1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə28/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   24   25   26   27   28   29   30   31   ...   256

 

64

Bu gün dövlətin  ərazisi yox, daha çox dövlətin quruluşu, cəmiyyətin təbiə-



ti,onun təsisatlarının funksiyası və onun vətəndaşlarının firavanlığı hücum altında-

dır. Bu təhlükələri müəyyən etmək təmiz hərbi təhlükələrdən çox çətindir və ona 

görə də onun qarşısını almaq da çox çətindir. Halbuki, bir çox hallarda bu cür təh-

lükələrin müalicəsi xəstəliklərdən daha pis olur. Qorxu ondadır ki, fövqaladə ris-

klərə gətirən təhlükə ilə mübarizə üçün atılan dövlət addımları avtoritar proseslərə 

gətirir və nəticədə bu addımlar, şəxsi hüquqları, qarşısını almaq istədiyimiz təhlü-

kənin məhdudlaşdıracağı dərəcədən daha çox məhdudlaşdırır. 

Demokratik ölkələrdə konstitusiya və ya qanunverici aktlar hökümətə xüsusi 

fövqaladə  səlahiyyətlər verir. Icra fərmanları, hökümət siyasətləri və planları qa-

nundan kənara çıxan əlavə səlahiyyətlər yarada bilməz. Konstitusiya və ya qanun 

fövqaladə  vəziyyət elanının mülki hüquqlara və durdurulmuş hüquqlara təsirini 

müəyyən edir və  həyata keçirilə biləcək fövqaladə  səlahiyyətləri məhdudlaşdırır. 

Fövqaladə vəziyyət tədbirləri o zaman tətbiq edilə bilər ki, yaranmış halla bağlı atı-

lan adi addımlar kifayət etməsin.Bütün atılan tədbirlər təbiəti etibarı ilə müvəqqəti 

olmalı və ərazi,tələbat və zaman baxımından ən vacib zərurətlərə hesablanmalıdır. 

Parlament tərəfindən nəzarətdə olan hökümət, fövqaladə vəziyyətin elan olunması 

ilə bağlı  əsaslı  şəkildə hazırlanmış  qərarı  və bu qərar  əsasında görüləcək spesifik 

tədbirləri ortaya qoymalıdır. Bu görülən tədbirlər haqqında, başqa ölkələrə və uy-

ğun müqavilələri müşahidə edən  orqanlara xəbər verilməlidir. İnsan hüquqları öh-

dəliklərindən hər hansı geri çəkilmələr ciddi olaraq beynəlxalq hüququn verdiyi hü-

dudların çərçivəsində olmalıdır

32

. Əgər hər hansı dövlət  Mülki və Siyasi Hüquqlar 



üzrə Beynəlxalq Konvenşiyadakı öhdəliklərinin bir qismindən geri çəkilirsə,o za-

man o dövlət bu haqda BM Baş Katibini məlumatlandırmalıdır

33

.  Bütün hallarda, 



hökümətin məsuliyyəti mərkəzi və yerli mülki hakimiyətlərin üzərində qalır. Mü-

naqişə və müharibədən savayı bütün hallarda, müdafiə sektoru mülki hakimiyyətə 

dəstək kimi köməkçi rolunda olur. Nə müdafiə sektoru, nə də təhlükəsizlik sektoru 

mülki hakimiyyətə yiyələnmir, hər ikisi mülki hakimiyyətə kömək edir. Bundan 

əlavə, onlar bütün beynəlxalq prinsiplər və təminatların predmeti kimi qalırlar. 

 

Fövqaladə Cavab Tədbirləri 



 

Fövqaladə cavab tədbirləri üçün model yoxdur və o fövqaladə vəziyyətin miq-

yasından,ciddiliyindən və təbiətindən asılıdır. Hökümətin adətən nə etməsinə icazə, 

tarixindən,mədəniyyətindən və spesifik siyasi və hüquq sistemindən asılı olaraq öl-

kədən ölkəyə dəyişir. Fövqaladə hal nə qanun aliliyinin müvəqqəti durdurulmasını 

tələb edir, nə də hakimiyyətdə olanların qanunçuluq prinsiplərini(onlar bu prinsip-

                                                            

32

 OSCE, Copenhagen Conference on the Human Dimension, 1990, § 25. 



33

 International Covenant on Civil and Political Rights (ICCPR), Art.4 (3). 




 

65

lərə  hər zaman riayət etməlidirlər) saya salmamağa səlahiyyət verir. Çoxlu sayda 



ölkələr, hər hala qarşı, fövqaladə hallar planları hazırlayib saxlayırlar və onları 

müntəzəm surətdə sınaqdan keçirir və təlim edirlər. Bu planların məqsədi fövqala-

də halların qarşısını almaq və ya durdurmaq, nəzarət etmək və ya onun təsirlərini 

azaltmaqdır. Müdafiə  və təhlükəsizlik qüvvələrinin risk qiymətləndirmələri və tə-

limləri və  həmçinin,  əhalinin fövqaladə cavablar haqda məlumatlandırılması da 

fövqaladə hallar planlaşdırması səylərinin bir hissəsidir. 

Tez-tez, hökümət xüsusi ştatlı fövqaladə koordinator təyin edir və o hökümətin 

adından fövqaladə cavab tədbirlərini koordinasiya edir. Koordinasiya mütləq olmalıdır, 

çünki fövqaladə cavab tədbirləri hərbi qüvvələri, polis, kəşfiyyat və təhlükəsizlik  xid-

mətlərini, gömrük və sərhəd xidmətini və sahil güvənlik qüvvələrini, tibbi və xilasetmə 

xidmətlərini,nəqliyyat idarələrini, port və aeroport rəhbərliyini, ekoloji idarələri, im-

miqrasiya xidmətini, enerji və su-elektrik  stansiyalarını, telekommunikasiya rəhbərli-

yini, nazirlikləri, mərkəzi və yerli hakimiyyəti və özəl şirkətləri əhatə edir. 

Konkret fövqaladə  tədbirlər nümunələri bunlardır: medianın azadlığının məh-

dudlaşdırılması; nəqliyyat və rabitəyə  nəzarət;  əhalinin və yerlərin evakuasiya-

sı;mülkiyyətin, bitkilərin və heyvanlar aləminın dağıdılması; özəl mülkiyyətin,nəq-

liyyat vasitələrinin və loqistikanın müsadirə edilməsi; özəl müəsisələrin fəaliyyəti-

nin tənzimlənməsi; maliyyə köçürmələrinin tənzimlənməsi və dayandırılması; ixrac 

və idxal qaydalarının təsis edilməsi və ya məhdudlaşdırılması,təşkilatlar qurulması-

nın qadağan edilməsi; fövqaladə sərəncamlara tabe olmayanlara cəzalar yaradılma-

sı, order olmadan evlərin və başqa özəl yerlərin yoxlanması;səbəb olmadan adam-

ların tutulması; silahli qüvvələrin yeridilməsi, müdaxiləsi və döyüşü; xarici hərbi 

qüvvələrin yerləşdirilməsi və müdaxiləsi. 

 

Silahlı Qüvvələr 



 

Bir qayda olaraq,iki cür ölkədaxili fövqaladə halda silahlı qüvvələr ümumi ko-

mandanlığa mandat alır: müharibə zamanı və ya bir bölgənin təhlükəsizliyini təmin 

etdikdə


34

. Hər iki halda,silahlı qüvvələr öz tapşırıqlarını strateji,əməliyyat və taktiki 

səviyyədə birgə  əməliyyatlarla yerinə yetirirlər. Bütün əməliyyatların uğuru üçün 

                                                            

34

 Bu peşəkar hərbçilərin cəmiyyətdə oynadığı üç rolla izah ediılir: (1) onlar, zorakılığı idarə 



etməyi,əmrlə güc işlətməni davamlı  təhsil və praktika ilə öyrənmiş, ixtisaslaşmış  və yüksək 

biliyə və təcrübəyə malik ekspertlərdir. (2) bu təcrübələr müharibə zamanı döyüş meydanında 

texniki bacarıqları  və strategiyanı necə  tətbiq etmək və  əməliyyat və taktikalardan düşməni 

məğlub etmək üçün necə istifadə etmək deməkdir. (3) Dinc zamanda hərbi təcrübə əsgərlərin 

hərbi tarixi öyrənib uyğun dərslər çıxarmalarını, gələcək münaqişə üçün silahların və 

avadanlığın tanınmasını və onlardan necə istifadə edilməsinin öyrənilməsini, və bu silahların və 

mümkün düşmənin imkanları əsasında doktrina qurulub hazırlanmasını tələb edir. 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə