1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə35/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   31   32   33   34   35   36   37   38   ...   256

 

78

Bu narahatlıqlar Xarici Sərhədlərin İdarəetməsi üçün Plan-ın qəbul edilməsinə 



gətirdi və  məqsədi ölkə daxilində olan, birgə  və birləşmiş  əməliyyat tədbirlərinin 

koordinasiyasını  təkmilləşdirməkdir. Bu tədbirlər üzv ölkələrin məsuliyyətli  sər-

həd gözətçi xidmətlərinin  komandirləri üçün hazırlanmış Xarici Sərhədlər Praktik-

lərinin Ümumi Ölçü Vahidi ilə başladı. Sərhəd Gözətçılərinin Avropa Korpusu –nu 

yaradaraq və Xarici Sərhədlərdə Əməliyyat Əməkdaşlığının İdarəetməsi üzrə Avro-



pa Agentliyi təsis edərək, Avropa çoxtərəfli sərhəd xidmətinə  -beləliklə  çoxtərəfli 

əmək bölgüsünə  doğru irəlilədi. Ümumi siyasət beş  əsas element ətrafında qurul-

muşdur: ümumi qanunvericilik orqanı; ümumi əməliyyat koordinasiyası və əmək-

daşlıq mexanizmi; ümumi birləşmiş risk analizi imkanları; işçilərin təliminin və 

qarşılıqlı uzlaşan avadanlığın yaxınlaşması; AB və üzv ölkələri arasında ağır yükün 

paylaşması. 

Birinci elementə  gəldikdə,  İnsanların Sərhəd boyu Yerdəyişməsinin  İdarəetmə 



Qaydalarının Kodeksi

45

  təsis edilmişdir. Onun məqsədi xarici sərhədlər məsələsin-



də  mövcud qaydaları və praktikaları yenidən işləyib hazırlamaq,aydınlaşdırmaq və 

inkişaf  etdirməkdir. Birləşmiş  sərhəd idarəetməsinin digər dörd elementi Xarici 



Sərhədlərdə Əməliyyat Əməkdaşlığının İdarəetməsi üzrə Avropa Agentliyinə daxil 

edilmişdir

46

. Bu Şuranın siyasi nəzarəti altındadır, ancaq sərhəd yoxlamları apar-



maq icazəsi yoxdur. Əvəzində o aşağıdakıları yerinə yetirir: mərkəzlərin,pilot layi-

hələrin və birgə  əməliyyatların müxtəlif fəaliyyətlərini koordinasiya edir və qiy-

mətləndirir və öz təşəbbüsü ilə əməliyyatlara başlayır; artan diqqət tələb edən hal-

larla məşğul olmaq üçün üzv ölkələrə yardım edir; risk analizi aparır, sistemli in-

formasiya axınını təmin edir və tədqiqatların aparılmasının inadla arxasınca gedir; 

sərhəd gözətçiləri üçün ümumi təlim modulları hazırlamağa kömək edir; üçüncü ol-

kələr ilə  əməkdaşlığı gücləndirir; üçünçü dövlətin vətəndaşlarının xərclərini ödə-

mək üçün həddən artıq xərclərlə üzləşən və xarici sərhədlərin nəzarət və müşahidə-

sində xüsusi təzyiqlərə məruz qalan dövlətlərin agır yükünün paylaşması istiqamə-

tində mühüm birinci addım atır; və sonda fərdi deportasiya orderi almış üçüncü 

dövlətin vətəndaşının  ölkədən çıxarılmasına birgə yardım edir. 

Vyanadakı Təlim Mərkəzi sərhəd keşiyi təlimləri üçün Əsas Təlim Kursu hazır-

lamışdır. Birinci, ikinci və orta səviyyəli zabitlərin ilkin təlimləri üçün ümumi stan-

dartlar hazırlanmış və milli sərhəd xidməti akademiyalarından təşkil olunan daimi 

şəbəkə təsis edilmişdir. Üç təlim modulu xüsusu əhəmiyyət kəsb edir: Birliyin qay-

daları ilə iç-içə girən milli adətlərin və idarəçilik qaydalarının nəzərə alınması və 

hamarlanması;müxtəlif üzv ölkələrində sərhəd gözətçilərinə    birgə  əməliyyatlarda 

iştirak etmək üçün çoxmillətli qüvvələrə qoşulmazdan əvvəl spesifik hüquqi və dil 

                                                            

45

 COM (2004) 391 final 2004/0127 (CNS). 



46

 COM (2003) 687 final 2003/0273 (CNS). 

 



 

79

biliyi vermək üçün xüsusi kurslar hazırlanması; sərhədi keçənlərin ləyaqətinə  və 



əsas hüquqlarına hörmət etmək üçün sərhəd gözətçilərinin şəxsi davranışlarının də-

yişdirilməsi, sərhədi keçənlərə qarşı peşəkar və xoş münasibətin inkişaf etdirilməsi 

və əməllərində və sözlərində alçaldıcı hərəkətlərdən çəkinməsi. O,quru sərhədləri-

nin mərkəzi nöqtələrində  əməliyyatlarda iştirak edən milli sərhəd gözətçiləi üçün 

xüsus kurslar təşkil edir.  



Helsinkidəki Risk Analizi Mərkəzi qlobal hesabatlar və həmçinin, spesifik hədəf 

qrupları  və ya əraziləri üçün istifadə oluna biləcək kifayət qədər çevik, birləşmiş 

risk analizi modeli hazırlamışdır. Risk analizi hesabatları, öz növbəsində böyük də-

qiqliklə prioritet almalı olan birgə  əməliyyatları stimullaşdıra və planlaya bilər. 

Əksinə, sərhəd gözətçiləri konkret yerlərdə  təkrar olunan cinayət fəaliyyətləri haq-

da xəbərdar olarlarsa-məsələn,periodik olaraq təkrar olunan və eyni növlü saxta sə-

nədlər və ya insan alverçilərinin təkrarlanan hərəkət tərzləri ilə rastlaşarlarsa, o za-

man tez risk analizi başlamaq  üçün informasiya zənciri  dərhal qurulur. Əgər şərait 

onu tələb edərsə, bu birgə əməliyyat qərarları ilə davam edər. Başqa sözlərlə, zəif 

nöqtələr aydınlaşdırıldıqda risk qiymətləndirməsi birgə fəaliyyət ortaya qoyur, xü-

susilə də əgər  bu nöqtələr struktur xarakteri daşıyırsa. 

Berlindəki Quru Sərhədlər üzrə Mərkəz Avropa Birliyinin xarici sərhədlərində  

yeni və köhnə üzvlərlə birlikdə bir neçə birgə əməliyyatlar təşkil etmişdir. Bu fəa-

liyyətlərin müsbət nəticələri iştirakçı olan qonaq sərhəd gözətçilərinin aktiv cəlb 

olunması ilə bu cür birgə əməliyyatların təşkili, qiymətləndirilməsi və hədəflənmə-

si üçün ümuni metodologiyanın müəyyən edilməsi səyi olmuşdur. Mərkəz, həmçi-

nin, konsepsiya və sərhəd keçid məntəqələrində çoxmillətli qruplardan təşkil olun-

muş mərkəzi nöqtələr təşkil etmişdir. 

Romadakı Hava Sərhədləri Mərkəzi bir neçə sərhəd gözətçilərindən ibarət struk-

tur qurmuş və onun işi aşkar olunan qeyri- qanuni immiqrantların sayı və vətəndaş-

lığı ilə  bağlı informasiya analizi və informasiya və məlumat bazası mübadiləsi təş-

kil edilməsidir. Bu iş  bir sıra AB ölkələrinin hava sərhədi keçid nöqtələrində təş-

kill edilmişdir. 

Böyük Britaniyada fəaliyyət göstərən  Ekselensi Mərkəzi  karqoda gizlənən im-

miqrantları aşkarlamaq və üzə çıxarmaq üçün texnoloji metodlar hazırlayır. 

“AB üzv ölkələrinin dəniz sərhədləri boyunca qeyri –qanuni immiqrasiyaya qar-

şı mübarizə aparmaq üçün proqram tədbirləri”

47

 , Yunanıstan və İspaniyada yerlə-



şən  Dəniz Sərhədləri Mərkəzlərinin  işçi proqramının mühüm hissəsinə çevrilmiş-

dir-  üzv ölkələrin müdafiə sektorunun dənizdəki aktivlərinin qismən köməyi ilə bu 

tapşırıqlar yerinə yetrilir. O, ilkin olaraq AB zonasında yerləşən portlar arasında 

nəzarəti əhatə edən təkliflər irəli sürür və AB-dən üçüncü ölkələrin portlarına ge-

                                                            

47

 Council Document No. 15445/03. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə