1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə27/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   23   24   25   26   27   28   29   30   ...   256

 

62

rətə ala bilmədikləri zaman ordu qüvvələrinə son mümkün variant kimi baxıla bi-



lər- milli dovlətin son güc vasitəsi kimi. 

Qərb və əsasən də Amerka ənənəsi, ordunun daxili işlərə qarışmasını ümumiy-

yətlə  istisna edir.Hətta ABŞ Milli Qvardiyası daxili səhnədə sadəcə dəstək və ya 

ehtiyat qüvvə kimi istifadə olunur. Lakin həmişə olduğu kimi istisnalar da vardır. 

Bir çox ölkələr milli hərbi polis qüvvələri saxlayır. Məsələn, Fransa höküməti 

Fransa Mili Polisinin səlahiyyət dairəsindən kənarda olan kəndlərdə və qəsəbələrdə  

cinayət axtarışı  və polis xidməti kimi Gendarmerie Nationale

29

( Milli Jandarma) 



qüvvələri saxlayır. Başqa missiyalara cinayət axtarışı,ictimai nəzarət, aeroport və 

hərbi obyektlıərin qorunması  da daxildir. İnzibati baxımdan,silahlı qüvvələrin his-

səsi kimi Müdafiə Nazirliyinin rəhbərliyi altındadır, lakin Fransa daxilində missi-

yaları zamanı əməliyyat baxımından Daxili İşlər Nazirliyinin tabe olur. İtaliyadakı 



Carabinieri

30

-  polis funksiyası daşıyan jandarma növündə  olan hərbi birliklərdir, 

onlar ərazi bölgüsü üzərində qurulmuş və həmçinin, İtaliya hərbi polisi kimi xidmət 

edirlər. Hətta son illər ərzində AB-i də böhranı idarəetmə əməliyyatları üçün hərbi 

polis qüvvələri olan Avropanın beş ölkəsindən Fransa, İtaliya, Hollandiya, Portuqa-

liya və  İspaniyadan ibarət  Avropa Jandarma Qüvvələri

31

 (European Gendarmerie 



Force) yaratmışdır. Xüsusilə  də bu qüvvələr vətəndaş qarışıqlığının qarşısımı al-

maq və nəzarət etmək məsələləri üzrə təlim keçmiş və hamısı iğtişaşa nəzarət və ic-

timai asayişin bərpası üzrə təcrübə qazanmış və beləliklə,onlar  tez bir zaman ər-

zində təhlükəsizliyi və qanun aliliyini bərpa etmək üçün hüquq mühavizə əməliy-

yatlarına təsirli şəkildə qoşula bilərlər. 

Başqa ölkələrin silahlı qüvvələri mülki hakimiyətin ciddi daxili təhlükəsizlik 

qorxularını aradan qaıdımaq üçün resursları yetmədikdə, köməkçi qüvvə kimi icti-

mai qayda xidməti yeridilir.Onların vətəndaş qarışıqlığı hallarında iştirakının prin-

sipləri və prioritetləri aşağıdakılardır: (1) silahlı qüvvələr heç olmasa yardımçı mə-

sələlərdə polis qüvvələrinin işini azaldır, məsələn, yol polisi funksiyaları yerinə ye-

tirməkdə,mərkəzi hökümət təsisatlarını, hökümət binalarını,dəmiryol və metro 

stansiyalarını qorumaqda və ya yolların bağlanması və postlar qoyulmasında-bütün 

bunların hamısı əsas nümayiş və iğtişaş nərkəzlərindən kənarda baş verir. (2) Əgər 

polis resursları tükənərsə, o zaman hərbi qüvvələr ictimai təhlükəsizliyi qorumaq 

məsuliyyətini birbaşa boyunlarına götürürlər və bu da prioritet əsasında, yalnız pe-

şəkar hərbi polis və ya təhlükəsizlik birlikləri ilə edilir. (3) istisna olaraq, səciyyəvi, 

ciddi fövqaladə  vəziyyəti nəzərə alaraq əlavə birliklər  ictimai qayda xidməti  –nə 

göndərilir. Bu missiya üçün onlar tam olaraq təlim keçməli  və fiziki və psixoloji 

olaraq hazır olmalıdırlar.Bu cür hallarda, yeni yığılmış  və çağırışçı qüvvələrin isti-

                                                            

29

 http://www.defense.gouv.fr/sites/gendarmerie/decouverte/organisation/  



30

 http://www.carabinieri.it/Multilingua/ENG_p15-17_International_Police_Cooperation.htm  

31

 

http://www.assembly-weu.org/en/documents/sessions_ordinaires/rpt/2004/1882.html



 

 



 

63

fadəsindən və müdaxiləsindən qaçınmalıdır. Lakin,istisna edilmir ki, silahlı qüvvə-



lərin öldürücü silahlarla, su vuran avadanlıqla, iğtişaşa qarşı, nəzarət-buraxılış  və 

digər mühəndis istehkam materialları ilə silahlanmış bir çox xüsusi birlikləri poli-

sin rəhbərliyi altında iğtişaşların mərkəzi hissəsində və ya zorakı nümayişlərin baş 

verdiyi yerlərdə polisə cərrahi müdaxilədə kömək edə bilərlər. Lakin, əgər ciddi sa-

botaj hərəkətləri yayılırsa, silahlı qüvvələrin xüsusi qüvvələri bu sabotajların qarşı-

sını almağa və ya qadağan etməyə cəlb oluna bilər. Digər tərəfdən, bu cür müdaxi-

lələr başqa hökümət müüdaxilələri kimi həm qanuni və həm də legitim olmalıdır. 

Ümumiyyətlə,  ənənəvi silahlı qüvvələr  ictimai qayda xidməti  xaricində  vətəndaş 

qarışıqlığı vəziyyətlərinə çox asanlıqla müdaxilə edə bilərlər: hökümətin,idarələrin və 

mühüm infrastrukturun əsas funksiyalarının bərpa edilməsi; sərhəd xidmətinin güclən-

dirilməsi; infrastruktur,ictimai nəqliyyat,rabitə, və ya yol hərəkəti pozularsa hərbi ava-

danlıq vasitəsilə  əlavə yardım və kömək təmin edilməsi; həyati vacib tələbatlardan 

məhrum olmuş və ya bu tələbatları əldə etmək üçün əlaqəsi kəsilmiş və birbaşa vətən-

daş qarışıqlığına qoşulmayan vətəndaşlar və icmalar üçün ilkin yardımın verilməsinə 

kömək edilməsi,tibbi yardım, yemək və su ilə təmin edilməsi; və ya iğtişaşlar və ya sa-

botaj zamanı dəymiş zərərin aradan qaldırılması və zərər çəkmiş hökümətin qorunması 

və qarətin qarşısının alınması üçün dövlət və özəl mülkiyyətin qorunması. 

 

Fövqaladə Vəziyyət 

 

Fövqaladə vəziyyət hökümətin müəyyən adi funksiyalarını durdura bilən və hö-

kümət tərəfindən elan olunan haldır. Bu hal, vətəndaşlara özlərinin adı davranışları-

nı dəyişməyə xəbərdarlıq edir və ya hökümət idarələrinə fövqaladə hazırlıq planla-

rını yerinə yetirməyə göstəriş verir. Bu həm də, vətəndaş azadlıqlarının məhdudlaş-

dırılması üçün əsas səbəb kimi istifadə oluna bilər. Bu cür vəziyyət adətən geniş 

miqysada təbii fəlakətlər baş verdikdə, viruslu xəstəliklərin kütləvi baş verdiyi və 

yayıldığı yerlərdə,terror hücumları, maliyyə  və iqtisadi böhranlar zamanı, geniş 

miqyaslı  vətəndaş toqquşmaları olduğu dövrdə və ya üsyan və ya müharibə elan 

edildiyi zamanlarda- yəni: ölkənin mövcudluğu və əhalinin həyatı  təhlükə altında 

qaldığı qeyri-adi hallarda elan edilir. 

Fövqaladə vəziyyət elan etmək səlahiyyəti hökümətin ən əsas səlahiyyətidir və 

hər hansı ölkədə və ya ərazidə fövqaladə vəziyyətin kimin qərarı ilə elan edilməsi-

nin bilinməsi real hakimiyyətin kimin əlində olması haqqında çox şey deyir. De-

mokratik ölkələrdə az rast gəlinməsinə baxmayaraq , diktator rejimlər tez-tez föv-

qaladə  vəziyyət elan edir və qeyri müəyyən müddətdə,rejimin ömrü boyu davam 

edir. Bu vəziyyətlərə isnad edilən başqa terminlər istisna vəziyyəti və ya mühasirə 

vəziyyəti adlanır. Başqa hallarda hərbi vəziyyət də elan olunur və bu zaman ordu 

daha çox səlahiyyət alır. 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə