1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə32/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   28   29   30   31   32   33   34   35   ...   256

 

72

üçün bəyannamə yazmaları  tələbi; və  sığınacaq almaq istəyənlərə qaydalar tərtib 



edilməsi. 

Şenqen acquis-in hüquqi məcburi aktından başqa,  Şenqen ölkələrini siyasi cə-

hətdən bağlı edən və  Şenqen standardları deyilən digər maddələr də vardır və  ən 

uyğun olanı da Şenqen Qiymətləndirmə İşçi Qrupu tərəfindən hazırlanan Təkliflər 

və Ən Yaxşı Təcrübələr Kataloqu-dır.  Kataloq, üzv ölkələrdə görülən işlər haqda 

qiymətləndirmə aparılanda isnad edilir. Onun tərkibi Avropa dörd-sistemli

40

 sərhəd 


təhlükəsizliyi sistemini əhatə edir,üzv ölkələrin sərhəd idarəçiliyi üçün tələblər mü-

əyyən edir.Digər uyğun standardlar, üzv ölkələrin  İnsan Hüquqları üzrə Avropa 

Konvensiyasına olan öhdəliklərindən doğur, xüsusilə də, beynəlxalq müdafiə, güc 

işlətmə və məlumat qoruma məsələləri üzrə. 

 

Acquis-də Müəyyən Edilmiş bir çox Standardların Analizi 

 

Şenqen acquis, üzv ölkələrdə  təhlükəsizlik sistemi təsis edilməsi üçün yaxşı 

əsas yaradır. Əgər forma və məğzinə görə yerinə yetirilirsə, maddələr demək olar 

ki, müstəsna xarakter daşıyır. Əsas tələblər bunları əhatə edir: xarici sərhədlərin ke-

çilməsi;sərhəd yoxlamarı; sərhəd keşikçilərinin səlahiyyətləri;sərhəd müşahidələri; 

Şenqen həmrəyliyi; kəşfiyyat və risk analizi, peşəkar təcrübə  və  təlim; təşkilatı 

strukrur; hakimiyyətlər arası əməkdaşlıq;infrastrruktur; və avadanlıq.  Aşağıda, tə-

ləblər ümumiləşdirilir,çünki onlara sərhəd xidmətinin müdafə resursları ilə güclən-

dirilməsi halında ehtiyac duyular.  



Xarici sərhədlərin keçilməsi: Xarici sərhədlərdən ancaq izn verilmiş nöqtələrdən

hər bir ölkə üçün siyahılanmış sərhəd keçid məntəqələrindən keçilir. Çox az-az istisna-

lar ola bilər,lakin bütün bu hallarda ayrı -ayrı fərdlər hakimiyyət tərəfindən verilmiş xü-

susi imtiyazlarla hərəkət edirlər.Sərhədi qanunsuz  keçmək cəza daşıyır. 



Sərhəd yoxlamları: Sərhəd keçid nöqtələrində hər kəs girişdə və çıxışda yoxlan-

malıdır. Minimum olaraq, hər kəs qanuni sənəd təqdim etməlidir və sənədin qanuni 

olduğu yoxlanmalıdır. Yad ölkələrdən gələnlər həmişə daha çox yoxlanılır, giriş 

üçün müəyyən edilən bütöv şərtlər, o cümlədən, yad vətəndaşın ictimai və milli 

təhlükəsizliyə törədə biləcəyi təhlükə  yoxlanılır. Bu xarici vətəndaşla dialoq, Şen-

qen İnformasiya Sisteminin məlumat toplusuna isnad və onun sənədinin əsl olması-

                                                            

40

 Ardıcıl və inteqrasiya olmuş  sərhəd təhlükəsizliyi dörd fərqli, lakin bir –biri ilə  əlaqəli 



tədbirlər səviyyəsini  əhatə edir: Səviyyə 1 ölkə daxilində fəaliyyətlər və vətəndaşı olduğu və ya 

transit olan ölkələrlə, konsul əməkdaşlığına  əsas yer verərək (viza verilməsinə), sazişlərdən 

təşkil olunur. Səviyyə 2 ikitərəfli və qonşu ölkələrin Birliklə olan əməkdaşlığına isnad edir. 

Səviyyə 3 sərhəd təhlükəsizliyini keçid nöqtələrində effektiv yoxlamalarla və  həmçinin onlar 

arasında izləmə ilə təmin etməyə çalışır. Səviyyə 4 üzv ölkələrin ərazisində təhqiqat və hüquq 

mühavizə tədbirlərinə əsas olduqda fəaliyyətlərini ora yönəldirlər. 




 

73

nı tələb edir. Bu tədbirlər vaxt tələb edir, vəziyyətdən asılı olaraq ən azı hər adama 



bir dəqiqə,lakin sərhəd gözətçisi, giriş  şərtlərinə riayət edildiyi haqda qərar veril-

məsi üçün, nə qədər vaxt lazımsa onu da sərf etməlidir. 



Sərhəd gözətçilərinin səlahiyyəti: Sərhəd gözətçisi xidməti

41

 daimi olaraq uyğun 



sorğu vermək, qeydiyyat jurnalından istifadə etmək və girişə rədd qərarı vermək və 

sərhəd keçid məntəqəsində kriminal prosedur həyata keçirmək səlahiyyətinə malik 

olmalıdır. Sərhəd gözətçisi, həmçinin,maşınların içini yoxlamaq və şəxsin daşıdığı 

məmulatlari yoxlamq səlahiyyətində olmalıdır

42



Sərhəd müşahidəsi: Sərhəd müşahidəsi sərhəd idarəetmənin mühüm hissəsidir. 



O, sərhədin bütün hissələrinə tam təhlükəsizlik təminatı verə bilməz, lakin o cina-

yətin qarşısını almaqda önəmli dərəcədə effektli olmalıdır. Hər hansı effekt olması 

üçün,sərhəd müşahidəsi ikili funksiya yerinə yetirmək iqtidarında olmalıdır: qanun-

suz sərhədi keçəni tutmaq və qanunsuz yerdəyişməyə qarşı durmaq üçün uyğun 

avadanlıqla təmin olunmuş bacarıqlı qüvvə göndərmək. Sərhəd müşahidə fəaliyyəti 

vəziyyətdən xəbərdar olma və cavab tədbirləri görmə imkanları ilə ölçülməlidir. 

Vəziyyətdən xəbərdar olma müşahidənin necə təşkil olunduğunu göstərir

43

. Cavab 



tədbirləri görmək imkanları isə qanunsuz sərhəd keçidinə qarşı istifadə olunacaq 

vasitələrin növü, hazırlığı və əlçatanlığını göstərir

44

.  Şəxsi heyətin nə sayı, nə də 



                                                            

41

 Sərhəd nəzarətinə məsul olan xidmətlər üçün bax: COM92004)391/F:   



42

 Maşınların və  əşyaların yoxlanması  səlahiyyətləri Gömrük rəsmilərinin səlahiyyətini 

azaltmaq deyil, müqavilədə olan tərəflərin ictimai asayişinə  və  təhlükəsizliyinə olan 

təhlükənin qarşısını almaq məqsədi güdür. Gömrük istənilən halda gömrük nəzarəti etmək 

tam səlahiyyətində olmalıdır. 

43

 Bir sərhəd gözətçi birliyinin vəziyyətdən xəbərdar olma nəzəri nümunəsi kimi ; (1) sərhəd 



xəttinin 10 % -də 24 saat ərzində texniki müşahidə aparılır( sərhədin hər iki tərəfinin 1 km-

də bütün yolları  və  cığırları); (2) sərhəd zolağının 40% -də gündəlik patrullar tərəfindən 

müxtəlif müşahidə mövqələri. Bu zolağın hər bir hissəsi gündə orta hesabla 6 saat müşahidə 

olunur ki, qanunsuz keçid dərhal aşkar edilsin; (3) sərhədin qalan 50%-i elə yerlərdir 

ki,yerli şərait oradan keçməyin qarşısını qismən alır. Bu zona ən azı hər həftə axtarıcı itlə 

yoxlanılır. Bu zaman zona həftədə 12 saat yoxlanılır, nəticədə qanunsuz sərhəd keçidi bir az 

kecikmə ilə aşkarlanır. Bu zonaya yaxın olan yollar və cığırlar gündəlik nəzarətdədir (orta 

hesabla gündə 5 saat). Qanunsuz keçidin əsas axını  hətta az nəzarət olsa belə bu cür 

zonalarda tez aşkar olunur. 

44

 Bir sərhəd xidməti birliyinin cavabvermə bacarığının  nəzəri nümunəsi kimi: (1) bütün  



müşahidə patrulları gecə görmə cihazları və normal polis avadanlığı  ilə təmin olunmuş 2 

nəfərdən ibarətdir (bir neçə silahsız adamı tutmaq üçün  uyğun olan); (2)hər bir sərhəd 

gözətçi postunda ən azı 5 nəfər xidmətdə olur və onlar zonanın istənilən  nöqtəsinə 30 

dəqiqə  ərzində yetişə bilirlər.  Ən azı 1 axtarış iti 24 saat ərzində  hər bir postda olur.(3) 

xüsusi qrup hazır olur. Bir qayda olaraq, həyacan siqnalı olursa 10 nəfər 30 dəq.  ərzində 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə