1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə43/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   39   40   41   42   43   44   45   46   ...   256

 

94

hidə və yoxlama aktivləri daxildir. Güc əks etdirən aktivlərə portlar və aeroportlar



hərbi nəqliyyat vasitələri və müəyyən strateji hərbi obyektləri əhatə edən səfərbər-

lik obyektləri daxildir. Amerikada ölkənin mühüm infrastrukturuna aşağıdakılar 

daxildir: kənd təsərrüfatı və ərzaq sistemi; maliyyə və bank sistemi; nəqliyyat sis-

temləri; su təmini;həyatı insani xidmət; və elektrik sistemləri. Avropa ölkələrinin 

çoxu bu aktivlərin müdafiəsizliyini və mühümlüyünü qəbul etsələr də, ancaq onla-

rın bir qismi bu problemə çoxtərəfli yanaşmışdır. Avropada əhəmiyyətli infrastruk-

turun qorunması  məsuliyyəti adətən bir necə nazirlik və idarələr arasında bölün-

müşdür və onların çoxunun paralel yurisdiksiyaları vardır. 

Əlavə  fərq ondadır ki, Avropada hökümətin davamlılığı  və  əməliyyatların da-

vamlılığı üçün görünən səylər azdır, bu daha çox ehtimalla Avropa ölkələri tərəfin-

dən fəlakətli terror təhlükəsinin potensialını qəbul etməməklə izah olunur. Və nəti-

cədə, görünür ki, çoxlu sayda hökümətlər bu yekun rəyə gəliblər ki, indiki zamanda 

bu cür imkanları saxlamaq tələbinə ehtiyac yoxdur. 

 

Mülki Hakimiyyətlərə Hərbi Dəstək 



 

ABŞ-da hərbi dəstəyə federal hərbi qüvvələr, MN-i kadrlı mülki və müqavilə əsaslı 

heyəti və gecikmədən cavab üçün MN-nin idarə və əsas aktivləri; mülki hüquq müha-

vizə orqanlarına hərbi dəstək; mülki narahatlıqlar üçün hərbi kömək; ölkədaxili anti-

terror əməliyyatları;həssas dəstək əməliyyatları;narkotikə qarşı əməliyyat dəstəyi; ter-

ror nəticələrini idarəetməyə; və mülki hakimiyyətə hərbi dəstək daxildir

74

, bunların ha-



mısı Mülki Hakimiyyətlərə Hərbi Kömək(MHHK) kateqoriyasının içərisində gedir və 

həmişə  dəstəkverici formada olur

75

. MN-nin hüquq mühavizə orqanlarına hərbi kö-



məklə əlaqədar roluna və mülki etriazlar dalğası zamanı mülki hakimiyyətə edə biləcə-

yi köməyə,ancaq fövqaladə hallarda, ABŞ qüvvələrinin oynaya biləcəyi rolu məhdud-

laşdıran hüquqi və administrativ maneələr kontekstində baxıla bilər. 

Avropanın mülki hakimiyyətlərə hərbi dəstəklə müşaiyət olunan missiyalarda təcrü-

bəsi daha da zəngindir, o mənada ki, əməliyyatların radiusu genişdir və məhdudiyyətlər 

önəm daşımır. Avropa ölkələrinin çoxu öz əməliyyatlarını eyni cür tərzdə kateqoriya-

laşdırmırlar və onların doktrinaları da ümumiyyətlə gəti deyil

76

. Çox ölkələr, o cümlə-



                                                            

74

 Mülki Fəlakətlər olanda kömək,mülki agentliklərlə hərbi əməkdaşlıq və başqa səlahiyyətlər 



altında cavab tədbirləri: neft və başqa təhlükəli materiallar axması zamanı,radioloji hallar və ya 

hadisələr olduqda,təcili su tələbləri,selin qarşısını almaq,meşə yanğını halları,kütləvi immiq-

rasiya olduqda və nəqliyyat dəstəyi lazım olduqda. 

75

 Department of Defense Directives 3025.1; 3025.12; and 3025.15. 



76

 İstisnalar da vardır,məsələn Böyük Britaniyada oxşar sayda kateqoriyalar mövcuddur: (1) mülki 

hakimiyyətə hərbi yardım (2) başqa hökümət idarələrinə hərbi yardım, və (3) mülki cəmiyyətə hərbi 

yardım. Bu kateqoriyalar təbii ABŞ-da olan hallarla birbaşa paralellik təşkil etmir. 




 

95

dən, Fransa və İtaliya öz ordusuna mülki hakimiyyətə kömək üçün konkret səlahiyyət-



lər verir,lakin konkret missiya zonalarında yaxşı işlənib hazırlanmış yanaşma ilə təmin 

edə bilmir. Çoxlu sayda ölkələrdə silahlı qüvvələrdən daxili siyasətdə istifadəyə həmişə 

son addım kimi baxmırlar; daha çox onların tədbiqinə işin gedişi kimi baxırlar. Silahlı 

qüvvələrin bir qisminin məsuliyyətləri onları fəlakət olduğu zaman mülki hakimiyyətə 

birbaşa yardıma sövq edir. Bunların çoxu Avropa dövlətlərinin daha çox mərkəzləşmiş 

təbiətindən doğur. Hətta federal strukturu olan Avropa ölkələrində, ABŞ-daki Milli 

Qvardiyanın strukturunda gördüyümüz qüvvələrdən yoxdur. Lakin, bir şey məlumdur 

ki, silahlı qüvvələrdən mülki hakimiyyətə kömək o qədər tələb olunub ki, artıq onların 

dəstəyi fakt kimi qəbul edilir. 

Digər fərq odur ki, Avropada,mülki hakimiyyəti dəstəkləmək üçün silahlı qüv-

vələrə verilən əmrin səlahiyyəti daha çox aydındır. Amerikada aktiv xidmətdə olan 

qüvvələrin və Milli Qvardiya kontingentinin ölkə daxilində istifadəsi üçün prezi-

dent sərəncamı tələb olunur, Avropa ölkələrində isə tələblər daha sadədir və səla-

hiyyətlərin verilməsi ilə tənzimlənir. Bu cür tapşırıqlara cəlb olunan çoxlu sayda si-

lahlı qüvvələr prezidentin və ya baş nazirin icazəsi ilə yox,müdafiə nazirinin əmri 

ilə olur. Həmçinin,Avropada, Amerikadakı Posse Comitatus Act kimi  hüquqi ma-

neələr yoxdur. Ölkə qanunlarında hərbi qüvvələrin daxildə istifadəsi ilə bağlı, ya 

heç isnad edilmir, ya da qanuna onların istifadəsi üçün ümumiləşmiş ilkin şərtlər 

salınır. Sadəcə Almaniya, hərbi qüvvələrin daxildə istifadəsi üçün daha çox rəsmi 

yasaqlar qoymuşdur. Hətta orada hərbi hava qüvvələrnə, terrorçular tərəfindən isti-

fadə olunan təyyarəyə qarşı müdafiə tədbirləri görməsinə icazə verilir. 

Fəlakət zonasına yardım və xüsusi  tədbirlərə dəstək də hərbi missiyanın adi tər-

kib hissəsi kimi sayılır. Beləliklə Avropada, beynəlxalq tədbirləri, o cümlədən, id-

man və  mədəni tədbirləri, geniş  sərgilər və yarmarkaları qoruyan hərbi birlikləri  

görmək adi haldır. Mülki hüquq mühavizə orqanlarına dəstək daha çox şablon xa-

rakter daşıyır,çünki Avropa silahlı qüvvələrinin bu cür fəaliyyətə qoşulması üçün 

daha böyük sərbəstlik vardır. Silahlı qüvvələrin daimi olaraq həyata keçirdiyi bir 

xüsusi sahə  əhəmiyyətli xidmətlərin artırılmasıdır: dağıntılar zamanı  əhəmiyyətli 

sayılan xidmətlərin təmini, məsələn,təbii fəlakətlər zamanı,terror hücumları zamanı 

və işçilərin tətili zamanı. Nümunə kimi əmək mübahisələri zamanı yanğın söndü-

rənlər xidməti və kütləvi nəqliyyat xidmətlərini göstərmək olar, bu hallar müntə-

zəm olaraq Fransada baş vermişdir. Hərbi qüvvələr tamamlamaq və ya hətta,mülki 

xidmətlərin yerini tutmaq üçün bu həyatı sahələrdə hərəkətə keçirlər. 

Silahlı qüvvələrin tez-tez istifadə olunduğu digər yer mülki sərhəd təhlükəsizliyi 

qüvvələridir. Tam bacarıqlı sərhəd gözətçi qüvvələrinin olmadığı ölkələrdə, məsə-

lən Avstriyada, ordu sərhəd təhlükəsizliyi işlərinin  əsas hissəsini həyata keçirir.  

İsveçrədə  sərhəd gözətçi korpusu müntəzəm surətdə  hərbi təhlükəsizlik heyəti və 

yoxlama vasitələri ilə möhkəmləndirilir. Bu hərbi resursların tükənməsinə aparsa 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə