1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə19/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   15   16   17   18   19   20   21   22   ...   256

 

46

Polis qüvvələri sistemində yol polisi, qətl və ya dələduzluq kimi cinayətlərlə 



məşğul olmaq üçün və ya dalğıclıq, vertolyotları idarəetmə,partlayıcı və ya bomba 

imha etmə, narkotiklə mübarizə kimi xüsusiləşmiş qruplar mövcuddur.  Xüsusi zo-

rakı hallarda istifadə üçün xüsusi təlim keçmiş və yüngül silahlanmış hərbi qruplar 

da geniş səlahiyyətlərə malikdir. Bunlar çox vaxt XST-  Xüsusi Silahlar və Takti-

kalar komandası  (Special Weapons and Tactics- SWAT) adlanır. 

Kriminal təhqiqat xidmətləri informasiya əldə etməyə,cinayət təhqiqatı aparma-

ğa,şübhəliləri izləməyə  və axtarılan  şəxsləri tutmağa məsuldurlar. Onların  əlində 

ümumi cinayətləri, narkotik maddələrlə bağlı cinayətləri,mütəşəkkil cinayətləri, 

immiqrasiya cinayəti və insan alverini təhqiqat edən baş mütəxəssislər birliyi var-

dır. Həmçinin, cinayət edib qaçanların tutulması,izləmə əməliyyatları, pornoqrafi-

ya,  kriminalistika üzrə birliklər də mövcuddur.  Bir qayda olaraq,sadəcə cinayət 

təhqiqat xidmətlərinin xüsusi qrupları telefon izləməsi və dinlənməsi, evlərdə, icti-

mai və başqa yerlərdə dinləmə, elektonik izləmə, yalandan bir şey almaq, nəzarətli 

çatdırılma,sızma və  şahidin müdafiəsi kimi xüsusi təhqiqatlar aparırlar. Kriminal 

Təhqiqat birlikləri xidməti tabeliyində olan xidmətlər üzərində çox zaman tam ha-

kimiyyətə məxsusdurlar. 

Polis xidmətləri hamıya məlum olan və kənar yoxlamalara açıq olmağa həvəssiz 

olan  qapalı təsisatlardır.Buna görə də hesabatlılıq sistemlərinin qurulması vacibdir. 

Polisin hesabatlılığı dedikdə hüquq mühafizə orqanlarının özlərinin polis funksiya-

larını necə icra etdikləri və ədalətli, tərəfsiz və hüquqlara hörmət əsasında ictimai 

xidməti necə yerinə yetirdikləri nəzərdə tutulur. Polis hesabatlılığı, iddia olunan 

polis cinayəti və ya özbaşınalığından daha çox məsələləri əhatə edir. O, siyasətdən 

tutmuş  əməliyyatlara qədər,strategiyalardan taktikalara qədər polis fəaliyyətinin 

bütün cəhətlərini əhatə edir. Səmərəli polis xidməti polis-əhali tərəfdaşlığını tələb 

ediyindən, polis hesabatlılığı  həmən münasibətlərin keyfiyyətini ölçməli, qiymət-

ləndirməli və tənzimləməlidir. 

Demokratik ölkələrdə geniş surətdə qəbul edilmişdir ki, sağlam hesabatlılıq sis-

temi çoxtərəfli və bir-birini örtən daxili və xarici nəzarət və müşahidə mexanizmlə-

rini inteqrasiya etməlidir.Təhlükəsizlik sektorunda bütün yaxşı işləyən hesabatlılıq 

sistemiləri ilk növbədə daxili polis mexanizmləri, prosesləri və prosedurları əsasın-

da aparılır. İkincisi,bu hesabatlılıq ictimaiyyətə məlum uyğun polis informasiyası-

nın əsasında aparılır. Geniş spektrdə,intizam prosedurları,inzibati qaydalar və təli-

matlar və baş müfəttiş  və başqa nəzarət funksiyaları daxili mexanizmlərə aiddir. 

Kontekstdən asılı olaraq, xarici hesabatlılığa aşağıdakı elementlər daxildir: vətən-

daşların şikayətlərini alan və təhqiqat aparan orqan və idarələr,polisdən edilən şika-

yətlərin təhqiqatlarını nəzərdən keçirən komissiyalar, şikayət təhqiqatlarının müra-

ciətlərini və niyyətlərini dinləyən komitələr, şikayət prosedurlarını,polis siyasətini 

və fəaliyyətini audit və müşahidə edən şuralar. 




 

47

Xarici hesabatlılıq hökümətin icra, qanunverici və məhkəmə qollarının rollarına 



isnad edir. Polis üzərində nəzarət  icra orqanı tərəfindən mərkəzi nazirlik vasitəsilə, 

bölgələrdə və bir çox ölkələrdə yerli hökümət vasitəsilə həyata keçirilir. İcra orqa-



nı səviyyəsində büdcə ayrılmalarıı,polis xidməti üçün ümumi istiqamətlər və priori-

tetlər müəyyən edilir və polisin fəaliyyəti üçün təlimatlar çıxarılır. Qanunvericilik 

səviyyəsində polisə  nəzarət, qanunverici komitələrdə qanunları diqqətlə  nəzərdən 

keçirməklə həyata keçirilir: polis və polis səlahiyyətlərini tənzimləyən qanunların 

qəbul edilməsi; büdcə ayrılmalarının qəbul edilməsi; parlament ombudsmanın və 

ictimaiyyətin şikayətlərinə baxan komissiyaların müəyyən edilməsi. Məhkəmə or-



qanları polisi müşahidə edir və lazım olduğu zaman mülki və cinayət prosesləri ilə 

onu məhkəmə edir. Digər tərəfdən, polis üzərində xarici mülki müşahidə aparılma-

sı, qanun pozuntusuna məruz qalmış zərərçəkənlərin bu pozuntuların müstəqil or-

qan tərəfindən araşdırılmasına imkan yaradır. Ərizələr “şikayətlər komitəsi”-nə və 

ya polis ombudsmanına ünvanlana bilər.  Şikayətləri, kənar müstəqil orqanların 

araşdırması vacibdir

20

, bu işə sadəcə polis xidmətinin özü tərəfindən baxılmamalı-



dır. Ombudsman,vətəndaş cəmiyyəti təşkilatlarından gələn təşəbbüslər , icma məs-

ləhət qrupları və məsuliyyətli media hamısı bütövlükdə xarici müşahidə-nəzarət ro-

lunu oynaya bilər. Polis üzərində demokratik müşahidə-nəzarət, yerli əhalinin üz-

vlərindən gələn aşağıdan yuxarı qeyri-rəsmi mexanizmlər vasitəsilə də reallaşdırıla 

bilər. Bu vətəndaş cəmiyyəti təşkilatları polisə xalqın inamını qazanmaqda kömək 

edə bilər. 

Polis qüvvələrinin qurulmasında meydana çıxan dörd problem vardır: vaxt apa-

ran və həmişə baha başa gələn fərdi polislərin və polis qövvələrinin təlimi və ava-

danlıqla təmin olunma prosesi; hesabatlı və hüquqa-hörmət edən təsisatların yaran-

ması; uyğun idarəetmə strukturları və sistemlərinin qurulması; və polis qüvvələri-

nin qanun aliliyini tətbiq edən geniş bir qatın tərkib hissəsi olduğunun təmin edil-

məsi. 


Polis təşkilatlarının qurulacağı təməl prinsip ondan ibarətdir ki, polis aşağıdakı 

dörd qayda toplusuna uyğun hərəkət edərsə, demokratik siyasi inkişafa birbaşa töh-

və verə bilər

21

: polis fərdin və qrupların ehtiyaclarına xidmət etməyə  ən yüksək 



operativ üstünlük verməlidir

22

; polis hökümət qarşısında yox, qanun qarşısında ca-



                                                            

20

 Hazenburg, Anita, “Target Areas of Police Reform”, in Kadar, Andras (ed.), Police in 



Transition, Budapest: Central European University Press, 2001, pp. 177-186. 

21

 Bayley, David H., Democratizing the Police Abroad: What to Do and How to Do It, 



Washington: US Department of Justice, Office of Justice Programs, National Institute of 

Justice, NCJ 188742, June 2001, pp. 13-15. 

22

 Polis hökümətin hakimiyyətinin açıq nümayişidir. Onlar bu hakimiyyətdən istifadə 



edəndə  əsasən hökümətin maraqlarına xidmət edirlər və hökümətin xalqa verdiyi 

demokratik vədləri doğrultmurlar.  Polisin demokratiya üçün ən dramatic töhvəsi, fərdi 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə