1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə48/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   44   45   46   47   48   49   50   51   ...   256

 

105


istisna edən siyasi islahatlar tələb edirdi

86

. 2005 -ci ilin İyununda spesifik olaraq 



polis, təhlükəsizlik xidmətləri və  sərhəd gözətçiləri üzərində demokratik nəzarətə 

çağıran və ”Üzv ölkələrin təhlükəsizlik sektorunda demokratik nəzarət” adlanan 

tövsiyə Avropa Şurası Parlament Assambleyası qarşısına qoyuldu

87



ATƏT 1994- cü ildə Təhlükəsizliyin Hərbi-Siyasi Aspektləri üzrə Davranış Kodek-

sini qəbul etməklə bu günə qədər hamıdan uzağa getmişdir. Davranış Kodeksinə “hər-

bi, yarı-hərbi  və daxili təhlükəsizlik qüvvələri və  həmçinin, gizli xidmətlər və polis 

üzərində demokratik siyasi hakimiyyət” haqqında ən yenilikçi maddələr daxildir

88

. Bu 


“hüquqi məcburi” alət  təhlükəsizlik sektoru üzərində demokrtaik idarəçiliyin məzmu-

nu haqqında yeganə sənəddir. Onun VII və VIII bölmələri,müdafiə fəaliyyəti üzərində 

demokratik nəzarətin əsas hissələrini müəyyən edir və onlar aşağıdakılardır: 

 

•  Bütün hallarda demokratik konstitusyon mülki hakimiyyətin hərbi haki-



miyyət üzərində aliliyi; 

•  Silahlı qüvvələrin beynəlxalq humanitar qanunun norma və göstərişlərinə 

tabeçiliyi; 

•  Silahlı qüvvələrin şəxsi heyəti tərəfindən,insan hüquqlarına və köklü azad-

lıqlara hörmət; və  

•  Qanunçuluğa riayət edilməsi ehtiyacı ilə daxildə güc işlədilməsinin ölçülü-

yü və insan hüquqlarının dinc və qanuni surətdə ifadə olunmasının məhdudlaşdırıl-

masına yönələn güc işlədilməsinin qadağan edilməsi və ya insanların fərdi və kol-

lektiv kimliklərindən məhrum edilməsinin qadağan edilməsi

89

.   



 

Müdafiə fəaliyyətləri üzərində vahid demokratik hakimiyyət modelinin və ya bu 

modelin aydın tərifinin olmamasına baxmayaraq, ən yaxşı “təcrübələr toplusunu” 

və ümumi prinsipləri nümunə gətirmək olar. 2000 -ci ildə Böyük Britaniya Beynəl-

xalq İnkişaf Agentliyinn dərc etdiyi hesabatın əsasında, BMT İnsan İnkişafı Hesa-

batı 2002 müdafiə fəaliyyətlərinin demokratik idarəçiliyinin həlledici prinsiplərini 

aşağıdakı kimi cəmləşdirmişdir: 

                                                            

86

 Bax: həmçinin, ‘EU Backs Turkish Curbs on Power of Military’, Financial Times, 30 July 2003.  



87

Bu təklif Silahlı Qüvvələr üzərində Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin işlərinə 

isnad edir. Bax Avropa Şurası Parlament Assambleyası,  Tövsiyə Layihəsi(AS/Pol(2005)15 

of 22 April 2005). 

88

 Quoted from Y.-V. Ghébali, The OSCE Code of Conduct on Politico-Military Aspects of 



Security (3 December 1994): A Paragraph-by-Paragraph Commentary on Sections VII and 

VIII (Democratic Control and Use of Armed Forces), DCAF Document No. 3, Geneva 

Centre for the Democratic Control of Armed Forces, Geneva, March 2003, p. 17. 

89

 Bax: Ghébali, The OSCE Code of Conduct



 


 

106


•  Həlledici təhlükəsizlik məsələlərində son qərar seçilmiş hakimiyyət nüma-

yəndələrinin əlində olmalıdır; 

•  Təhlükəsizlik təşkilatları beynəlxalq hüquq və Konstitusiya əsasında hərə-

kət etməli və insan hüquqlarına hörmət etməlidir; 

•  Təhlükəsizlik planlaşdırması və resursları ilə bağlı informasiyalar həm hö-

kümət daxilində, həm də ictimaiyyətə geniş şəkildə əlçatan olmalıdır. Təhlükəsiz-

lik,çoxtərəfli,intizamlı yanaşma hesabına idarə olunmalıdır. Bu o deməkdir ki, təh-

lükəsizlik qüvvələri hökümətin digər hissələri kimi, ictimai sektor idarəetməsinin 

eyni prinsiplərinə,milli təhlükəsizliyə aid məsələlərin gizliliyini tənzimləyərək tabe 

olmalıdır; 

•   Mülki-hərbi münasibətlər mülki hakimiyyət ilə  hərbi qüvvələr arasında 

düzgün ifadə olunmuş hakimiyyət ierarxiyası üzərində, mülki hakimiyyət və müda-

fiə qüvvələri arasında qarşılıqlı hüquqlar və öhdəliklər üzərində və vətəndaş cəmiy-

yəti təşkilatları ilə şəffaflıq və insan hüquqlarına hörmət əsasında qurulmalıdır: 

•  Mülki hakimiyyətlər təhlükəsizlik qüvvələrinin  əməliyyatları  və maliyyə-

ləşdirilməsi üzərində siyasi nəzarət aparmaq iqtidarında olmalıdır; 

•  Təhlükəsizlik qüvvələrini müşahidə etmək üçün və  təhlükəsizlik siyasəti 

üzrə siyasi müzakirələrə konstruktiv töhvə vermək üçün vətəndaş cəmiyyətinin va-

sitələri və imkanları olmalıdır; 

•  Təhlükəsizlik qüvvələrinin şəxsi heyəti öz işlərini peşəkar səviyyədə gör-

mələri üçün təlim keçməli və qadınlar və azlıqlar da daxil olmaqla cəmiyyətin rən-

garəngliyini əks etdirməlidir; 

•  Siyasətçilər regional və yerli sülhü təlqin etməyə önəm verməlidirlər

90



 

Mürəkkəb olsa da,demokratik nəzarətin bu həlledici prinsiplərinə nail olmaq 

mümkündür və bu baş verərsə,o zaman,həm ölkə  və  həm də beynəlxalq sabitliyə 

qarşılıqlı inam yaradıcı tədbirlər kimi töhvə verər.Lakin,müdafiə fəaliyyətləri üçün, 

o cümlədən, güc işlətmək qərarları daha çox beynəlxalq təşkilatlar tərəfindən veril-

diyindən,hər bir üzv ölkənin hökümətini nəzarətdə saxlamaq, o ölkənin parlamen-

tindən asılı olacaqdır. Silahlı qüvvələrin, BMT,NATO və AB-nin və xüsusi yara-

dılmış koalisiyaların rəhbərliyi altında baş verən sülhu dəstəkləyən əməliyyatlarda 

demokratik cavabdehliyini təmin etmək üçün parlamentin rolu

91

 xüsusilə vacibdir. 



                                                            

90

 UNDP, Human Development Report 2002, p. 90. See also UK Department for 



International Development, Security Sector Reform and the Management of Military 

Expenditure, 2004, p. 46. 

91

 Sülhü dəstəkləyən  əməliyyatlar termini bütün sülhü saxlayan və yaradan əməliyyatlar 



üçün ümumi termin kimi işlədilir.Bax: H. Born, and H. Hänggi, ‘Governing the Use of 

Force under International Auspices: Deficits in Parliamentary Accountability’, in SIPRI 



Yearbook, Armaments, Disarmament and International SecurityOxford University Press, 2005. 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə