1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə38/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   34   35   36   37   38   39   40   41   ...   256

 

84

rən hücumlardan özünə gəlmək üçün edilən səylərdir. 



Müdafiə suverenliyin,ərazinin,əhalinin və mühüm dövət infrastrukturlarının xa-

rici təhlükələrə və işğala qarşı qorunmasıdır. Başqa fəaliyyətlər üçün, həm təhlükə-

sizlik, həm də müdafiə sektoru terror təhlükələrinə qarşı durmağı  və  əməkdaşlıq 

üçün maneə olan keçmiş  sədləri dağıtmaq üçün birlikdə fəaliyyətlərini uzlaşdırma-

ğa razılaşmalıdırlar. Bunları həyata keçirmək üçün əsas, Avropa və Amerkada mü-

əyyən mənada eynidir:  vəzifələri, terrora qarşı addimlar,əks-terror addımları və 



nəticələrlə mübarizə kimi üç yerə böldülər. Terrora qarşı addımlar müdafiə xarak-

teri daşıyır və  əhalinin zəif nöqtələrinin azaldılmasına yönəlmiş bütün tədbirləri 

əhatə edir: insanlar, onların yemək və su təhcizatı;sosial strukturlar; nəqliyyat və 

xəbərləşmə sistemləri; mühüm ölkə infrastrukturları.  Əks-terror addımları  bütün 

aktiv,öncədən xəbərdarlıq edilməyən,hücum və cavab tədbirlərini əhatə edir və öl-

kə daxilində və xaricdə terrorçuların müəyyən edilməsini,yerlərinin müəyyənləşdi-

rilməsini və çəkindirmə, qarşısını alma,qadağan etmə və dağıdılmasını nəzərdə tu-

tur.  Nəticələrlə mübarizəyə    bütün səylər daxildir: hazırlıq və ya sonrakı addım-

lar,terror hallarının təsirinin məhdudlaşdırılması, vəziyyətin stabilləşdirilməsi və  

nəzarətə götürülməsi; və vurulan zərərin aradan qaldırılması.  

Strateji olaraq, ABŞ yeni təhlükə və təhdidlərə yeni Milli Təhlükəsizlik Strategi-

yası

48

 ilə cavab verdi. Bu strategiya, düşmənın ABŞ-ın  ərazisinə  və ya xaricdəki 



Amerkan qüvvələrinə qarşı nüvə,radioloji, kimyəvi və bioloji hücumu başlamazdan 

öncədən   hərbi zərbə və qizli qüvvələrdən istifadəyə çağırır.Ölkəni müdafiə etmək 

tapşırığı görünür ki,dramatik olaraq dəyişmişdir

49

.  Və qlobal miqyasda terrorçulara 



qarşı müharibə qeyri-müəyyən zamanla ölçülən qlobal iş kimi görünür və strategi-

yada deyildiyi kimi,”uzun zaman ərzində çoxsaylı  cəbhədə xüsusi gözəgörünmə-

yən düşmənə qarşı mübarizə aparılcaqdır

50

”. Beləliklə,yeni təhlükənin assimmetri-



yasının gətirdiyi nəticə, cavabverici mövqedən aktiv önləyici mövqeyə  dəyişim, 

“özünü-müdafiə hüququndan istifadə edib terrorçulara qarşı önləyici hərəkət et-

                                                            

48

 Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Strategiyası,Vaşinqton 2002. Gizlilik 



şifrəsi birgə olaraq Milli Təhlükəsizlik Prezident Direktivi17 və Daxili Təhlükəsizlik 

Prezident Direktivi4 kimi bilinir. Bunun ardınca 5 əlavə Milli Strategiyalar gəlir (1) Ölkə 

Təhlükəsizliyi; (2)Terrorla Mübarizə;(3) Kütləvi Qırğın Silahlarına qarşı Mübarizə; (4) 

Mühüm İnfrastrukturun və Əsas aktivlərin Qorunması; və (5) Kiberməkanın Təhlükəsizliyi. 

49

  Ağ Evin ön sözü: “ Keçmişdə Amerikanı  təhlükə altında qoymaq üçün  düşmənlər böyük 



ordular və böyük sənaye imkanlarına sahib olmalı idilər. İndi fərdlərin gizli şəbəkələri bir tankı 

almaq üçün sərf edilən maliyyədən az xərclə bizim sahillərə böyük xaos və  məhrumiyyətlər 

gətirə bilər.Terrorçular açıq cəmiyyətlərə soxulmağa təşkil olunur və yeni texnologiyanın 

gücünu bizə qarşı çevirir. Bu təhlükəni aradan qaldırmaq üçün bizim cəbbəxanamızda olan hər 

bir alətdən -hərbi güc, daha yaxşi daxili təhlükəsizlik, hüquq mühavizə,kəşfiyyat və terror 

maliyyəsinin qarşısını almaq üçün qətiyyətli səylərdən istifadə etməliyik”.     

50

 İbid.,p,5 




 

85

mək....”, “bizim ən yaxşı müdafiəmiz ən yaxşı hücumumuzdur...” olmuşdur. “Təh-



lükə çox olduqca, ona qarşı hərəkət etməməyin riski də azalır- və hətta düşmənin 

hücumunun harada və nə zaman baş verəcəyi qeyri-müəyyən qaldığı halda da, ön-



ləyici addım özümüzü müdafiə üçün ən inandırıcıdır

51

”. 



Keçən  əsrdə, beynəlxalq hüquq  qəbul etmişdir ki, hər hansı ölkəyə qaçılmaz 

hücum təhlükəsi olarsa, hücuma məruz qalmazdan öncə, o adi simmetrik qüvvələrə 

qarşı özünü müdafiə etmək üçün qanuni addım ata bilər

52

.  İndi isə  assimmetrik 



qruplar  təhlükəsi altında, qaçılmaz hücum təhlükəsi konsepsiyası bugünkü  düş-

mənlərin imkanlarına və məqsədlərinə uyğunlaşdırılmalıdır. Assimmetriyanı istis-

mar edən düşmənlərin hədsiz dağıdıcı hərəkətlərinə imkan verməmək və ya qarşısı-

nı almaq üçün, müdafiə olunan önləyici addımla hərəkət etməlidir

53

. Lakin önləyici 



addım “başqa bütün vasitələr qalmadıqda və əsasən də, ciddi təhlükə meydana gəl-

dikdə” istifadə oluna bilər. Bundan əlavə,”gözləmənin riskləri  əməliyyatın risklə-

rindən daha da mühüm olmalıdır

54

”.  



Avropada,önləyici addım beynəlxalq hüququ açıq pozduğuna görə geniş şəkildə 

tənqid olunur. Lakin onun lehinə güclü arqumentlər də vardır

55

. NATO önləyici 



zərbəni istisna etmir

56

. Önləyici zərbə strateji doktrina kimi Rusiya



57

, Fransa


58

                                                            



51

 İbid.p.6 və 15.” Ənənvi çəkindirmə konsepsiyaları vəhşi dağıntılar və günahsız insanları 

hədəf götürən məlum taktikalarla müşaiyət olunan düşmənə qarşı işləməyəcək; onun sözdə 

əsgərləri ölümlə şəhidlik axtarır və onların ən güclü müdafiəsi vətəndaşsızlığıdır”. 

52

 Önləyici addım o fikirlə atılır ki,düşmən tərəfindən hücum tez və ya gec baş verəcək. 



Bax: Slocombe, Walter B., “Force, Pre-emption and Legitimacy”, in Survival, Spring 2003, 

p. 124. 


53

 Hücum etmək niyyətinin mümkün sübutu hər hansı  şəhərdə nüvə  və ya bioloji silahın 

partladılması ola bilər. Potensial itkilərin sayını  nəzərə alsaq bu cür halı gözləmək 

qəbuledilməz olar. 

54

  İstiqamətlər o zamankı ABŞ Milli Təhlükəsizlik üzrə Prezidentin köməkçisi Kondeliza 



Raysın Mənhəttən  İnstitutunda 1 Oktyabr,2002- ci ildəki çıxışında verilmişdir. Bundan 

əlavə, orada başqa kriteriya da vardır: (1) təhlükənin təcililiyi;(2) təhlükənin həqiqiliyi; (3) 

vasitələrin ölçülüyü-qərar vermə üçün kəşfiyyatın  əsas olması. Bu kriteriyaların heç biri 

ölçülə bilən və ya həyata keçirilə biləndir. 

55

 Houben, Marc, Better Safe than Sorry. Applying the Precautionary Principle to Issues of 



International Security, Center for European Policy Studies, CEPS Working Document No. 

196, November 2003; at: http://www.ceps.be 

56

 2002 ci iln Noyabrında keçirilən Praqa sammitində Nato-nun qəbul etdiyi sənəddə 



(MC472)  ən azı açıq olmasa da önləyici zərbə müzakirə edilmişdir. Baxmayaraq ki, 

İttifaqın yeni hərbi konsepsiyasında terrorçuluğa qarşı mübarizədə “önləyici” və “ilkin 

özünü-müdafiə”-yə açıq surətdə isnad edilməsə  də,(Fransa və Almaniyanın tələbi ilə) 

aydındır ki, NATO təməl prinsip olaraq önləyici zərbəni istisna etmir. Bax: Tanner, Adam, 

“NATO Says It Could Launch Preemptive Strikes”, Reuters, Berlin, 31 October 2002. 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə