1. V. Vilsonun “14 maddəlik” sülh proqranınin mahiyyti


Versal sülhü və onun şərtləri. Millətlər Cəmiyyəti



Yüklə 199,24 Kb.
səhifə4/58
tarix05.06.2022
ölçüsü199,24 Kb.
#88898
1   2   3   4   5   6   7   8   9   ...   58
Müasir cavablar [1 - 60].

4. Versal sülhü və onun şərtləri. Millətlər Cəmiyyəti
Versal mü­qa­vi­ləsinə görə: Elzas və Lotaringiya yenidən Fransaya qay­ta­rılırdı. Rey­nin sol sahili hərbsizləşdirilmiş zona elan edilirdi və burada Almaniyanın zavodlar tikməsi qadağan edilirdi. Reynin sol sahilini Antantanın işğalçı qoşunları tutdular. Saar vilayəti 15 il müddətində Millətlər Cəmiyyətinin mandatına, onun kömür mədənləri isə Fransaya verildi. Müəyyən olunan müddət bitdikdən sonra vilayətin gələcək taleyinin referendum yolu ilə həll olunması nəzərdə tutulurdu. Sülh mü­qaviləsinə görə 15 ildən sonra Saar hər hansı bir dövlətə veri­lərdisə, onun kömür mədənlərini alman sahibkarları da ala bilərdi. Alma­ni­ya Avstriyanın müstəqilliyinə hörmət edəcəyini öh­də­sinə gö­türdü. Müqaviləyə əsasən Belçikanın bitərfliyi təsdiq edilir, Ey­pen və Malmedi mahalları ona verilirdi. Həmçinin Belçikanın tabe­liyində olan Morena bitərəf zona elan edildi. Versal müqaviləsindnəzərdə tutulurdu ki, Lüksemburq hersoqluğu 1919-cu il yanvarın 1-dən müstəqil dövlət elan edilirdi. 1864-cü ildə Da­nimarkadan almanların burada əksəriyyət təşkil etdiyi bəha­nə edilərək alınmış Halşteyn vilayəti və Yuxari Şlezviq yeni­dən Danimarkaya qaytarılırdı. Aşağı Şlezviqin məsələsi isə re­ferendum, yəni ümumrəy sorğusu ilə həll edilməli idi. Almaniyanın ərazisi Şərqi Prussiyanın ondan ay­rılması nəticəsində iki hissəyə bölündü. Almaniya Memel (Kla­y­peda) ərazisi üzərində bütün hüquqlarından əl çəkdi.1923-cü ildə Klaypeda Litvaya verildi. Al­ma­niyanın böyük tonnajlı gəmilər inşa etməyə, sualtı qayıqlara və hava donanmasına malik olmağa ixtiyarı yox idi. Lakin Versal müqaviləsi Almaniya im­perializminin əsaslarına toxunmadı. Almaniyanın hərbi sə­na­ye potensialı ləğv edilmədi, yalnız məh­dudlaşdırıldı. Versal müqaviləsinin mühüm tərkib hissələ­rin­dən biri də Millətlər Cəmiyyəti məsələsi idi. Millətlər Cəmiyyətinin fəaliyyəti assambley, onun şurası və katiblik vasitəsi ilə həyata keçirilirdi. Cə­miyyətin Baş Şurasının üzvlərini əvvəl dörd ölkənin (İngiltərə, Fransa, İta­liya, Yaponiya) nümayəndələri təşkil edirdi. Millətlər Cəmiyyətinin nizamnaməsi sülh müqaviləsinin tərkib hissəsi oldu. O, cəmiyyətin əsas vəzifələrini-xalqlar ara­sında əməkdaşlığın inkişaf etdirilməsi, sülhün və təhlükə­siz­liyin təmin olunması vəzifələrini müəyyən etdi. Beynəlxalq məsələləri müzakirə etmək üçün hər il Millətlər Cəmiyyətinin Məclisi toplaşırdı. Nizamnamə Cəmiyyətinin təcavüzkar döv­lət barəsində kollektiv tədbirlər-sanksiyalar tətbiq etməsini nəzərdə tuturdu. Millətlər Cəmiyyətində rəhbər rol Yaponiyanın kö­məyi nəticəsində İngiltərə və Fran­sa­ya məxsus oldu. Həm­çinin Vilson diplomatik uğursuzluğa dü­çar olaraq, müstəm­lə­kələrin Millətlər Cəmiyyəti təşkil edilən­dən sonra bölgüsünə nail ola bilmədi. İmperialistlər Almaniyanın keçmiş müstəm­lə­kələrini və Türkiyənin mülklərini açıq şəkildə tutmağa cürət etmədilər. Müstəmləkələr üç mandat kateqoriyasına bölündülər. «A» kateqoriyasına, əsasən, Osmanlı İmperiyasına aid olan Ərəb öl­kələri daxil idi. On­ların tezliklə müstəqillik qazanması nəzərdə tutulurdu. Fran­sa Suriya və Livanı, İngiltərə isə Fələstin, Transior­daniya və İraqı aldı.«B» və «C» kateqoriyaları birbaşa Almaniyanın müs­təm­­ləkələri idi. «B» kateqoriyasınaMərkəzi Afrikadakı alman müstəmləkələri, yəni Şərqi Almaniya Afrikası, Toqo və Kamerun daxil idi ki, bu İngiltərə və Fransaya çatırdı. «C» kateqoriyasına isə Cənub-Şərqi və Cənub-Qərbi Afrika­da­kı və Sakit Okeandakı Almaniya müstəmləkələri daxil idi. Bun­lar faktiki olaraq Yaponiya, Avstraliya, Yeni Zelandiya və Cənubi Afrika İtti­faqının mülklərinə çevrildilər. Ver­sal sülh mü­qaviləsində mübahisəli məsələlərdən biri olan təz­minat mə­sə­ləsi öz əksini tapmadı. Çünki ABŞ cəmi 228 mlrd mar­ka Alma­ni­yadan təzminat alınmasını tələb edirdi. Almaniyadan təzminat alınmasında Fransanın ma­rağı da­ha böyük idi. O bu təzminat hesabına Avropada güc­lən­mək istəyirdi.


Yüklə 199,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə