1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə46/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   42   43   44   45   46   47   48   49   ...   256

 

101


Fəsil 2 

 

Müdafiə Xarakterli Fəaliyyətlərin  

Demokratik Şəkildə İdarə Edilməsi 

 

Dr. Hans Born 

 

 

 

Giriş 

 

Bu gün, müasir təhlükəsizlik siyasətinin məqsədləri genişləndikcə,demokratik 

ölkələr getdikcə artan problemlərlə üzləşirlər.Ərazi bütövlüyünü və müstəqilliyi 

qorumaq kimi ənənəvi tapşırıqlardan savayı, böhranlı  vəziyyətlərin həll edilmə-

si,sabitliyin təşviq edilməsi və terrora qarşı mübarizə kimi çoxtərəfli addımlara 

dəstək getdikcə artan istiqamətlərdir

79

.Müdafiə sektoru çərçivəsində  fəaliyyətlərin 



təsirli demokratik idarəetməsi üçün köklü analizlər diqqətə alınmalıdır. Bu fəslin 

kontekstində baxsaq, demokratik hesabatlılıq o məna daşıyır ki,  təhlükəsizlik siya-

səti ilə bağlı qərar vermək və onu həyata keçirmək iqtidarında olan və ya səlahiy-

yəti olan hər kəs seçilmiş nümayəndələr qarşısında və ya birbaşa olaraq xalqın qar-

şısında cavabdehdirlər

80

.  Daha sonra, istənilən demokratik dövlətin bel sütunu ki-



mi,parlament tərəfindən hərbi fəaliyyətlərin üzərində demoktaik nəzarət və idarəet-

mə olmalıdır. Bu cür müdafiə xarakterli fəaliyyətlərə,bu məqalənin məqsədləri 

üçün,ordunun,polisin,sərhəd gözətçilərinin,yarı-hərbiləşmiş qüvvələrin,kəşfiyyat 

xidmətlərinin və özəl təhlükəsizlik təşkilatlarının fəaliyyətləri daxildir.  Parlamen-

tlər geniş təhlükəsizlik siyasəti işləyib hazırlamalı və həmçinin,başqa təhlükəsizlik 

təşkilatlarının fəaliyyətlərini izləməlidirlər. Parlament nəzarəti o zaman tam olur ki, 

                                                            

79

 Bax, W. van Eekelen, ‘Democratic Control of Armed Forces: The National and 



International Parliamentary Dimension’, in H. Born, P. Fluri, and S. Lunn (eds.), Oversight 

and Guidance: The Relevance of Parliamentary Oversight for the Security Sector and its 

Reform, DCAF Document No. 4, 2003. 

80

 Bax, H. Born, ‘Democratic Control of the Military in the US, France, Sweden and 



Switzerland’, in K. von Wogau (ed.), European Defence for the 21st Century, 2003. 

Accountability deals mainly with three issues: money, activities and results with the two 

former dealing with the process of governmental activity and the latter with its outcome. 

See, for example, R. D Behn, Rethinking Democratic Accountability. Washington DC: The 

Brookings Institution, 2001. 



 

102


o bu idarələrin beş əsas aspekti üzərində, yəni, siyasətləri,şəxsi heyəti, maliyyələ-

ri,əməliyytaları və avadanlıq və silah sistemlərinin alqı-satqısına nəzarət edir.  

Avropada, müdafiə  fəaliyyətləri üzərində demokratik idarəetmə  və parlament 

nəzarəti canlanma dövründədir

81

. Bu mövzunun niyə indiki zamanda Avropa ölkə-



lərinin siyasi və elmi dairələrinin gündəliyinə çevrilməsinin bir sıra səbəbləri var-

dır: birincisi, hərbi çağırışın bir çox Avropa ölkələrində ləğv edilməsi( yəni, Hol-

landiyada,Belçikada, Fransada,Macarıstanda,  İtaliya,  İspaniya, Portuqaliyada) ilə 

silahlı qüvvələr üzərində demokratik idarəçiliklə bağlı ciddi müzakirələr başladıldı, 

çünki çoxları belə qorxu ifadə edirlər ki, tam könüllülərdən ibarət olan qüvvələri 

demokratik yolla idarə etmək çağırışçılardan təşkil olunmuş ordunu idarə etməkdən 

daha çətindir. Ikincisi, son onillik ərzində silahlı qüvvələrin sayının ümumi azalma-

sı baş vermişdir, amma onlara veriıən tapşırıqların sayı da  artmışdır. Büdcə və şəx-

si heyətə yönəlik bu cür tələblər siyasi-hərbi münasibətləri gərginləşdirir.Üçünçü-

sü, beynəlxalq hərbi fəaliyyətin artması ilə beynəlxalq hərbi əməkdaşlığın və təsi-

satların demokratik idarəetməsi və parlament nəzarəti ketdikcə artan dərəcədə va-

cib məsələyə çevrilir. Bu xüsusilə də NATO və AB-nin kiçik ölkələrinə aiddir. Da-

ha sonra,  NATO və ATƏT kimi beynəlxalq təşkilatlar tərəfindən adlandırılan  “de-

mokratik və mülki idarəetmə” inteqrasiya və ya üzvlük üçün hərbi-siyasi və mülki- 

hərbi münasibətlər islahatının demokratik prinsiplərə uyğun olaraq aparılmasına 

çağırır.  Bu  xüsusilə də Mərkəzi və Şərqi Avropanın post-kommunst ölkələri üçün 

uyğundur, çünki onlar hərbi -siyasi münasibətləri demokratik prinsiplərə uyğun 

olaraq qurmalıdırlar. Təhlükəsizlik sektorunu islahat etməzdən öncə, keçid dövrün-

də olan cəmiyyətlər yeni konstitusiyalar qəbul etdilər, qanunvericilərə yeni səlahiy-

yətlər verdilər və ordu üzərində mülki nazir hakimiyyətini qurdular. Ona görə də, 

müdafiə fəaliyyətləri üzərində demokratik (və mülki) hakimiyyət hərbi təsisatların 

qurulmasında, yaxşı idarəçilikdə və həm beynəlxalq və həm də ölkə səviyyəsində 

təhlükəsizliyin təmin edilməsində vacib sayılır. Bu fəsil öncə demokratik nəzarətin 

beynəlxalq səviyyədə elan olunmuş prinsipləri üzərində dayanır və sonra ölkə sə-

viyyəsində demokratik nəzarətin mexanizm və prinsipləri haqda danışır. 

  

Demokratik Nəzarət  Bərqərar Edilmiş Beynəlxalq Norma kimi  

 

Bütün dünyada təhlükəsizlik mühitinin dəyişməsi,hər bir ölkədə müdafiə fəaliy-

yətləri üzərində aparılan demokratik nəzarətin aydın səkildə müəyyən edilməsini 

və  həyata keçirilməsini vacibləşdirir. Beynəlxalq səviyyədə  əsas məqsəd, sülh və 

sabitliyin hakim olduğu,iqtisadi inkişafın və əməkdaşlığın çiçəkləndiyi sabitlik mü-

                                                            

81

 Bax, H. Born, K. Haltiner, M. Malesic (eds.), Renaissance of Democratic Control of 



Armed Forces in Contemporary Societies, Nomos Vergasgesellschaft, Baden-Baden, 2004. 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə