1. Təsviri incəsənət kursunun məzmunu, məqsədi və vəzifələri



Yüklə 301,97 Kb.
səhifə53/64
tarix15.05.2022
ölçüsü301,97 Kb.
#87106
1   ...   49   50   51   52   53   54   55   56   ...   64
tesviriince

Əşya üzrə applikasiya məşğələlərində yalnız bir əşyanın hissələrini kəsib yapışqanlayaraq verilmiş fon üzərində yapışdırmaq mənimsədilir.

Süjet üzrə applikasiya məşğələlərində bir neçə təsvir bir mövzuda birləşərək bir məzmun ifadə edir.

Dekorativ applikasiya məşğələlərində uşaqlar müxtəlif həndəsi formalardan nəbati və ya milli naxış elementlərindən ibarət kompozisiya qurmağı mənimsəyirlər.

Orta qrupda applikasiya

Uşaq bağçalarında applikasiya məşğələləri orta qrupdan başladığı üçün ilk öncəuşaqlar da bu fəaliyyət növüııə maraq oyatmaq əsas məsələ kimi qarşıda durur:

1) Uşaqları kağızla, onun xüsusiyyətləri ilə (nazik, qalın, cırılan, kəsilən, əzilən və s.) tanış etmək;

2) Applikasiya işlərini yerinə yetirmək üçün lazım olan yapışqan, fırça və qayçı ilə tanışlıq;

3) Sadə applikasiya işlərinə cəlb elməklə tapşırığı icra etməyə həvəs və emosional hal oyatmaq;

4) Görülən işləri anlamaq;

5) Estetik hisslər oyatmaq məqsədilə applikasiya işlərinin baxılması və təhlili;

Uşaq bağçalarında applikasiya məşğələləri orla qrupdan başlasa da, uşaqlar il ərzində yalnız verilmiş hazır formaları uyğun fon üzərinə düzməklə yapışqanlama və yapışdırma texnikasını mənimsəyirlər. Əl əzələlərinə nəzarət zəif olduğundan qayçı verilmir. Applikasiya məşğələlərində uşaqlar sadə həndəsi formalarla (dairə, üçbucaq, kvadrat) tanış olur və onları adlandırmağı və bir-birindən fərqləndirməyi mənimsəyirlər. Müxtəlif böyüklilklü eyni formanı mənimsəyərək "gəlin yatmaz"m bədəninin böyük dairə, başının nisbətən kiçik dairədən ibarət olduğu və s. oxşar mövzular keçməklə bu forma haqqında dolğun bilik və bacarıqlar mənimsənilir. Nəticədə “gəlin yatmaz” və onun dostları oyuncaq “dovşan”, “ayı”, “pişik” haqqında onların oxşar və fərqli əlamətləri haqqında məlumat əldə edilir. Müxtəlif tapşırıqların icrası zamanı uşaqlar fəza münasibətlərini mənimsədikcə verilmiş formaları məhdud sahə daxilində (zolaq, kvadrat və s.) ortada, künclərdə, aşağıda və s. yerləşdirməyə nail olurlar.

İlk applikasiya məşğələlərində tərbiyəçi ilə uşağın birgə işi aparılır. Müəyyən olunmuş dolğun məhsulun alınmasına yönəldilmiş məşğələ növünün keçirilməsində məqsəd bir tərəfdən uşaqları applikasiya məşğələlərinə cəlb etmək, həvəsləndirməkdirsə, digər tərəfdən uşaqlarda özünə inam hissi oyatmaqdır. İşi tamamlayan uşağa elə gəlir ki. bütün bu proses əvvəldən sona kimi yalnız onun məhsuludur. Nəticədə uşaq daha məsuliyyətlə çalışmaq arzusunda olur.

Orta qrupda applikasiva məşğələləri əsasən öyrədici xarakter daşıyır. Öyrədici məşğələdə tərbiyəçi əyani məlumat və təkrarlama məşq üsulu tətbiq edir. Məşğələyə qədər əşyanın baxılması təşkil edilməli, təhlil nəticəsində əşyanın qavranılması. işin icra üsulları aydınlaşdırılmalıdır. Əşya qavranılarkən onun quruluşu, hissələrinin forması, rəngi və işin icrası müəyyənləşdirilməlidir: cücə sarı rəngdədir. Başı kiçik dairə, bədəni isə böyük dairədən ibarətdir. Balaca quyruğu üçbucaq formasında və s.ardıcıllıqda verilir. İşi icra edərkən əvvəlcə bədəni, ardınca başı üzərinə qoyulur. yeri müəyyənləşir, rəngli kağızın arxa tərəfi yapışqanlanaraq yerlik üzərinə yapışdırıldıqdan sonra qurulamr. Təhlilin flaneleoqraf üzərində aparılması daha məqsədəuyğundur. Belə ki, könüllü olaraq lövhədə işin icrasını göstərərkən uşağın buraxdığı səhvi tərbiyəçi asanca düzəldə bilir və uşaq daha sərbəst olur.




Yüklə 301,97 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə