1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə21/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   17   18   19   20   21   22   23   24   ...   256

 

50

stabillik əməliyyatları,hərbiləşmiş polis xidməti  kimi tez-tez ortaya çıxan yeni tap-



şırıqları yerinə yetirmək üçün ciddi imkansizlıqları vardır. Bu cür qüvvələr polis 

xidməti və  hərbi dünyanın birləşəcəyi  üzrə gedən aydın xətt və fakt ilə ziddiyət 

təşkil edir. Son on ildə müdafiə siysətinin istiqaməti dəyişilmiş və silahlı qüvvələ-

rin rolu təhlükəsizliyə doğru yönəlmişdir. Bu müdafiə sektorunun rolu üçün, müha-

ribə zamanı daşıdığı ənənəvi roldan kənara çıxan yeni konsepsiya anlamına gəlir və 

təbiəti etibarı ilə daha çox təhlükəsizlik yönümlü tapşırıqlar üzərində köklənir. 

Yeni təhlükəsizlik tələbatlarının qarşılanması dövlət strukturlarının, yatırımla-

rın istiqamətlərini, hökümət sistemlərini və həmçinin, mülki-hərbi münasibətlərin 

köklü islahatını tələb edir. Bu təsisatların indi üzləşdiyi funksiyalar, son on ildə 

dəyişmişdir, ona görə də bu strukturlar da indki vəziyyətlə səsləşmək üçün dəyiş-

məlidir. 

Bu gun, təhlükəsizlik və müdafiəyə məsul olan orqanlar və qüvvələr heç bir za-

man sahib olmadıqları genişlikdə rollara və tapşırıqlara malikdirlər. Ölkə daxilində 

onların işi, qanun və qaydanı təmin etmək,dövlətin,vətəndaşların,mülkiyyətin təh-

lükəsizliyini qorumaq, demokratik təsisatları və prosedurları qorumaq və cəmiyyə-

tin müxtəlif qruplarının dinc yanaşı yaşamasını təmin etməkdir. Beynəlxalq səviy-

yədə əməkdaşlıq üçün tələbatlar artmışdır. Bu orqanlar və qüvvələr, onların kollek-

tiv müdafiə strukturları  tərkibində uzlaşdırılmış  və ya birgə  əməliyyatlarda və ya 

həmçinin, münaqişələrin qarşısını almaq və ya nizamlamaq niyyəti olan beynəlxalq 

sülhməramlı  və stabillik əməliyyatlarında və ya münaqişədən sonrakı quruculuq 

dövründə iştiraki və köməyi üçün,ikitərəfli və çoxtərəfli çərçivə sazişləri vasitəsilə 

geniş koordinasiya edilməlidir. 

İndiki kimi rast gəlinməyən təhlükəsizlik təhdidləri, məsələn, beynəlxalq mütə-

şəkkil cinayət, beynəlxalq terrorism, silahların yayılması  həm daxili,həm də bey-

nəlxalq təhlükəsizliyə təsir edir və ona görə də müdafiə və təhlükəsizlik sektorunun 

orqanlarından və qüvvələrindən daha çox əməkdaşlıq və daha çox sinxron cavablar 

tələb edilir. Bu əməkdaşlığın çoxtərəfli və ya beynəlxalq səviyyədə də aparılması 

arzuolunandır.  Bu yeni tapşırıqların hər biri ölkənin müdafiə və təhlükəsizlik sek-

torunun müxtəlif hissələrinin təyinat və öhdəliklərində əks olunmalıdır. 

 

Hökümət Səviyyəsi 



 

Yeni təhlükələr, ilk növbədə möhkəm böhran idarəetmə imkanlarının yaradıl-

masını tələb edir.Böhranı idarəetmənin uğurlu olmasının ilkin şərti ondan ibarətdir 

ki, böhranı əhatə edən diplomatik, siyasi, hərbi,humanitar, iqtisadi və sosial cəhət-

lərə sinxron olaraq koordinasiyalı formada yanaşılmali  və birləşmiş fəaliyyət plan-

ları hazırlanmalıdır. Yeni təhlükələr, daxili işlər,polis, kəşfiyyat və  təhlükəsizlik 

idarələrinə, gömrük, sərhəd və sahil güvənlik qüvvələrinə, əhəmiyyətli milli infras-



 

51

trukturun qorunmasına və s. daha çox yatırim qoymağı tələb edir. Təhlükəsizlik ar-



tıq təkcə hərbi qayğı olmadığından, o sadəcə Müdafiə və Xarici İşlər Nazirlikləri-

nin inhisarında deyil. Bu  iki nazirlik bu günə qədər təhlükəsizlik əməkdaşlığı ilə 

məşğul olan iki əsas nazirlik olmuşdur.Və indiki zamanda daxili və beynəlxalq təh-

lükəsizlik arasında aydin fərq qoymaq mümkün olmadığından, bu günün təhlükə-

sizliyi “xarici” nazirliklərin və onların idarələrinin “daxili”  nazirliklər olan ədliy-

yə, ekologiya, nəqliyyat,səhiyyə,rabitə,maliyyə, iqtisadiyyat nazirlikləri və başqala-

rı, onların idarələri ilə -polis xidməti qüvvələri ilə, təhlükəsizlik və kəşfiyyat xid-

mətləri ilə, mühüm infrastruktura mühavizəsi  ilə; fəlakət yerlərinə kömək və im-

miqrasiya xidməti ilə və s. daha çox əməkdaşlığını və daha geniş koordinasiyasını 

tələb edir. 

Qeyri-hərbi təhlükələrin təhlükəsizliyə bağlanması möhkəm strategiyalar tələb 

edir.Bu o zaman inkişaf etdirilə bilər ki, hökümətin müxtəlif idarələrindən, hüquq 

mühavizə orqanlarından,kəşfiyyat və  təhlükəsizlik xidmətlərindən, akademiya və 

tədqiqat institutlarından həlledici adamlar bir yerə yığışıb demokratik ölkələrin ya-

şamasına və asayişinə qarşı yönəlmiş sürətlə artan təhlükələrlə bağlı geniş bir ya-

naşma hazırlasınlar. 

 

Silahlı Qüvvələr 

 

İndi Silahlı qüvvələrin inkişafının hansı istiqamətdə gedəcəyi məlumdur: şəxsi 

heyətin sayı ordunun qabiliyyəti ilə, say və kütləvilik şəxsi heyət və onun təliminin 

keyfiyyəti ilə, silahların və avadanlığın dəqiqliyi və güclərin qorunması ilə əvəzlə-

nəcək. Qüvvələrin planlaşdırılması,həmçinin onların uzaqlığı, əməliyyat sürəti, ye-

ridilməsi, döyüşə girməsi və dayanıqlığı mühüm dəyər daşıyacaq. Ən əhəmiyyətlisi 

xəbərlərin,kəşfiyyatın,qərar vermə prosesinin müasirləşdirilməsidir ki, öncədən xə-

bərdarlıq edilməyən addımları atmaq imkanlarına sahib olan qabiliyyətləri  əldə 

edəsən, çünki indiki təhlükəsizlik mühiti daha öncədən xəbərdarlıq edilməyən və 

hücum tədbirlərini tələb edir. 

Eyni zamanda yeni təhlükələr mülki hakimiyyətə və polisə terrorcu fəaliyyət, mütə-

şəkkil cinayət, narkotik alveri və qaçaqmalçılıq üzrə daha çox hərbi dəstək verilməsinə 

gətirir. Sülh əməliyyatları,sülhü bərpa etmək və ya saxlamaq əməliyyatlaı ilə müşaiyət 

olunan hərbi müdaxilələri saymasaq, indiki zamanda müdafiə sektoru təhlükəsizliklə 

bağlı çoxlu sayda rollar həyata keçirməyə çağırılır. Zaman-zaman, bu silahlı qüvvələ-

rin, məsələn, dövlət təsisatlarının və ölkənin əhəmiyyətli infrastrukurlarının müdafiəsi, 

kəşfiyyat və hava kəşfiyyatı, patrul və sərhəd idarəetmə xidmətlərinin möhkəmləndiril-

məsi və ya yardım və humanitar məsələlərlə bağlı birbaşa fəaliyyəti də ola bilər. Və ya 

kəşfiyyat məlumatları kimi müdafiə resurslarından, hava və quru nəqliyyatından, rabitə 

və hər növ hərbi avadanlıqdan istifadə oluna bilər. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə