1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə39/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   35   36   37   38   39   40   41   42   ...   256

 

86

Avstraliya tərəfindən də qəbul edilmiş və hətta Yaponiya önləyici müdafiə hüququ-



nu özündə saxlayır

59

. Faktiki olaraq, asimmetrik terror təhlükələri probleminin eyni 



diaqnozunu Avropa Təhlükəsizlik Strategiyasında görürük

60

: ”Qloballaşma erasın-



da,uzaq təhlükələr yanimizdakı təhlükələr qədər qayğıverici ola bilər...İlk müdafiə 

xətti daha çox xaricdə olacaq.... Münaqişənin qarşısının alınması və təhlükənin qar-

şısının alınmasının vaxtı deyil deyilə bilməz”. Ona görə də, Avropa strategiyası ge-

nişlənməyə ,Avropa qonşuluğunda təhlükəsizliyin möhkəmləndirilməsinə çağırır. 

Bunun müxtəlif hərbi imkanlardan doğan, sadəcə sözlərin müxtəlif seçimi olmasını 

gələcək göstərə bilər. “Genişlənmə ilə qarşısını alma” həm də ABŞ-ın qlobal önlə-

yici zərbə strategiyasının yaxşı regional ekvivalenti də ola bilər. 

Avropa ölkələri, hüquq mühavizə, kəşfiyyat və həmçinin, hərbi cavabları tələb 

edən terror təhlükələri ilə uzun müddət üz-üzə gəlmişlər. Lakin qəbul olunmalıdır 

ki, Avropanın,xüsusilə də, 1970 və 1980- ci illərə təsadüf edən terrorçuluğa qarşı 

mübarizə təcrübəsi, Al-Qaidə kimi təşkilatların törətdiyi fəlakətli terror təhlükəsin-

dən köklü şəkildə  fərqlidir.  Avropanın içindən çıxan terror qruplarının məqsədi 

müasir transnasional terror təşkilatlarının məqsədlərindən fərqlənirdi. Onlar mütləq 

olaraq dövləti və ya onun hökümətini dağıtmaq yox,daha çox siyasi dəyişiklik və 

ya böyük muxtariyyət istəyirdilər. Və nəticədə, onlar fəlakətli insan ölümü ilə nəti-

cələnən hadisələr törətməkdə maraqlı deyildilər, çünki bu işlər onların ideyalarının 

həyata keşirilməsinə əks-təsir göstərərdi.  Madrid və London hücumlarının  müna-

sibəti dəyişməsinə baxmayaraq, Avropalıların çoxu hələ də düşünür ki, onlar terror 

və onun səbəblərini bu cür təhlükələrlə üzləşməyən ölkələrdən daha yaxşı başa dü-

şürlər. Terror təhlükəsinin idarə oluna bilməsi haqda və bu təhlükə ilə davranmaq 

                                                                                                                                                       

57

 “Putin Reaffirms Russia’s Right to Preemptive Strikes”, AFP, Tuesday 4 November 



2003. See also: Russian Chief of the General Staff, General Yury Baluyevsky: “We Will 

Take Any Action to Eliminate Terrorist Bases in Any Region at the Earliest Stage”, 



RFE/RL, 8 September 2004. 

58

 Fransa təkcə  “İraq Azadlığı əməliyyatı”-na etiraz etmədi,həmçinin NATO daxilində də 



önləyici zərbə variantının müzakirəsini rədd etdi, “capacite d’anticipation” açıqca deyilir  

və önləyici zərbə variantının hansı hallarda zəruriliyi yeni “Programmation Militaire”-də. 

Bax: Bunn, Elaine M., “Preemptive Action: When, How and to What Effect”, Strategic 

Forum, No. 200, 2003, National Defense University, Washington D.C., p. 6    

59

 General Shigeru,  “Müdafiə agentliyi”-nin Baş direktoru,2003- cü ilin Yanvarında əgər 



Şimali Koreya öz raketlərini hərbi vəziyyətə hazır edərsə, o zaman Yaponiiyanın “əks 

hücum”-a başlayacağını demişdir. Bax: Ishiba, “Japan to ´Counterattack´ if North Korea 

Prepares to Attack”, in The Yomiuri Shimbun/Daily Yomiuri, 25 January 2003 

60

 A Secure Europe in a Better World. European Security Strategy, Brussels, 12 December 



2003. 


 

87

üçün ən yaxşı yolun güc işlətməsi yox, danışıqların olduğu haqda fikirlər dolaşır



61

Doğrusu, bu cür münasibətlər təkcə son onilliklər ərzində Avropanın siyasi motivli 



terrorla mübarizə təcrübəsi ilə yox, həmçinin, Avropadakı geniş müsəlman azlığı-

nın təsiri ilə formalaşmışdır.Kifayət qədər Avropa siyasətçiləri qorxurlar ki, bu cə-

miyyətlərin ekstremist elementlərinə qarşı atılan istənilən addımlar, onlar tərəfin-

dən cavab tədbirlərinə və daha da radikallaşmaya gətirəcəkdir.  Təkcə Qərbi Avro-

pada 16 milyon müsəlmanın yaşadığını  nəzərə alsaq, bu hal ciddi qayğı  mənbəyi 

daşıyır. 

Orada başqa bir fərq də vardır: Avropalılar özlərini amorf terror təhlükəsinə 

qarşı “müharibədə” görmür. Əlbəttə,çoxları ABŞ-ın terrorçuluğa qarşı mübarizəni  

hərbi əməliyyat kimi xarakterizə etməsinə qarşı çıxırlar.Bir çox fikir sahiblərinin, 

hətta “terrorizmə qarşı qlobal müharibə”

62

 fikri heç xoşlarına da gəlmir, tez-tez o 



fikrə söykənirlər ki, ABŞ öz siyasəti ilə 11 Sentyabr hücumlarını gətirdi,bilavasitə 

ABŞ-ın İsraeli dəstəkləməsi ilə. Əlavə olaraq,belə bir hiss var ki, ABŞ-la birgə  ter-

rora qarşı qlobal müharibədə bir yerdə olmaqla, onlar öz ölkələrini də hədəfə çevi-

rirlər. 


ABŞ  və Avropanın terrora qarşı mübarizə yanaşmalarında  ən görünən fərq, 

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin faktiki olaraq tamamilə terror təhlükəsinə 

yönəlməsi ilə ifadə olunur. Avropada ona müqayisə olunan tərəfdaş yoxdur,şünki 

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin funksiyalarının çoxu Avropa ölkələrində 

müxtəlif nazirliklər arasında paylanmışdır. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin 

çox funksiyalarını daxili işlər və ədliyyə nazirliklərində tapmaq olar. Daha mühüm 

məsələ: ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin hüquq mühavizə imkanları Avropa-

dakı tipik Daxili İşlər və Ədliyyə nazirliklərinin imkanlarına nisbətən daha da məh-

duddur, onlar ölkənin hüquq mühavizə elementlərinin hamısı üzərində olmasa da, 

çoxunun üzərində hakimiyyətə malikdir. Hadisələrin bu cür gedişi Avropanın çoxlu 

sayda nazirlikləri ilə Amerikanın  Ədliyyə və  Nəqliyyat nazirlikləri arasında  illər 

boyu yaranmış yaxın münasibətlərə də çətinliklər törətdi və bu münasibətlər ABŞ 

Daxili Təhlükəsizlik Nazirliyindəki yeni tərəfdaşlar ilə də yenidən təsis edilməlidir. 

Bu nazirlik, immiqrasiya və gömrük siyasətini də həyata keçirməyi boynuna götür-

düyündən, keçmişdə Avropa ilə Amerika arasında sürüşmə mənbəyi olan bu məsə-

lələrdə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi indi Avropadakı tərəfdaşları ilə hüquq 

mühavizə və terrorçuluğa qarşı mübarizə məsələlərində möhkəm münasibətlər inki-

şaf etdirmək üçün səylər göstərməlidir, yüksək səviyyəli diplomatiya və əməkdaş-

lıq tələb edən səylər. 

                                                            

61

 Shapiro, Jeremy & Suzan, Bénédicte, “The French Experience of Counter-terrorism”, 



Survival, Vol. 45, No. 1, Spring 2003, pp. 67–68. 

62

 Stevenson, Jonathan, “How Europe and America Defend Themselves”, Foreign Affairs, 



March/April 2003, p. 77. 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə