1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə18/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   14   15   16   17   18   19   20   21   ...   256

 

44

Təşkilatı yönəltməli olan prinsiplər bunlardır: (1) bir qayda olaraq,forma 



funksiyanın arxasınca getməlidir- qurulmuş strukturlar silahlı qüvvələrin razı-

laşdırılmış tapşırıqlarını hazırlamaq üçün və bu tapşırıqları asanlıqla həyata ke-

çirmək üçün həmən qüvvələrin hissələri arasında razılaşdırılmış bölgü sxemləş-

dirilməlidir. (2)Silahlı qüvvələr az olduqca onların rolları da məhdud olur və 

təşkilat daha da yığcam olur. Kiçik ölkələrdə,MH-i və MHQ-ı qovuşa bilər-

lər.Lakin,daha da yaxın münasibətin qorxusu da vardır. Silahlı qüvvələrin stra-

teji istiqaməti onların hərbi idarəetmə sistemindən fərqli məsələdir. Əməliyyat 

zamanı aldanma olur,siyasi və hərbi rəhbərliyin strateji səviyyəyə fikir vermə-

yib cari əməliyyatın detallarına girişməsi, hansi ki, az hallarda yaxşı nəticələrə 

gətirir, uyğun olaraq qaçınmalıdır.(3)Silahlı qüvvələrin daxili quruluşu qarşıya 

qoyulmuş tapşırıqlardan asılı olaraq dəyişir. Müstəqil hava qüvvələri xüsusilə 

baha başa gəlir  və onların sayının müəyyən saydan aşağı olmasının mənası 

yoxdur,  əgər hava hücumundan müdafiə kimi tapşırıqları yerinə yetirməsəydi-

lər,yəqin ki, müdafiə sektorunun başqa hissələrinin bunu həyata keçirmək iqti-

darında olmamasından. Və (4) müdafiə  sənayeləri bir qayda olaraq, həmçinin, 

ordu ilə cəmiyyət arasındakı gərginliklə( orduda gedən dəyişikliklərə görə) sa-

dəcə MH-i məşğul olmalıdır.  

 

Təhlükəsizlik Sektoru   



 

Təhlükəsizlik qüvvələrinin funksiyaları, fərdləri və geniş mənada toplumu icti-

mai təhlükəsizliyə,asayışə, qanun və qaydaya  qorxu yaradan hər hansı təhlükələr-

dən   qorumaq və ictimai təhlükəsizlik və qaydalar üçün yaranan pozuntuları icti-

mai maraqların tələb etdiyi hallarda aradan qaldirmaqdır. Xüsusilə də, polis Konsti-

tusiyada təsbit olunmuş qaydaları qorumalı və vətəndaşların öz vətəndaş hüquqları-

nı maneəsiz həyata keçirmələrinə  şərait yaratmalıdır.Praktiki olaraq, heç bir de-

mokratik asayişi  mühavizə və ya polis xidməti modeli mövcud deyil. Asayişi qo-

ruma və ya polis xidməti hər bir ölkənin hüquqi,sosial, siyasi və mədəni ənənələri 

ilə boyanmışdır və nəticədə geniş miqyaslı polis xidməti üslubları yaranmışdır. 

Demokratik hüquq sistemlərində, məhkəmələr və ya hakimlər polisdən ayrı ol-

mali və müstəqil olmalıdır. Adətən, Baş Prokurorun apparatı tərəfindən irəli sürü-

lən ittihamlar məhkəmələrdən tamamilə müstəqil  şəkildə aparılır. Aşağı palatalı 

məhkəmələrə təhkim olunan Baş Prokurorluğun ayrı-ayrı nümayəndələri yuxarı sə-

viyyəli prokurorlara  hesabat verir və onlar da öz növbəsində  və Ali və Federal 

Məhkəmədəki Baş Prokurorla birlikdə Ədliyyə Nazirliyinə hesabat verir. Öz vəzi-

fələrini yerinə yetirmək üçün, Prokurorların polis idarəsi ilə birbaşa əlaqəyə girmə-

yə və ya polis rəhbərliyinin və digər yerli və dövlət hakimiyyyətinin dəstəyini al-

mağa səlahiyyəti vardır. 



 

45

Polisin  əsas rolu, xüsusilə insanlara və ya mülkiyyətə qarşı yönələn cinayətə 



mane olmaq və onu istintaq etmək, ictimai asayişi qorumaq, şübhəli bilinənləri mü-

əyyən etmək,saxlamaq və uyğun hakimiyyət dairələrinə xəbər verməkən ibarətdir. 

Polis tez-tez təcili xidmət kimi istifadə olunur və böyük ictimai tədbirlərdə, fövqa-

ladə hallarda, fəlakət zonalarında və xilasetmə əməliyyatlarında ictimai asayiş fun-

ksiyaları yerinə yetirir. Fövqaladə hallarda təcili tədbirlər görmək üçün, polis yan-

ğınsöndürmə və tibbi xidmətlərlə öz işini koordinasiya edir.Çoxlu sayda ölkələrdə 

ümumi fövqaladə xidmət nömrələri vardır və onların hesabina polis, yanğınsöndü-

rənlər və ya tibbi xidmətlər fövqaladə vəziyyət oduqda çağırılırlar. 

Polis öz işini daha yaxşı görməsi üçün, dövlət onlara müəyyən səlahiyyətlərdən 

istifadə üçün xüsusi hüquqlar vermişdir. Bu hüquqlara tutmaq,yoxlamaq,müsadirə 

etmək və istintaq etmək daxildir; zəruri hallarda öldürmək də daxildir. Bütün de-

mokratik ölkələrdə polislərin öz səlahiyyətlərindən ixtiyarı surətdə istifadə edib gü-

nahsız insanların həyatlarına zərər vurmamaları üçün onların səlahiyyətlərini tən-

zimləyən cinayət proseduru qanunu qəbul edilmişdir. 

Bir çox ölkələrdə polis özlərinin gündəlik iş dövründə odlu silah daşıyır. Onlar, 

həmçının, xüsusilə də iğtişaşlar zamanı öldürücü olmayan silahlarla da silahlana bi-

lərlər. Buraya polis dəyənəyi, qoruyucu lövhələr, gözyaşardıcı qaz, bibər qazı, plas-

tik güllələr, elektrik təbiətli silahlar,Tazer, Mase daxildir.Odlu silahdan və ya güc-

dən istifadə insan həyatını xilas etmək üçün ən son addımdır. Müasir polis qüvvələ-

ri öz işlərini koordinasiya etmək və informasiya paylaşmaq üçün geniş alanda həm 

özlərinin daşıdığı, həm də maşında yerləşdirilən radio-xəbərləşmə sistemlərindən 

istifadə edirlər. Maşında yerləşdirilən kompyuterlər polis xəbərləşməsinin imkanla-

rını genişləndirmişdir. Bu texnoligiya, saniyələr  ərzində  şübhəli bilinən  şəxsin öz 

keçmişini müəyyən etməyə və polis zabitlərinin gündəlik işlərini yeniləmək və di-

gər tələb olunan hesabatları real zaman ərzində hazırlamağa imkan verir. 

Bir şox ölkələrdə polis idarələri çoxsaylı səviyyələrdən ibarətdir. Bir necə polis və 

hüquq mühavizə təşkilatları ola bilər və onlardan hər biri hökümətin müxtəlif səviyyə-

lərinə xidmət edər və tətbiq olunmalı qanunun bir hissəsini icra edər. Polis qüvvələrinin 

alt-qrupları da olur və onlar xüsusi tip cinayətləri təhqiqat edirlər. Çoxlu sayda Qərb öl-

kələrinin polis qüvvələrində yəqin ki, ən böyük bölünmə, formada  olan polislərlə de-

dektivlər arasındadır. Xidməti formada olan polislər açıq polis əməliyyatları,yol polisi 

funksiyaları və başqa aktiv cinayətlərin qarşısını alma və cavablama  tədbirləri ilə məş-

ğul olurlar. Dedektivlər isə əksinə, adətən uzun müddət ərzində, işgüzar və ya mülki 

forma geyinərək daha passiv cinayət təhqiqatı aparırlar. Bir şox hallarda polisə “gizli” 

hərəkət etmək tapşırığı verilir, xüsusilə də, başqa yollar olmadığı hallarda, əsasən də 

mütəşəkkil cinayət məsələləri ortada olduğu zaman. Onlar cinayət təhqiqatı aparmaq 

üçün uzun zaman  özlərini polis kimi tanıtmırlar. Bu cür polis əməliyyatları kəşfiyyat 

və ya casusluğa daha çox uyğundur. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə