1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Paris sülh konfransının çağrılması , fəaliyyəti və əsas məsələlər



Yüklə 199,24 Kb.
səhifə3/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   2   3   4   5   6   7   8   9   ...   58
Müasir cavablar [1 - 60].

3. Paris sülh konfransının çağrılması , fəaliyyəti və əsas məsələlər
Qaliblərlə məğlublar arasında sülh müqavilələrini hazır­la­­maq və bağlamaq üçün 1919-ci il yanvarın 18-də Parisdə (Versalda) 27 dövlət­dən 1000 nəfər nümayən­dənin rəsmən iştirak etdiyi sülh konf­ransı işə başladı. Konfransın gündəliyinə Almaniya ilə Sülh müqaviləsinin bağlanması, ərazi və müstəmləkə ölkələri, Millətlər Cəmiyyətinin yaradılması, təzminat, tərksilah məsələləri daxil idi. Konfransa sovet Rusiyası və məğlub dövlətlər dəvət edilməmişdi. Konfransa sovet Rusiyası və məğlub dövlətlər dəvət edilməmişdi. Konfransda müharibəyə formal olaraq qoşul­muş Latın Amerikası ölkələri də məşvərətçi səslə iştirak edir­dilər. Konfransa sədrliyi Fran­sanın baş naziri, son dərəcə qətiyyətli, başladığı işi axıra çatdırmağı sevən, "Pələng" ləqəbi ilə tanınan Corc Klemanso edirdi. Əsas məsələlərin həllində konfransda təşkil edilmiş bir neçə Şura mühüm rol oynayırdı. Bunlardan biri "Onlar şurası" idi. Bu şuraya 5 dövlətin, yəni ABŞ, İngiltərə, Fransa, Yaponiya və İtaliyanın dövlət və hökumət başçıları və xarici işlər nazirləri daxil idilər. Kon­frans­da ən mühüm məsələ Almaniya məsələsi idi. Fransa Almaniyanı tam par­ça­lanmış vəziyyətdə görmək istəyirdi. O, hələ müharibə döv­ründə çar Rusiyası ilə belə bir qərara gəlmişdi ki, Reynin sol sahilini Almaniyadan ayırıb Bufer-Reyn respublikası yarat­sınlar. Fran­sa həmçinin Bavariyanı da müstəqil respublika kimi görmək istəyirdi. O, Saar kömür hövzəsini də özünə birləş­dir­məyi tələb edirdi. Həmçinin Fransa 800 milyard qızıl marka təzminat tələb edirdi ki, bu təzminatın da 58%-i Fransaya çat­malı idi. Konfransda mü­hüm məsələlərdən biri də İtaliya məsə­ləsi idi. İtaliyaya 1915-1917-ci illərdə Antanta tərəfindən çox­lu vədlər verilmişdi. Mü­ha­ribə dövründə bağlanan sazişlərə gö­rə İtaliyaya Kiçik Asiya və Balkan yarımadasının şimal-qər­bində geniş ərazilər vəd edil­mişdi. İtali­ya həmçinin Dol­ma­siyanın şimal hissəsini, Fium limanını da tələb edirdi. Lakin müharibə qurtar­dıqdan sonra İta­liya burjuazi­ya­sının iqtisadi cəhətdən zəifliyi və onun məğlublar içəri­sin­də qalib, qaliblər içərisində isə məğ­­lub vəziyyətində olması qalib dövlətlərə imkan verdi ki, İta­liyaya vəd etdikləri əraziləri ona yox, Serb-Xorvat-sloven kral­lı­ğı­na və Yunanıstana versinlər. Uzun müddətli hazırlıqdan sonra mayın 7-də Almaniya nümayəndə heyəti Parisə dəvət olundu və sülh müqaviləsinin mətni imzalanmaq üçün ona təqdim olundu. Lakin müqavilə­nin şərtləri o qədər alçaldıcı idi ki, o zaman Almaniyanın xarici işlər naziri olan Borkdorf Rotsenau onu imzalamaqdan imtina edib öz vəzifəsindən istefa verdi. Almaniya nümayəndə heyəti Berlinə qayıtdı. Xa­rici işlər naziri təyin edilmiş sosial-de­mok­rat German Müller 1919-cu ilin iyunun 28-də tarixə Versal sül­hü adı ilə daxil ol­muş həmin müqaviləni imzaladı və müharibənin başlanmasında Almaniya başlıca təqsirkar olduğunu etiraf etmək məcburiyyətində qaldı. Versal mü­qa­vi­ləsinə görə: Elzas və Lotaringiya yenidən Fransaya qay­ta­rılırdı. Rey­nin sol sahili hərbsizləşdirilmiş zona elan edilirdi və burada Almaniyanın zavodlar tikməsi qadağan edilirdi. Reynin sol sahilini Antantanın işğalçı qoşunları tutdular. Saar vilayəti 15 il müddətində Millətlər Cəmiyyətinin mandatına, onun kömür mədənləri isə Fransaya verildi. Müəyyən olunan müddət bitdikdən sonra vilayətin gələcək taleyinin referendum yolu ilə həll olunması nəzərdə tutulurdu. Sülh mü­qaviləsinə görə 15 ildən sonra Saar hər hansı bir dövlətə veri­lərdisə, onun kömür mədənlərini alman sahibkarları da ala bilərdi. Alma­ni­ya Avstriyanın müstəqilliyinə hörmət edəcəyini öh­də­sinə gö­türdü.


Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə