1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə34/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   30   31   32   33   34   35   36   37   ...   256

 

76

bat verməlidir. Bu cür tədbirlər xidmətin ən yüksək səviyyəsini təmin edir, xüsusilə 



də uzaq yerlərdə, çünki çox vaxt lazım olduğu məqamda sadəcə bir hakimiyyət  

orada ola bilər. Çünki, hər üç hakimiyyət üçün verilən ilkin təlim eynidir, onlara il-

kin tədbirləri və ya kiçik tapşırıqları bir birinin adından necə həyata keçirməyi çox 

asanlıqla təlimatlandırılırlar. 



İnfrastruktur:  Şenqen  İcra Komitəsinin qərarı ilə aeroportlarda qeyri-Şenqen 

yolu ilə gedən yoxlanılmamış  sərnişinlərin Şenqen- daxili istiqamətində gedən sər-

nişinlərə qarışmasının qarşısını almaq üçün sərnişinlərin necə bir-birindən ayrılma-

sını müəyyən etmişdir.Bu fiziki ayrılma tələb edən bir işdir və o zaman sərnişin və 

sənədlərin bir-biri ilə müxtəlif yerlərdə qarışmasının qarşısı alınır.Quru sərhəd ke-

çid nöqtələrində elə strukturlar qurulmalıdır ki,prinsipcə, maşınla sərhədi keçənlər 

üçün yoxlama aparanda sərnişinlər maşının işində otura bilsinlər. Tövsiyə edilən 

punktlar bunlar ola bilər: yol hərəkəti axınını qonşu ölkənin hakimiyyətinin nüma-

yəndələri ilə əməkdaşlıq edərək birlikdə idarəetmə; müxtəlif növ maşınlar üçün fər-

qli yollar; yol xətləri aydın işarələnməli və çevik təşkil olunmalıdır; yolların nöm-

rələri və daşıma imkanları və şəxsi heyət yoxlama və müşahidələri tez və nizamla 

Şenqen qaydalalarına uyğun yerinə yetirməlidir; sərhəd yoxlamaları keçirmək üçün 

spesifik köşələr təşkil olunmalı və onlar  sərnişinlərlə üz-üzə olmalıdır ki, pasport 

nəzarəti aparan sırada duranları görə bilsin;pasport müfəttişinin görmə xətti sərni-

şinlərin başının üstündə olmalıdır ki, onun müşahidə etmə imkanı olsun və sərni-

şinlərin köşənin içini iznsiz müşahidə etmələri mümkün olmasın. Bir çox qiymət-

ləndirmələr üçün qəbul olunmuş praktika sonrakı strukturları gözləməkdir: ikinci 

xətt ofisi, orada mürəkkəb halların əlavə təhqiqatı aparıla bilər; geniş tərtibdə sənəd 

yoxlanması üçün ikinci xətt xüsusi sənəd yoxlayan ofisi; ölkəyə daxil olmağa və ya 

ölkədən çıxmağa izn verilməyən  şəxslər üçün saxlanma və ya gözləmə salonları. 

Qorunma ehtiyacı olan adamlar cinayətdə şübhəli bilinib saxlanan adamlardan ay-

rılmalı və qadınlar kişilərdən ayrılmalıdırlar. 



Avadanlıqlar: Şenqen Kataloqu birinci xəttdə (köşkdə) və ikinci xəttdə( ehtiyat 

ofisi) və mobil avadanlıq tələb edən sərhəd keçid nöqtələrində sərhəd yoxlamaları 

üçün avadanlıqlar müəyyən edir. Bütün sərhəd keçid məntəqələri milli dövlət mə-

lumatlarına və Şenqen İnformasiya Sisteminə online birləşməlidir və onlar telefon 

və telefaks xətləri ilə birləşməlidirlər. Lakin statistika və informasiya toplamaq 

üçün komputerlər və uyğun proqramlar lazımdır və bunlar  mövcud milli yaddaş 

sistemləri əsasında hazırlanan müxtəlif məlumat bazalarına birləşməlidirlər. İnfor-

masiya birləşmələri təhlükəsiz və kodlaşdırılmış olmalıdır. 

Bütün sərhəd gözətçiləri güc işlətməyə legitim hal yarananda özlərini və başqa-

larını qorumaq imkanına malik olmalıdırlar. Minimum güc işlədilməsini təmin et-

mək üçün,sərhəd gözətçilərinin ixtiyarında dəyənək və ya qaz tapançası olmalıdır. 

Şəxsi silah ciddi hall olduğu zaman istifadə oluna bilər.  Avtomat hər bir birlikdə 




 

77

ola bilər və təhlükəli qarşıdurmalar üçün ilk ehtiyat silah kimi istifadə oluna bilər. 



Silahın daimi daşınması  məsələsi risk analizi və yerli mədəniyyətdən asılı olaraq 

yerlərdə həll olunan məsələdir.  

Sərhəd müşahidəsi üçün, biriklər radio ilə təmin olunmalıdırlar.Cinayətgarların 

radionun tezliyinə girə bilməməsi və dinləməməsi üçün, rabitə   kodlaşdırılmalıdır. 

Sərhəd patrulları gecə -görmə cihazları ilə  təmin olunmalı, bel silahı, avtomat və 

sonda uzun mənzilli ağır silahlarla silahlanmalıdırlar. Sərhəd pozucularını aşkarla-

maq üçün axtarıcı itlərdən ən yaxşı vasitə kimi istifadə etmək lazımdır.Sərhəd gö-

zətçi məntəqələri maşınlarla təmin olmalı, sonda hava sistemləri və ehtiyatlar üçün 

nəqliyyat vasitələri də olmalıdır. 

Lakin, Şenqen Kataloqu müxtəlif növ stasionar, daşınan və ya  antennalı  sərhəd 

müşahidəsi qəbulediciləri təklif edir. Bu seçim yerli vəziyyətin və şəraitin analizi 

əsasında edilir, amma sərhədin ən zəif nöqtələri daimi müşahidə altında olmalıdır. 

Dənizdə isə əsas müşahidə birləşmiş radar şəbəkəsi vasitəsilə məhsuldar aparıla bi-

lər. Patrul gəmiləri, sahildən-kənar dəniz katerləri və hava vasitələri  radar müşahi-

dəsini tamamlamaq üçün zəruridir. Uzun sahilləri qorumaq üçün ,cavab tədbirləri 

görmək və patrul birliklərinə xidmət göstərmək üçün sahil güvənlik məntəqələrinin 

şəbəkəsinin yaradılması vacibdir. Bu məntəqələr, həm də sərhəd keçid nöqtələri ki-

mi də dəniz yolu üçün,məsələn, gəzinti katerləri və kiçik balıqçı gəmiləri üçün də 

listifadə oluna bilər. 

 

Birləşmiş Sərhəd Strategiyası və Xarici Sərhədlər üzrə  



Avropa Agentliyinin Təsisatı 

 

2004 –cü ildə 10 yeni ölkəni Avropa Birliyinə qəbul etdikdən sonra, AB-nin xa-

rici sərhədləri geniş şəkildə dəyişmişdir.Cənubda, Malta və Kıprıs AB-nin indi ən 

uzaq əraziləridir. Lakin daha təsirli dəyişikliyi 3000 km uzanan, AB-nin şərq xarici 

sərhədlərində görmək olar.Xarici sərhədlərin uzanması yeni təhlükəsizlik problem-

lərinin çoxalmasına gətirmişdir,xüsusilə  də bu mütəşəkkil cinayət  şəbəkələri və 

qeyri-qanuni miqrasiya ilə ifadə olunmuşdur. Xarici sərhədlərin əhəmiyyəti və AB-

nin xarici sərhədlərinin daha birləşmiş sərhəd idarəetməsi olmasının vacibliyi dörd 

bir-birini qarşılıqlı surətdə gücləndirən səbəb və ehtiyaclara görə sürət götürmüş-

dür: (1) AB genişləndikdən sonra yüksək səviyyəli təhlükəsizliyə təminat verilmə-

si; (2) “idxal” edilən mütəşəkkil cinayətə qarşı mübarizə aparılması, əsasən də qey-

ri-qanuni immiqrasiya və insan alveri sahəsində; (3) 11 Sentyabrdan sonrakı mühit-

də koordinasiyalı formada terror risklərini neytrallaşdırmaq; və (4) öz olkələri daxi-

lində daxili sərhəd nəzarətini qaldırmış üzv ölkələr arasında və onların daxilində 

qarşılıqlı inamı gücləndirmək. İnamın olmaması, təbii ki, daxili nəzarətin yenidən 

başlamasına gətirər. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə