1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Sen-Jermen və Neyi sülh müqavilələrinin şərtləri



Yüklə 199,24 Kb.
səhifə5/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   2   3   4   5   6   7   8   9   ...   58
Müasir cavablar [1 - 60].

5. Sen-Jermen və Neyi sülh müqavilələrinin şərtləri
Birinci dünya müharibəsinin sonunda milli-azadlıq hərə­ka­tı nəticəsində çoxmillətli Avstriya-Macarıstan imperiyasında par­çalanma əmələ gəldi. Bu imperiyanın yerində Polşa, Çexoslavakiya, Serb-Xorvat-sloven krallığı, Avstriya, Macarıstan kimi yeni dövlətlər yarandı. Habsburqlar monarxiyası süqut etdi. Yeni yaranan dövlətlərdə Fransa öz silahlı qüvvələrini yer­ləşdirdi ki, bu yolla o, Sovet Rusiyasından qorunmaq üçün, "sani­tor kardonu" təşkil etmək istəyirdi.Paris sülh konfransında Almaniyanın müttəfiqi olan Avs­triya ilə də 1919-cu il sentyabrın 10-da Sen-Jermendə sülh mü­qa­viləsi bağlandı. Bu sülh müqaviləsi hazırlanarkən ən müba­hi­səli məsələ Balkan yarımadası və Dunay hövzəsi idi. Həmin müqaviləyə görə Avstriya öz tərkibində olan malikanələrin ha­mı­sından əl çəkdi. Avstriyanın gələcəkdə Almaniya ilə birləş­diril­məsi, yəni anşlüs qadağan edilirdi. Avstriya Çexoslavaki­ya­nın müstəqilliyini tanıyır. Çexiya, Moraviya və Sileziyanın ona məxsus hissəsini ona verirdi. Avstriya həmçinin Serb- Xorvat-Sloven krallağının müstəqilliyini tanıyır, Sloveniya, Dolmasiya, Bosniya və Hersoqovunanı ona verirdi. Avstriya ancaq 30 min ordu saxlaya bilərdi. O Adriatik dənizində və Dunay çayında donanma saxlamaq hüququndan məhrum edilirdi. Sen-Jermen müqaviləsinə əsasən Yuliyek-Kraynı, Triyest əra­zi­ləri İtaliyaya verilirdi.1919-cu il noyabrın 27-də isə Bol­qa­rıstanla Neyi müqavi­lə­si bağlandı. Həmin müqaviləyə əsasən Bolqarıstan öz ərazi­si­nin xeyli hissəsindən məhrum oldu. Müqaviləyə əsasən Bol­qa­rıstan Makedoniyanın ona məxsus hissəsini Serb-Xorvat-Slo­ven krallığına verdi. Qərbi Frakiya Yunanıstana verildi və buna görə Bolqarıstan Egey dənizinə çıxışını itirdi. Cənubi Dobruçi Ru­mıniyaya verildi. Bolqarıstan ancaq 20 min qoşun, 4 minadaşıyan, 4 əksminadaşıyan gə­mi, 6 matorlu qayıq saxlaya bilərdi. O, 2,27 mlrd frank təzminat verməli və onu 37 il ərzində ödəməli idi. Neyi müqa­viləsinə görə Bolaqrıstan 5 il müd­ətində Serb-Xorvat-Sloven krallığına hər il 50 min ton daş kömür, bundan başqa, Yunanıstan, Ruminiya və Serb-Xorvat-Sloven krallığına 6 ay müdətində 70 min baş mal-qara verməli idi. Bu müqavilə Bolqarıstanda milli ədavəti gücləndirdi.

Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə