1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə36/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   32   33   34   35   36   37   38   39   ...   256

 

80

dən və ya ordan gələn nəzarətlə bağlı da təklif verir. İkinci, onlar sahil və açıq də-



nizdə müşahidə və nəzarət üçün həll yolları tapırlar və qeyri-qanuni immiqrantların 

ölkəsi və ya onları tranzit edən ölkə ilə sazişlər imzalamağa həvəsləndirirlər. Bu 

proqramın həyata keçirilməsi bütün mövcud mərkəzlərin iş proqramına inteqrasiya 

olunmuşdur. 

Daha bir mühüm əməkdaşlıq və əmək bölgüsü aspekti qonaq sərhəd gözətçiləri-

nə xarici  sərhədlərdə birgə və birləşmiş əməliyyatlar zamanı verilən tapşırıqların 

təbiətindən asılı olur.Üzv ölkələrİN, öz ərazilərində çalışan qonaq sərhəd gözətçilə-

rinə, icra səlahiyyətləri verə bilmək imkanları olmalıdır. Bu üzv ölkələr arasında, 

sərhəd keçid məntəqələrində işçilərin mübadiləsinə  və sərhəd gözətçilərinin ümu-

mi birliklərinin yaranmasına gətirir. 



Problem paylaşma-nın  iki cəhəti vardır: maliyyə və əməliyyat. Agentlik, ehtiyacı 

olan üzv ölkələrə sözsüz əməliyyat dəstəyi verir. Bütün daxili nəzarət götürüləndən 

sonra,  xarici quru və dəniz sərhədləri olmayan üzv ölkələrin insan və maliyyə məsuliy-

yətləri dramatik surətdə azalacaqdır. Eyni zamanda, uzun və çətin xarici sərhədləri olan 

üzv ölkələr daha çox xərclərlə üzləşəcək  və qismən bu xərcləri başqa üzv ölkələrin 

xərcləri hesabına edəcəkdir. Bir üzv ölkədən o birisinə birbaşa pul yardımı edilməsini 

də təsəvvür etmək çətindir. Bütün ölkələr xarici sərhədlərin səmərəli və məhsuldar  ida-

rəetməsindən faydalandıqlarına görə, Birliyin həm maliyyə, həm də avadanlıq baxı-

mından davamlı təsisatlanmış dəstəyinin olmasına hər cür əsas vardır. 

Ücüncü ölkələrlə əməkdaşlıq : ücüncü ölkələrlə miqrasiya və sığınacaqla bağlı 

dialoqun gücləndirilməsi və sistemləşdirilməsi AB-nin xarici siyasətinin həlledici 

elementi kimi qəbul edilmişdir. Eynilə, üçünçü  ölkələrlə operativ əməkdaşlıq və 

həmçinin, praktiki işgüzar tədbirlər də zəruridir. Bu təkcə təhlükəsizliyi möhkəm-

ləndirmək üçün deyil, həm də sərhədlərin idarə edilməsi üçün hamar sistemin yara-

dılması  və potensial problemlərin böhran vəziyyətinə çatmamasına xəbərdarlıq 

edilməsindən də ibarətdir. Bu əsasən insan alveri sahəsində daha da əhəmiyyət 

kəsb edir. Eynilə, müxtəlif beynəlxalq və hökümətlərarası orqanlar ilə yaxın əlaqə-

lər və  tədbirlər, o cümlədən Europol-la,daha yaxşı  nəzarət və müşahidə aparmaq 

üçün kömək edər. 

Adamlar üçün daxili sərhəd yoxlamaları olmayan zonanın yaradılması ancaq 

məhsuldar birləşmiş xarici sərhəd idarəetmə rejimi ilə  əlaqədardır. O, legitimliyi 

özünün zəruriliyindən alır, onun effektivliyi isə  vahid struktur nəzdində çalışan bü-

tün üzv ölkələrin bərabər səviyyəli öhdəliklərindən asılı olur. Fərqli yanaşsaq,əgər 

hər bir ölkə əsasən öz maraqlarını güdürsə, o zaman ümumi xarici sərhəd haqqında 

danışmaq kifayət deyil. Bir şey müəyyəndir: daha təsirli sərhəd nəzarəti siyasi layi-

hə olub ehtiyaclar, nailiyyətlərin sübutu və artan əməkdaşlıq bacarıqları ilə aparılır.  



Dəniz sərhədlərinin nəzarəti  möhkəm zərurət duyan məsələdir və  fəaliyyət üçün 

hüquqi imkanları olan operativ AB-i çoxmillətli orqanın yaradılmasına baxılmalıdır. 




 

81

Qeyri qanuni dəniz keçidləri zamanı  İnsan alveri və ölümləri dəhşətləri indiyə kimi 



məlumdur, lakin başqa cür qaçaqmalçılıq və qanunsuz fəaliyyətlər mövcuddur ki, onlar 

da bütün AB-i sahilləri üzrə problemlər törədirlər. İndiki cavab tədbirləri toplusuna əla-

qə zabitləri, bir dəfəlik əməliyyatlar,portlarda yaradılan birgə işçi qrupları və ümumi 

qaydalar daxildir. Bunlar faydalı alətlərdir, lakin onların hüquqi və texniki limitləri var-

dır. Birgə  əməliyyatlar dil problemləri ilə,  əməliyyat metodlarında fərqliliklər və  ən 

önəmlisi bir üzv ölkə zabitinin başqa üzv ölkə ərazisində məhdud tapşırıqlar yerinə ye-

tirmək izni olduğundan hüquqi çətinliklərlə də üzləşmişlər. 

AB-nin Çoxmillətli Sahil Güvənliyi Korpusunun yaranması bu məsələlərin ço-

xu ilə məşğul ola bilərdi, özəlliklə də, quru sərhədlərindən fərqli olaraq, çoxlu də-

niz yoxlamaları portlardan kənar sularda aparılacaqdır. Bu cür struktur aşağıdakıla-

rı paylaşacaqdır: ümumi işçilər və prosedurlar, ümumi ierarxiya strukturu və opera-

tiv komanda, ümumi təlim  və dil, tərpənməz və mobil infrastrukturdan ümumi isti-

fadə etmə, məsələn, radar və peyklərdən, zabitlərin milliyətindən asilı olmayaraq 

dövlət hakimiyyətinin ümumi üstünlüyü və kimisə tutmaq və dövlət hakimiyyətinə  

təhvil vermək səlahiyyəti. Bu cür səylər ölkə və AB xərclərini azaldar. 

 

İsti Təqib 



 

Sərhəd boyu əməkdaşlığın məqsədi qanunsuz narkotik daşıma,psixotrop materi-

allar, silahlar, mədəniyyət inciləri, toksik və təhlükəli tullantılar və nüvə materialla-

rı və önəmli maliyyə problemləri yaradan, vergi ödənilməli malların qeyri –qanuni 

ticarətinin qarşısının alınması, təhqiqat aparılması və xüsusilə ciddi qanun pozuntu-

ları olan işlər üçün cinayət işi qaldırılması məqsədi güdür. 

Fövqaladə hallarda,sərhədboyu əməliyyatlar isti təqib törədə bilər və bu o hal-

larda olur ki, kimsə yuxarıda sadalanan qanun pozuntularından birini başqa üzv öl-

kəyə qarşı törədir və pozuntu müşahidə olunur və  bu ölkənin izni olmadan o şəxs 

dərhal təqib olunur. Eynilə,Konvensiya sərhədboyu müşahidə  təmin edir və onun 

vasitəsilə bir üzv ölkənin gömrük idarəsi başqa üzv ölkənin ərazisində ciddi pozun-

tunu törədən  şübhəli bilinən  şəxsi müşahidə etməkdə davam edir. Konvensiya, 

həmçinin, cinayət təhqiqatı çərçivəsində ekstradisiya olunmalı cinayət törədilibsə, 

üzv ölkə tərəfindən cinayətgarın geri alınmasını, üzv ölkələr üçün malların öz əra-

zilərinə nəzarətli göndərişinin təşkil olunmasını təmin edir. Konvensiya daha sonra 

müəyyən şərtlər altında məhdud zamanda keçirilən gizli təhqiqatlar üçün imkanlar 

verir, yəni gömrük işçilərinə saxta kimlik altinda qonşu üzv ölkənin ərazisində  giz-

li müstəntiq kimi hərəkət etməyə səlahiyyət verilməsini təmin edir. Bununla bağlı 

olaraq, hər iki ölkənin polisi birgə xüsusi təhqiqat qrupu yarada bilər. 

Konvensiya bütün bu formada olan sərhəd boyu əməkdaşlığın prosedur və şər-

tlərini müəyyən edir. İsti təqibi aparan bu milli qanunlara rəğmən, sərhəd boyü mü-



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə