1 Willem F. van Eekelen


Müdafiə və Təhlükəsizlik Sahəsində Əmək Bölgüsü Dəyişən Vəziyyəylərdə



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə25/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   21   22   23   24   25   26   27   28   ...   256

 

58

Müdafiə və Təhlükəsizlik Sahəsində Əmək Bölgüsü Dəyişən Vəziyyəylərdə 



 

Hökümətlər hakimiyyətə siyasətlərini həyata keçirmək üçün gəlirlər və seçicilər 

hökümətin hadisələrə hazır olmalarını və hadisələri idarə etmələrini gözləyirlər. Bu 

siyasətlərin bir qismi müdafiə  və  təhlükəsizlik vəsaitlərinin istifadəsini tələb edir  

və gözlənilməyən təsadüfi hadisələr meydana gəldikdə onların istifadəsini nəzərdən 

keçirmək zərurəti ortaya çıxır. Bu cür təsadüfi hadisələr müxtəlif formalarda: təbii 

və insan tərəfindən törədilən fəlakətlərlər zamanı; vətəndaş itaətsizliyi və iğtişaşlar 

zamanı; terror təhlükəsi zamanı; üsyan və müharibə zamanı meydana gəlir. Bu ha-

disələrin çoxu vəziyyətin dəyişməsi ilə ümumilik təşkil edir və müdafiə və təhlükə-

sizlik qüvvələrinin yeridilməsini və işə qarışmasını qaçılmaz  edir. Biz dəyişən və-

ziyyətlərdə müdafiə və təhlükəsizlik sahəsində əmək bölgüsü nümunələrinə üç hal-

da baxacağıq: (1) təbii fəlakətlər; (2) iğtişaşlar; və  (3) “fövqaladə vəziyyət”. 



  

Təbii Fəlakət  

 

Təbii fəlakət

28

 təhlükəli hadisəinin nəticəsi və ya təsiri ilə olur və təhlükəli hadi-



sə o zaman baş verir ki, insan fəaliyyətləri və təbiət fenomeni( yəni, insan varlığına 

təsir etməyən fiziki hadisələr, o cümlədən vulkan püskürməsi,zəlzələ,torpaq sürüş-

məsi və s.) üst-üstə düşür. 

Ortaya çıxan bədbəxt hadisələr və ya mülkiyyətə dəyən zərər əhalinin bu fəlakə-

tə müqavimət göstərmək və ya fəlakətdən çıxmağa kömək etmək imkanından asılı 

olacaq. Fəlakət sosial dağıntı olub fərdin, əhalinin və ya dövlətin istənilən səviyyə-

sində baş verə bilər.  İnsanların maraqları olmayan yerlərdə, təbii fəlakət təhlükə 

yaratmır, həm də təbii fəlakətlərlə nəticələnmir. Bu anlam aşağıdakı kimi formal-

laşmışdır:” fəlakətlər o zaman baş verir ki,təhlükələr müdafiəsiz yerlərlə rastlaşır-

lar”. 


Fəlakəti aradan qaldırılması dörd cür fəaliyyəti əhatə edir: zərərin azaldılması, 

hazırlıq, cavab, və bərpa. 



Zərərin azaldılması, fəlakətin yenidən baş verməsinin qarşısını almaq üçün və 

ya fəlakətin nəticələrini azaltmaq üçün edilir. Bu uyğun məsrəflərlə başa gəlirsə, ən 

üstün sayılan metoddur. Zərərin azaldılması qar sürüşməsi,sel və aclığın qarşısının 

alınması,sağlıq tədbirləri və elektrikin,suyun və kanalizasiyanın sıradan çıxdığı hal-

llarda praktiki sayılır. 

Hazırlıq mərkəzi, regional fövqaladə əməliyyat mərkəzləri yaradılmasından təş-

kil olunur və bir çox hallarda, mülki hərbi koordinasiya və ölkədaxili fövqaladə 

                                                            

28

 Qar uçqunu, qar fırtınası və çovğun, quraqlıq, zəlzələ, epidmeiya, aclıq,meşə yanğını,sel, 



dolu yağışı,istilik dalğası, qasırğa,buz fırtınası, volkanik elementlərin axını, yer sürüşməsi 

və torpağın çökməsi, boran, sunami, vulkan püskürməsi. 




 

59

halların idarəetməsi, praktik modeli kimi də rol oynayır. Digər tədbirlərə, hökümə-



tin davamlı olaraq tibbi ehtiyatlarını,strateji neft yataqlarını,taxıl bunkerlərini və 

başqa əsas yemək məmulatlarını uçota alması daxildir. Sonrakı hazırlıqlar cavab və 

bərpa mərhələlərində təlim,ehtiyatlar və avadanlığın istifadəsini nəzərdə tutur. 

Cavab tədbirləri  fövqaladə xidmətləri səfərbər edir. Ümumiyyətlə,fövqaladə 

xidmət ilk növbədə  yanğınsöndürmə və ya polis xidmətlərinə dispeçer rolunu oy-

nayır. Onların öncədən müəyyən edilmiş kriteriyaları fövqaladə xidmətlərin koor-

dinatoru ilə əlaqəyə girmək imkanı verir və fövqaladə əməliyyat mərkəzini işə salır 

və məlumat toplayıb ehtiyacları prioritetləşdirmək üçün hadisə yerinə ekipaj gön-

dərir. Həyatı və mülkiyyəti xilas etmə üzrə ən effektiv xidmətlər mərkəzdən idarə 

olunan xidmətlərdir, o cümlədən yanğn söndürənlər, polis, icma fövqaladə cavab 

dəstələri və siğınacaq qrupları olan Qırmızı Xaç cəmiyyətidir. 



Bərpa  zərər çəkmiş infrastrukturun,bütün növ rabitənin,binaların və istehsalat 

müəsisələrinin yenidən qurulmasını  və insanların normal həyata dönməsini  əhatə 

edir. Bu ən uzun və sonucda cox baha başa gələn mərhələdir. Zərərin azaldılmasına 

yönəlmiş resurslar və  bərpa üçün əşyalar fəlakətdən öncə paylanarsa, fəlakətdən 

sonrakı sosial uğursuzluqlar aradan qaldırıla bilər. Öncədən qurulmuş az saylı in-

frastruktur bərpaya çox kömək edərdi. 



 

Təhlükəsizlik və Müdafiə Sektorunun Rolları və İştirakı 

 

Zərərin azaldılması adətən mərkəzi,bölgə və yerli hakimiyyətlərin, onların “il-

kin kömək” birliklərinin, xilasetmə qruplarının və mühüm dövlət infrastrukturlarını 

qorumağa məsul olan birliklərin işidir. Təhlükəsizlik sektoru planlaşdırılmış və ya 

həyata keçirilən tədbirlər haqqında məlumatlandırılmalıdır.  Müdafiə sektorunun 

planlaşdırılan və ya həyata kecirilən tədbirlər haqqında bilməsinə ehtiyac duyularsa 

məlumatlandırılır və məlumatlar yenilənir. 



Hazırlıqlar mərkəzi, bölgəsəl və yerli hakimiyyətlər tərəfindən edilir. Təhlükə-

sizlik sektoru tam bu işə cəlb olunur və: bütün baş verə biləcək gözlənilməyən ha-

disələrlə bağlı tələb olunan bütün tədbirləri və təhlükəsizlik vasitələrini planlaşdır-

malı və təşkil etməlidir; Fəlakət nəticəsində zərər çəkən əhalinin təhlükəsizliyi  və 

mümkün evakuasiyasının idarə edilməsini təmin edən doktrinalar hazırlamalıdır; 

həyəcan,səfərbərlik və gözlənilməyən hallarda fövqaladə öhdəliklər üçün bütün 

plan və hazırlıqlar haqqında tam xəbərdar olmalı; müəyyən edilmiş mərkəzi və ya 

bölgəsəl koordinatorun rəhbərliyi altında fəlakətə yardım fəaliyyətlərini idarə edə-

cək fövqaladə əməliyyat mərkəzləri üçün lazımı sayda ixtisaslaşmış işçilərin ayır-

malı; işə göndəriləcək və  işləri görəcək təhlükəsizlik vasitələrinin təlim və tapşırıq 

seminarlarını planlaşdırmali, həyata keçirməli və iştirak etməlidir; bu seminarlarda 

“təcrübələr öyrənildi”  və gözlənilməyən əlavə hallar üçün planlar qurur . 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə