

Qəzənfər Xalıqov, Böyükağa Əliyev. Şərif Şərifzadə və başqalan Böyük Vətən müharibəsi illərində xalqın əhval-ruhiyyəsini, döyüş əzmkarlığını əks etdirən çox maraqlı sənət nümunələri yaratmışlar. Belə əsərlərə misa, olaraq S.Salamzadənin «Ordu üçün tütün», Tağı Tağıyevin «Koroğlu», Salamovun «Cəbhədən məktub» və s. bu kimi əsərlərini göstərmək olar. Qeyd etmək lazımdır ki. Böyük Vətən müharibəsi illərində qrafikanın, xususıla sıyası plakatlar növündə yüzlərlə «Aqit pəncərə, tipli silsilə plakatlar nəşr olunmuşdur.

Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan təsviri-incəsənətində çox mühüm bir mərhələ başladı. Bu dövrdə artıq Azərbaycan təsviri-incəsənətinin müxtəlif sahələrində çox geniş dünyagörüşünə malik yüksək savadlı, peşəkar rəssamlar fəaliyyət göstərirdi. Onların yaradıcılığı Azərbaycan təsviri-incəsənətinin ən qiymətli nümunələrinə çevrilmişdir. Belə rəssamlara misal olaraq Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Fuad Əbdürrəhmanov, Böyükağa Mirzəzadə, Vəcihə Səmədova, Ömər Eldarov . İbrahim Zeynalov və başqalarını göstərmək olar.

Bu dövrdə sənətkarlar təsviri incəsənətin müxtəlif növlərində (boyakarlıq, heykəltə­raşlıq, qrafika) portret əsərləri, tematik tablolar, notrumortlar, mənzərə təsvirləri, tarixi və botal janrlarda çox qiymətli sənət nümunələri yaratmışlar.

Azərbaycanın XX əsrdə fəaliyyət göstərmiş ən görkəmli dahi rəssamlarından biri də Səttar Bəhlulzadədir. Onun yaratdığı əsərlərdə doğma təbiətə onun gözəlliklərinə dərin məhəbbət tərənnüm olunur. O, öz əsərləridə realist üslubda yüksək peşəkarlıqla əsərlər yaratmaqla yanaşı Lirik romantik üslubda da çox dəyərli heyrətamiz əsərlər yaratmışdır Onun yaratdığı əsərlərə misal olaraq “Torpağın həsrəti’, ’Xəzər gözəli’, ’Kəpəzin göz yaşları’, ’Qudyal çay sahilində","Qızbənövşəyə gedən yol","Abşeron narı"."Corat qovunu' və s. bu kimi əsərlərini göstərmək olar.

Azərbaycanın xalq rəssamı Mikayıl Abdullayevin yaradıcılığı müxtəlif sahələri əhatə edir. Təsviri incəsənətin əsasən monumental növündə fəaliyyət göstəıən rəssam çox qiymətli mozaika nümunələri (Nizami metrosunda) yaratmışdır. Rəssam «Axşam», «Səadət quranlar», «Mingəçevir işıqları”. «Sevinc». “Racəstan qadınları” silsiləsi və s. bu kimi mövzularda çox dəyərli tablolar yaratmışdır. «Sevinc» tablosuna görə rəssam SSRİ Rəssamlıq Akademyasının gümüş mükafatına layiq görülmüşdür.

Azərbaycanın xalq rəssamı Tahir Salahovun yaradıcılığında sadə əmək adamları çox dinamik və hərəkətli təsvir olunmaqla bərabər, görkəmli şəxsiyyətlərin porotret təsvirlərinə də geniş yer verilimişdir. Onun yaratdığı əsərlərə misal olaraq, «Səhər qatan”, «Növbədən qayıdanlar”. «Təmirçi», «Qara Qarayevin portreti”, «Fikrət Əmirovun portreti”, «Şestakoviçin portreti” və s. bu kimi əsərləri göstərmək olar. Dahi bəstəkar «Qara Qarayevin portreti” əsərinə görə rəssam 1952-ci ildə SSRİ Rəssamlıq Akademyasının gümüş mükafatına layiq görülmüşdür.




Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə