1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Trianon və Sevr sülh müqavilələrinin şərtləri



Yüklə 199,24 Kb.
səhifə6/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   2   3   4   5   6   7   8   9   ...   58
Müasir cavablar [1 - 60].

6. Trianon və Sevr sülh müqavilələrinin şərtləri
1920-ci ilin iyunun 4-də Macarıstanla Parisin Trianon sa­rayında sülh müqaviləsi bağlandı. Müqaviləyə görə Maca­rıs­tandan slavyan malikanələri alındı. Macarıstan Çexiyanın müs­təqilliyini tanıyır, Slovakiya və Zakarpat Ukraynasını ona, Serb-Xorvat-Sloven krallığının müstəqilliyini ta­nıyaraq və Xorvatiya, Baçka və Banatın qərb hissə­si­ni isə ona verirdi. Həmçinin Macarıstan Rumıniyaya Transilvaniya və Banatın şərq hissəsini, Avstriyaya Burqenland əya­lətini verirdi Macarıstan özünün Dunaydakı bütün donanmasından məhrum edilirdi. O ancaq 35 min nəfərlik muzd­lu qoşun saxlaya bilərdi. Macarıstan ərazisi belə parçalandığına görə İkinci Dünya müharibəsinə qədər onu «kəsilmiş dövlət» də adlandırırdılar.1920-ci ilin avqustun 10-da «Dördlər ittifaqı»nın üzvü olan Türkiyə ilə Sevr müqaviləsi bağlandı. Sevr müqaviləsində Os­manlı imperiyasının dağılması və bölüşdürülməsi nəzərdə tutulurdu. Həmin müqavilə Türkiyəyə onun bir çox starteji cəhətdən əhəmiyyətli ərazilərinin Antanta qoşunları tərəfin­dən işğal olun­ması şəraitində zorla qəbul etdirilmişdi. Osmanlı imperiyasının ərazisi tamamilə parçalanır­dı. Belə ki, Türkiyə Ermənistanın müstəqilliyini tanıyır Anadolu yarımadasının şərq hissəsini ona, "muxtariyyət" qazanmış Kürdüstanı tanıyaraq Anadolunun cənub-şərq hissəsini isə ona verirdi. Türkiyə həmçinin Dardanelin Avropa sahili, Ədirnə, İzmir və Şərqi Frakiyanın, demək olar ki, Türkiyənin bütün Avropa his­səsinin Yunanıstanın olması ilə razılaşırdı. Kilikiya qonşu ərazilərlə, həmçinin Anadolunun cənubu Fran­sanın təsir dairəsinə daxil edilirdi. Bununla bərabər bütün Anadolu İtaliya və Fransanın nüfuz dairəsinə bölünürdü. ­Türkiyənin bütün mülkləri əlindən alınırdı. O, Misir malikanəsindən məhrum edildi və Misir üzərində İn­giltərənin protektoratlığını qəbul etdi. Man­dat üsulu ilə Suriya və Livan Fransaya, İraq, Fələstin və Traniordaniya isə İngiltərəyə verilirdi. Bir sözlə, Türkiyənin əlində ancaq İs­tanbul və onun ətrafındakı ərazilər qalırdı ki, tezliklə İstan­bul­dan başqa bu ərazilər də İngiltərə tərəfindən işğal olundu. Dar­danel və Bosfor boğazları ticarət və hərbi gəmilər üçün açıq elan edilirdi. Türkiyənin maliyyəsi üzərində qalib dövlətlər nəzarət etməli idilər. Boğazları nəzarətdə saxlamaq üçün ABŞ, İn­giltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət xü­susi komis­siya yaradılırdı. Bu komissiyanın özünün hərbiləş­diril­miş dəs­təsi, büdcəsi və bayrağı var idi. Komissiyanın üzvlərinin hər biri­nin məsələlərin həllində iki, Rumıniyanın və Yunanıstanın isə bir səs hüququ var idi. Bolqarıstan, Türkiyə və Rusiya bu dənizlər ətrafında yerləşən ölkələr olsa da, onlardan heç birinin səsvermə hüququ yox idi. Onlar ancaq Millətlər Cəmiy­yə­tinə daxil olduqdan sonra komissi­yanın üzvü ola bilərdilər. Türkiyə cəmi 50 min muzdlu qoşun saxlaya bilərdi. Sevr müqaviləsi Osmanlı imperiyası kimi böyük bir türk dövlətini tarixdən silmək təhlükəsi qarşısında qoymuşdu. Lakin türk xalqının böyük oğlu M.K.Atatürk gənc türklərin buraxdığı səhvi vaxtında düzəldə bildi. Kazım Qarabəkir paşanın komandanlığı altında türk qoşunları 1920-ci ilin sentyabrın 28-də hücuma başladılar. Ertəsi gün Sarıqamış, az sonra Qars işğalçılardan azad olundu. Daşnaq Ermənistanı təslim edildi və Gümrüdə sülh müqaviləsi imzalamağa məcbur oldu. Gürcüstanın əlində olan Ərdəhan və Artvin vilayətləri də geri qaytarıldı. 1922-ci il avqustun 26-da Qocatəpədən böyük türk hücumu başladı. Az vaxt ərzində Afyon-Qarahisar xətti yarıldı, 200 minlik yunan ordusu mühasirəyə düşdü. Afyon alındı. Dumlıpınar döyüşü yunanlar üçün tam faciə ilə nəticələndi. Türk qoşunları yunanları Aralıq dənizinə sıxışdırdılar. Anadolunu yunan qoşunlarından təmizləyən türk ordusu sentyabrın 9-da İzmiri azad etdi. Oktyabrın 11-də “Antanta” dövlətləri və Yunanıstan Mudanya sülh müqaviləsini imzaladılar. Noyabrın 1-də TBMM sultan səltənətini ləğv etdi. Sultan Maltaya qaçdı.



Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə