1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə20/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   16   17   18   19   20   21   22   23   ...   256

 

48

vabdeh olmalıdır; polis insan hüquqlarını, xüsusilə  də demokratiyanın rəmzi olan 



azad siyasi fəaliyyət üçün tələb olunan hüquqları qorumalıdır;

23

  və polis öz fəaliy-



yətində şəffaf olmalıdır. 

Polis təşkilatını idarə edən prinsiplər aşağıdakılardır: (1) polis xidmətlərinin 

mövcud qabiliyyət və maliyyəsi ilə səsləşən, prioritetlərini və rollarını aydın ifadə 

edən təşkilati bəyanat. (2) Heç bir polis xidməti sistemi onun çalışdığı sosial və si-

yasi sistemdən kənarda tutula bilməz. Beləliklə, istənilən polis islahatı polisin işinə 

bilavasitə təsir edən cinayət hüquq sistemi və penitensiar sistem kimi digər təsisat-

ların işləri yenilənməsə, o zaman bu islahatlar da zəif və quru olacakdır. (3)Polisin 

cavabdehliyinin məqsədi polisin effektivliyini gücləndirmək və ondan sonra, onu, 

saxlamaqdır və davamlı transformasiya və peşəkarlığı təmin edən sistem qurmaq-

dır. (4) Polis xidmətinin idarəetməsinin təkmilləşdirilməsi-təcrübə  və sistemlə-

rin,insan resursları idarəetməsinin,büdcələmə, planlaşdırma, informasiya, xəbərləş-

mənin idarəedilməsi, və s.-cavabdehliyin güclənməsinə mühüm müsbət təsir edə-

cək. (5) Polis cavabdehliyi polis fəaliyyətinin qiymətləndirilməsi ilə hesablandığın-

dan, müəyyən etmək lazımdır ki, hansı tip polis fəaliyyəti statistikaları(keyfiyyət və 

kəmiyyət)ölçülməlidir və by ölçmələr necə yenilənməlidir və zaman keçdikcə for-

ması necə dəyişilməlidir. Eyni zamanda, by ölçmələri necə toplamaq,analiz etmək 

və onların hansılarını ictimaiyyət üçün acıq  etmək haqda qərar vermək lazımdır. 

(6) Polis cavabdehliyi informasiyadan asılı olduğundan  polis xidməti informasiya-

sına giriş açıq olmalıdır, optimal olaraq qanunvericiliyə və yardımçı direktivlərə və 

ətraflı ifadə edilmiş təlimatlara ictimai giriş olmalıdır.(7) Polis cavabdehliyinin bir-

birinə qovuşmuş daxili və xarici təbiətini nəzərə alsaq, işin içində olan müxtəlif tə-

sisatların imkanlarını qiymətləndirmək və bu imkanları gücləndirmək və bu təsisat-

lar daxilində hesabatlılıq fəaliyyətinə  sərf olunacaq resursların nisbətini müəyyən 

etmək baxımından planlaşdırma həlledici rol oynayır.  

Polis hesabatlılığının uğurunu ilk növbədə polisin öz üzərinə düşdüyünü nəzərə 

alsaq, hesabatlılıq sisteminin ürəyi, ictimaiyyətə elan olunmuş  davranış kodeksi 

əsasında, polis daxilində ədalətli və tərəfsiz daxili iş rejimi qurmaqdadır

24

. Diqqət 



                                                                                                                                                       

vətəndaşların ehtiyaclarına cavab verməsi ola bilərdi.  İnkişaf etmiş ölkələrdə fövqaladə 

telefon sistemlərinin  əldə etdiyi məhz budur. İnkişaf etmiş ölkələrdə polisin gördüyü işin 

çoxu hökümətin tapşırığı ilə yox, cəmiyyətin fərdi üzvlərinin tələbi ilə olmuşdur.  Polis 

demokratiyanı iki yolla dəstəkləyir. Birincisi, o,rəngagəng maraqlar qarşısında hesabatlı 

olur.  İkincisi, o hökümətin legitimliyini gücləndirir. Hər gün nümayiş etdirir ki,xalqın 

maraqlarına uyğun olaraq dövlətin qanunları tətbiq ediləcək. 

23

 Bu fəaliyyətlərə söz,toplaşma və yerdəyişmə azadlıqları; ixtiyari həbs, saxlanma və 



sürgünun qadağan edilməsi; və qanunun icra edilməsində tərəfsizlik daxildir. 

24

 Ən uyğun beynəlxalq sənədlər və davranış kodu  aşağıdakılardır: (1)Avropa Şurası, Polis 



Etikası üzrə Avropa Kodeksi; (2) Hüquq Mühaviz Rəsmiləri üçün BMT-nin Davranış 


 

49

yetiriləsi digər problemlər arasında aşağıdakı məsələlər də vardır: polis cinayəti id-



dialarını polis heyətinə necə irəli sürməli; kim bu iddiaları qaldırmalıdır; iddiaları 

qaldıran şəxslərin anonimliyi; sonrakı təhqiqat prosesi; iddialar qaldırılan şəxslər-

dən ötrü müvafiq prosessual tədbirləri; və iddiaların doğruluğunu kim və necə mü-

əyyən edir. Daxili rejimin digər mühüm elementi, daxili işlər nazirliyinin  heyətinin 

necə təşkil olunduğu və təhqiqatçıların necə tapılıb seçilməsi metodudur. 

Polis xidmətləri daxilıində, polis hesabatlılığı sisteminin fəaliyyətini  dəstəkləyə 

bilən çoxlu köməkçi təşəbbüslər üçün imkanlar mövcuddur. Bunların arasında:  po-

lis heyəti tərəfindən “güc işlətmə” və “ odlu silah işlətmə” haqda sərt təlim və tət-

biq etmə qaydası, polis nəzdində şəxsi heyətin fəaliyyət və qiymətləndirmə sistem-

lərinin davamlı inkişafı və təkmilləşdirilməsi; xidməti vəzifənin yüksədilməsi pro-

ses və prosedurlarının gücləndirilməsi qaydaları vardır. 

Demokratik ölkələrdə, polis xidməti effektiv olsun deyə,ictimai razılıq inam və 

əməkdaşlıq üzərində qurulmalıdır. Bu o deməkdir ki, xalq polisin görəcəyi işlərin 

legitim olduğunu qəbul edir və polisin bu işləri görməsi üçün polis hakimiyyətinə 

şikayət edir. İctimai razılıq, xalqın ehtiyacı olduğu xidmətləri polisin təmin etmə-

sindən asılı olur. Ordu daha çox hökümətin siyasi qanadına hesabatli olduğun-

dan,əsgərlər də komanda ierarxiyası qarşısında cavabdehdirlər. Polis isə, bundan 

başqa qanun aliliyinə və hakimiyyətin məhkəmə qoluna cavabdehdir. Bundan əla-

və, polis şöbələri yerli polis idarələri və kənar müşahidə şuraları qarşısında cavab-

dehdirlər. Məsələn, xüsusi təhqiqat birlikləri, fərdlərin məruz qaldığı bütün pozun-

tular olan hallara yenidən baxış keçirirlər. 

 

Dövlət  İçərisində Müdafiə və Təhlükəsizlik Sahəsində Əmək Bölgüsü  



 

Tam on beş il bundan öncə, müdafiə və təhlükəsizlik milli təhlükəsizliyin sino-

nim terminləri idi. Əsasən də, müdafiə sahəsinə yatırım təhlükəsizliyi təmin edirdi. 

İndi isə hərbi sahə təhlükəsizliyin ancaq bir elementi sayılır və getdikcə də təhlükə-

sizliyin kiçik elementinə çevrilir. Əsas təhlükəsizlik qayğıları hökümət, iş dünyası 

və cinayət arasındakı xətləri örtən bölgəsəl münaqişələr, terrorist təhlükəsi, etnik və 

bölgəsəl gərginliklər, açıq və güvənsiz sərhədlər, qanunsuz miqrasiya və mütəşək-

kil cinayət məsələləridir. Ehtimal olunur ki, hələ görünməyən çoxlu təhdidlər mey-

dana gələcək. Bu hallar ənənəvi hərbi cavab tədbirlərinə çağırmır, daha çox Daxili 

İşlər nazirliyininin preroqativində olan polis, təhlükəsizlik və yarı-hərbiləşmiş qüv-

vələri tələb edir. Hələ ki, silahlı qüvvələr milli təhlükəsizliyi təmin edən qüvvə ki-

mi qalır, amma onların strukturu daha çox son dünya müharibəsi üçün  nəzərdə tu-

tulmuşdur.Təəssüf ki, onların müdaxilə, sulhməramli  əməliyyatlar,humanitar və 

                                                                                                                                                       

Kodeksi; (3) BMT-nin Mülki Polis prinsipləri və İstiqamətlər; və (4 Təhlükəsizliyin Siyasi-

Hərbi Aspektləri haqda ATƏT-in Davranış Kodeksi  




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə