1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Paris sülh konfransında Azərbaycan nümayəndə heyyətinin iştirakı



Yüklə 199,24 Kb.
səhifə7/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   2   3   4   5   6   7   8   9   10   ...   58
Müasir cavablar [1 - 60].

7. Paris sülh konfransında Azərbaycan nümayəndə heyyətinin iştirakı
1918-ci il dekabrın 7-də açılmış Azərbaycan parlamenti Paris sülh konfransında iştirak etmək üçün oraya nümayəndə heyəti göndərdi. Ona parlamentin sədri Ə.M.Topçubaşov başçılıq edirdi. Nümayəndə heyəti, çoxpartiyalılıq əsasında formalaşmışdı. Paris sülh konfransı Kolçak hökumətini bütün keçmiş Rusiya ərazisində ali hakimiyyət orqanı kimi tanımaq haqqında qərar qəbul etmişdi. Azərbaycan, Dağlılar Respublikası, Estoniya, Kuban, Gürcüstan, Latviya, Litva, Ukrayna nümayəndələri sülh konfransının sədrinə birgə müraciətlə bu qərara etirazlarını bildirdilər. Onlar Vilsondan «14 maddəlik» məşhur proqramında əksini tapmış öz müqəddəratını təyin etmək hüququnun müstəqil dövlətlər kimi mövcud olan bu ölkələrə də şamil edilməsini və onların da rəsmən tanınmasını xahiş edirdilər.1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti V.Vilsonla görüşə bildi. Təqdim olunmuş memorandumda Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixi, onun bir illik inkişaf yolundan, istiqlal yolunda verdiyi qurbanlardan danışılırdı. Lakin prezident Vilson Azərbaycan nümayəndə heyətini soyuq qarşılamış, sülh konfransının dünyanı kiçik hissələrə parçalamaq niyyətində olmadığını dedikdən sonra Azərbaycan nümayəndələrinə konfederasiya ideyasını müdafiə etməyi məsləhət bilmiş, Millətlər Cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən birinin bu konfederasiya üzərinə qəyyumluğunun real çıxış yolu olduğunu göstərmişdir.
Azərbaycan nümayəndələrinin Paris sülh konfransında irəli sürdükləri memorandumda aşağıdakılar irəli sürülürdü:
1. Sülh konfransı Qafqaz Azərbaycanının Rus imperiyasından ayrılmasını bəyənsin. Azərbaycan tamamilə müstəqil dövlət olmaqla Azərbaycan Xalq Cumhuriyyəti adlansın və sərhədləri əlavə edilən xəritədəki kimi müəyyənləşdirilsin.
2. Azərbaycan Respublikası nümayəndə heyətinin üzvləri sülh konfransının və onun komissiyalarının işinə cəlb olunsun.
3. Azərbaycan Respublikası yüksək himayəsi altında olmaq istədiyi Millətlər cəmiyyətinin üzvlüyünə qəbul edilsin.
Danışıqlar zamanı yerli şəraiti öyrənmək üçün Cənubi Qafqaza ABŞ-ın xüsusi nömayəndəliyinin göndərilməsi məqsədəuyğun hesab edildi. ABŞ-ın təşəbbüsü ilə Sülh konfransı 1919-cu il iyun ayının əvvəllərində polkovnik K.V.Haskeli Ermənistanın ali komissarı təyin etdi. Oktyabr ayının əvvəllərində general Xarbordun başçılığı ilə Amerika nümayəndəliyi Cənubi Qafqaza göndərildi. Yerlərdə vəziyyətlə ətraflı tanış olan V.Haskel 1919-cu il avqust ayının 29-da Bakıda apardığı danışıqlarda Qarabağ və Zəngəzurun Azərbaycana məxsus olduğunu bildirdi. Naxçıvan, Şərur və Dərələyəzdə Haskel ABŞ general-qubernatoru tərəfindən idarə olunan neytral zona yaradılmasını təklif etdi. 1919-cu il oktyabr ayının 24-də Naxçıvanda ABŞ general-qubernatorluğunun yaradılması və Amerika polkovniki E.Dellinin buraya qubernator təyin edilməsi barədə V.Haskelin bəyanatı elan edildi. Paris sülh konfransının Ali Şurası Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun təklifi ilə 1920-ci il yanvarın 11-də Azərbaycan, Gürcüstan və bir qədər sonra, Ermənistanın müstəqilliyini de-fakto tanıdı. Buna baxmayaraq onların dövlət sərhədlərinin müzakirəsi və təsdiqi məsələsini həmin ölkələrin beynəlxaq vəziyyətinin tam aydınlaşdırılmasına qədər təxirə saldı.1920-ci ilin yanvarın 19-da Azərbaycan və Gürcüstanın rəsmi nümayəndələri Paris konfransının Ali Şurasının iclasına dəvət edildilər. İclasda müzakirə olunan məsələlərin əksəriyyəti Zaqafqaziyanın müdafiəsi ilə bağlı idi. Paris sülh konfransında dövlətlər tərəfindən tanınandan sonra Azərbaycanın xarici işlər nazirliyində Avropa və Amerikanın altı dövlətində – İngiltərə, Fransa, ABŞ, İtaliya, İsveçrə və Polşada diplomatik nümayəndəliklərin açılması haqqında layihə hazırlandı.


8. Vaşinqton konfransı və konfransında bağlanan müqavilələr
ABŞ Av­ropa, Asiya və Afrikada heç bir üstünlüyə nail olmadığı üçün bunun əvəzini Uzaq Şərq, Çin və Sakit okeanda çıx­mağa çalışırdı. 1920-ci ildə keçirilən prezident seçkilərindən sonra ABŞ-da hakimiyyətə gələn respublikaçılar partiyası yeni bir konfrans çağırmaq təşəbbüsü ilə çıxış etdi. Bu işdə ən çox fəallıq göstərən ABŞ-ın dövlət katibi, yaxud xarici işlər naziri Yuz idi. ABŞ konfransı ça­ğırmaq üçün böyük dövlətlərdən olan İngiltərə və Yaponiyanı ra­zı salmağı birinci dərəcəli vəzifə hesab edirdi. İngiltərə bu məsələyə əvvəl razı olmadıqda ABŞ bildirdi ki, əks təqdirdə İngiltərənin ona borclu olduğu 850 milyon funt-sterlinqin və ya 4 milyard dolların dərhal verilməsini tələb edəcəkdir. Həm də bu tələb qızıl pa­ritetinə uyğun olmalıdır. İngiltərənin dominionları da ABŞ-ı müdafiə edir, Atlantik və Sa­kit okeanda İngiltərə və Yaponiyanın üstünlü­yünü təmin edən 1902-ci ildə bağlanmış ingilis-yapon sazişinin ləğv edilməsini və İngiltərənin ABŞ-la yaxınlaşmasını tələb edirdilər. ABŞ istəyirdi ki, hələ 1899-cu ildə Cənub-Şərqi Asiyaya qarşı irəli sürülmüş “açıq qapı” doktorinasını həyata keçirsin və Yantszı çayı hövzəsində və Çinin cə­nu­bunda İngiltərənin nüfuz dairəsini ləğv etsin. ABŞ Çində baş verən ha­disələrdən qorxuya düşmüş Yaponiyanı da bu işə məcbur etdiNəticədə 1921-ci ilin noyabrın 12-də Vaşinqtonda 14 dövlətin iştirakı ilə yeni bir konfrans çağırıldı. Onun işti­rakçıları ABŞ, İngiltərə və onun 4 dominionu, həm­çinin Hin­distan, Fransa, Yaponiya, İtaliya, Por­tuqaliya, Bel­çika, Nider­land və Çin idi. Kon­fran­sın gündəliyində əsasən iki məsələ dururdu. Bunlardan biri dəniz silahlı qüvvə­lərini məh­­dudlaşdırmaq və müharibədə yeni silahlardan isti­fadə qaydası, digəri Sakit okean və Uzaq Şərq məsələsi idi. ABŞ-ın dövlət katibi Yuz, İngiltərənin xarici işlər naziri Balfur, Yaponiyanın xarici işlər naziri Kato konfransda həlledici sima idi. 1922-ci ilin fevralın 4-də bağlanan «4 dövlət sazişi»nə əsasən (ABŞ, İngiltərə, Fransa, Yaponiya) 1902-ci il ingilis-yapon sazişi ləğv edildi ki, bu ABŞ diploma­tiyasının uğuru idi. Həmçinin bu dörd dövlət Sakin okeandanı mülklərini birə qorumaq haqqında öhdəlik götürdülər. 1922-ci il fevralın 4-də Yaponiya ilə Çin arasında da saziş bağlandı. Bu sazişə əsasən Çi­nin xeyrinə olaraq Yaponiya Şandun əya­lə­tindən imtina etdi. İn­giltərə də icarəyə götürdüyü Veyxoveyi limanını Çinə qay­tar­dı.1922-ci il fevralın 6-da isə Çinə dair «9 dövlət müqa­vi­ləsi» bağlandı. Bu müqaviləyə əsasən onu imzalayan dövlətlər bildirirdilər ki, Çinin ərazi bütövlüyünə, suverenliyinə hörmət edirlər. Çinin inkişaf etməsi və möh­kəm­lənməsi, hökumət təşkil etməsinə tam imkan yaradacaq və kömək edəcəklər. Əslində bu saziş ABŞ-ın «açıq qapılar» siyasətinin reallaşması, İngiltərə və Yaponi­ya­nın Çindəki nüfuzuna zərbə endirilməsi demək idi. Çin üçün "açıq qapılar" doktrinası onun suveren­liyinə böyük zərbə idi. Çin böyük dövlətlərin söv­də­ləşmə obyektinə çevrildi. Bu müqavilə Çində milli-azad­lıq hərəkatını boğmaq üçün imperialistlərin birləşməsi, həmçinin onu yenə də yarımmüstəmləkə halında saxlamaq demək idi. Çində xaricilərin rabitə şöbələri və radiostansiyaları ləğv edilmədi. Çin kömrük məsələsində bərabər hüquq almadı, xarici dövlətlər polis və qoşununu onun ərazisindən çıxart­madılar. Mühüm strateji ərazilər yenə də böyük dövlətlərin sə­rən­camında qaldı. Yaponiya Lyaodun yarımadasını, İngiltərə isə Honkonqu öz əraziləri hesab etdilər.Konfransda birinci məsələ çox böyük müzakirəyə səbəb oldu. ABŞ nümayəndələri təklif edirdilər ki, xətt, kreyser, sual­tı qayıqların su tutumunun miqdarı (tonnajı) ABŞ və İn­giltərəyə əsasən götürülsün. Yaponiyaya isə az miqdarda do­nanma təklif edilirdi. İngiltərə kreyserlər üzrə tam üstün ol­duğu üçün onların məhdudlaşdırılmasına razı olmadı. Yaponiya da buna etiraz etdi. Xətt gəmiləri üzrə nisbət aşağıdakı qaydada müəyyənləşdirildi. 5- ABŞ: 5 İngiltərə: 3 Yaponiya: 1.75 – Fransa: 1.75 – İtaliya. Bu məsələ ilə əlaqədar fevralın 6-da «5 dövlət sazişi» bağlandı. Bu saziş bağlanarkən Yaponiya belə bir dip­lo­matik uduş qazandı ki, Yaponiyanın əsas adalarından ancaq 5 min km uzaqlıqda ABŞ öz hərbi donanmasını və hərbi ba­za­larını yarada bilərdi. Vaşinqton kon­fransı Sakit okeanda qüv­vələrin yeni quruluşunu müəyyən­ləş­dirdi. Konfransın qərarları 1919-1920-ci illərin Paris konfran­sının qərarlarını müəyyən dəyişikliklərlə tamamlamış oldu.


Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə