1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə29/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   25   26   27   28   29   30   31   32   ...   256

 

66

önəmli amil, əməliyyatların getdiyi zonada tabeçilikdə olan bütün fəaliyyəti koor-



dinasiya emək qabiliyyətidir. Müharibə zamanı,hökümət təhlükəsizlik sektorunun 

bir çox orqanlarını və xidmətlərini, dövlət tapşırıqlarını yerinə yetirən özəl şirkətlə-

ri və hətta sənaye müəsisələrini hərbinin nəzarətinə keçirə bilər. Digər tərəfdən, hö-

kümət hər kəsin boynuna öz daşınan və daşınmaz mülkiyyətini ordunun missiyası-

nın uğurla başa vurması üçün, ordu komandanlığının ixtiyarına verməsi öhdəliyini 

qoya bilər. Bu öhdəlik, həmçinin, dinc dövrdə həyata keçirilən zəruri əməliyyatlara 

da şamil edilə bilər. Ordu və birliklər özlərinin bu cür müsadirə etmək səlahiyyəy-

lərindən o zamana qədər istifadə edə bilərlər ki, onların missiyası üçün bu mütləq 

dərəcədə önəmli olsun və öz resursları hesabına bu missiyanı yerinə yetirmək 

mümkün olmasın. 

Hər hansı bir bölgənin təhlükəsizliyini təmin etmək, silahlı qüvvələrin öz resur-

slarından istifadə edərək həm ölkə, həm də əhali üçün dərin böhranlı vəziyyəti aş-

maq və sonrakı vəziyyətin pisləşməsi riskini durdurmaq məsələsidir. Məqsəd əldə 

olan qüvvələrlə strateji həcmdə olan zorakılığın qarşısını almaq, saxlamaq və ya 

neytrallaşdırmaqdır. Əgər hökümət qərar versə, ərazi təhlükəsizliyi əməliyyatı qon-

şu ölkələrin silahlı qüvvələri tərəfindən aparıla bilər və ya koordinasiya edilə bilər. 

Əməliyyatlar sabitlik gətirmək; ictimai asayiş; dövlətin,cəmiyyətin və iqtisadiyya-

tın gündəlik fəaliyyətini saxlamaq;  və dövlət rəhbərliyinin azad fəaliyyətini təmin 

etmək üçün planlaşdırılır. Bu cür əməliyyatlar geniş spektrli tez-tez baş verən assi-

metrik təhlükələrə  və üsyanlara qarşı çevik cavab tədbiridir.  Ərazi təhlükəsizliyi 

aşağıdakı  əməliyyatları  əhatə edir: hava suverenliyini qoruma; quru və ya dəniz 

sərhədinin böyük hissəsində  sərhəd pozuntularının qarşısını almaq məqsədilə bö-

yük hərbi vasitələrin varlığı; müharibə aparılması üçün mühüm olan hərbi obyek-

tlərə hücumların qarşısını almaq üçün həlledici əhəmiyyətli ərazilərin qorunması və 

gələcək  əməliyyatlar üçün həlledici  əraziliərin işğal edilməsi;tranzit yolların açıq 

qalmasını saxlamaq; və ciddi dövlət infrastrukturlarını və müəsisələrini qoruma. 

Bütün fövqaladə hallarda müdafiə sektoru resurslarının işlədilməsi mülki haki-

miyyətə edilən yardım səylərinin geniş kateqoriyası altında olacaqdır. Silahlı qüv-

vələr tələb olunduğu zaman yardım edəcəklər.Bu cür yardım köməkçi fəaliyyətlər 

formasında ediləcəkdir. Operativ məsuliyyət mülki hakimiyyətin üstünə düşür. Bir 

qayda olaraq,silahlı qüvvələr köməyə göndərilən və təmasa girən qüvvələrin tərki-

bini müəyyən edir və bütün birliklər və müdaxilələr üçün komandanlıq məsulyyət 

daşıyır. Onların görəcəyi işlərin qaydaları birgə olaraq uyğun mülki rəhbərlik və 

hərbi komandanlıq tərəfindən müəyyən edilir. Bu cür köməkçi fəaliyyətlər daxili 

təhlükəsizliyə qarşı yönələn ciddi təhlükələrə sədd çəkilməsi üçün, o cümlədən, hə-

yati təhlükələrin qarşısını almaq və idarə emək üçün; müəyyən edilmiş hüquq mühavi-

zə əməliyyatlarına qoşulmaq üçün; sərhəd qorumaq tapşırıqlarını yerinə yetirmək üçün; 

konferansların və dövlət təsisatlarının və mühüm obyektlərin təhlükəsizliyini qorumaq 




 

67

üçün; insanların,VİP və nəqliyyatın təhlükəsizliyini təmin etmək üçün; xilasetmə və fə-



lakət yerlərinə yardımlar təmin etmək və yardım və humanitar əməliyyatlara dəstək 

vermək üçün aparılır. Lakin,ordu humanitar yardım əməliyyatlarına o zaman birbaşa 

qoşulmalıdır ki, orada mülki idarələrin varlığı olmasın və ya şərtlər onların işini prakti-

ki mümkün etməsin və bu ən son addım kimi atılmalıdır

35

.  


Silahlı qüvvələr mülki hakimiyyəti və vəsaitləri dəstəkləmək üçün istifadə oluna 

bilər,aparıcı idarəni dəstəkləmək üçün və ya işi başından aşan mülki idarələri   aşa-

ğıdakı sahələr üzrə lazım olduqda gücləndirə bilər və ya onları əvəz edər: əməliy-

yat planlaşdırması  və idarəetməsi: nəqliyyat  panlaşdırması, idarəetməsi və ma-

şın,dəmiryol,hava və su nəqliyyatı; axtarış və xilasetmə əməliyyatarı; bütün səviy-

yələrdə tibbi xidmət; profilaktik tibb və veterinar əməliyyatları; zərər cəkənlərin 

tibbi dizinfeksiyası və evakuasiya olunması; bərpa, kimliyin müəyyən edilməsi və 

ölənlərin saxlama yerləri; yerlərindən olmuş adamların siyahılaşdırılması;nüvə,ra-

dioloji,kimyəvi və bioloji yoxlamalar,qoruma və  zərərsizləşdirmə;  ərzaq və yana-

caq təmini  əməliyyatları; su təmizləmə  və paylama; müvəqqəti yaşayış yerləri və 

baza inşaatı; infrastrukrur təmiri və gücləndirilməsi; zərərin qiymətləndirilməsi və 

idarə olunması;nəqliyyat infrastrukturunun təmiri və xidməti; yemək xidməti əmə-

liyyatları; təhlükəsizlik və yol hərəkətinin idarə olunması;yanğın söndürmə; psixo-

loji əməliyyatlar; ictimai əlaqələr; mülki-hərbi koordinasiya; informasiyaların bər-

pa edilməsi və idarəedilməsi və informasiya əməliyyatları. 

Müdafiə sektoruna gələn mülki dəstək yardımları ilə bağlı müraciətlərin miqya-

sı çox böyükdür. Bir qayda olaraq, Müdafiə Naziri ən həssas məsələlər üzrə qərar 

vermək səlahiyyətindədir, məsələn, güc işlətmək tələbi olduqda (sahədə olan qüv-

vələr tərəfindən); mülki qarışıqlıq və ya terror halları olduqda hərbi dəstək vermək

potensial qarşıdurma yaradacaq fərdlərin,qrupların iştirakı ilə olan tədbirə nəzarət, 

o cümlədən odlu silah işlədilə bilən tədbirlərə. Müdafiə Naziri bu nöqtədən aşağıda 

duran bütün hallara dəstək vermək üçün tabeçiliyində olan qüvvələrə səlahiyyət ve-

rə bilər. 

Hərbi yardım üçün gələn müraciətlər aşağıdakı altı kriteriya üzrə dəyərləndirilir: 

qanunilik-dəstək üçün müraciət qanunlara uyğundurmu?; Ölümcüllük- silahlı qüv-

vələrə qarşı ölümcül silah işlətmək potensialı  və ya silahlı qüvvələr tərəfindən 

ölümcül silah işlətmək potensialı varmı?; risk- silahlı qüvvələrin təhlükəsizliyi təh-

lükə altinda olacaqmı?;xərclər-kim ödəyəcək və müdafiə büdcəsinə hansi təsiri ola-

caq?; uyğunluq-müraciət olunan missiyanı aparmaq müdafiə nazirliyinin maraqla-

rına cavab verirmi; və hazırlıq-müdafiə nazirliyinin əsas missiyasını yerinə yetir-

məsi imkanlarına hansi təsiri ola bilir? 

 

                                                            



35

 Wilkinson, Philip, “Sharpening the Weapons of Peace: Peace Support Operations and 

Complex Emergencies”, International Peacekeeping, Vol. 7, No. 1, Spring 2000, p. 75. 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə