1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə33/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   29   30   31   32   33   34   35   36   ...   256

 

74

qabiliyyəti müəyyən edilir,lakin ideal olaraq yaşıl sərhəd bir birindən 20-25 km 



aralıda yerləşən bölmələr  şəbəkəsi ilə  nəzarət oluna bilər. Bölmələrin hər biri 24 

saat işləməklə gecə görmə müşahidə imkanları ilə daimi olaraq sərhədin bir çox 

hissəsini müşahidə etmək imkanındadır. Yaxşı hazırlanmış əməliyyat konsepsiyası 

vəziyyətdən xəbərdar olma və cavab tədbirləri görmə imkanları təmin etmək üçün 

metodlar müəyyən edir. Müəyyən edilməli elementlər aşağıdakılardır: müşahidə və 

saxlanma üçün istifadə olunan taktikalar; adi və qeyri adi vəziyyətlərdə davranış 

kodeksi;güclərin yeridilməsi; müxtəlif vasitələrdən,o cümlədən, ehtiyatlardan isti-

fadə; qonşu birliklərdən müraciət etmə metodları; yüksək idarəetmənin ixtiyarında 

olan vasitələrdən və ehtiyatlardan istifadə. Görülən iş və aşkar edilən cinayətin sə-

viyyəsi arasındakı əlaqə sərhəd müşahidəsinin nə qədər “məhsuldar” olduğunu əda-

lətli qiymətləndirməyə imkan verir. 

Şenqen həmrəyliyi: Sərhəd idarəetməsi bütün müqavilədə olan ölkələrin təhlükı-

sizliyini qorumaq üçün aparılır-  Şenqen Konvensiyasında müəyyən edildiyi kimi 

Şenqen həmrəylyi ruhunda . Məlumatların saxlanması və mübadiləsi müxtəlif zo-

nalarda sərhəd vəziyyətini daha düzgün qiymətləndirmək üçün zəruridir. Bu həm 

ölkə daxilində, həm də müqavilədə olan ölkələr arasında da tətbiq edilir. Məlumat-

ların sistemli şəkildə saxlanması və onları mübadilə edilməsinə hazır olmaq,atılma-

lı olan zəruri addimlardan biridir. Praktikada bunu, bütün sərhəd xidmətini  əhatə 

edən kompyuter şəbəkəsi tələb edir. 



Kəşfiyyat və risk anaıizi: Hüquqi məcburi olan acquis üzərində qurulan standar-

dlar risk analizi və kəşfiyyat sisteminin qurulmasını tələb edir. Sistem bütün sərhəd 

gözətçilərini kəşfiyyat məlumatlarını özlərinin gündəlik işində istifadə edən keyfiy-

yətli profiler(dosye toplayan) eməlidir. Kataloq iki cür risk analizi müəyyən edir: 

operativ və taktiki. Operativ risk analizi, nəqliyyat vasitələrinin hərəkəti və sərhəd 

idarəetməsinin təsirini qiymətləndirmək üçün sistem analizi ilə məşğul olur,sərhəd-

lə bağlı mövcud nə qədər cinayət baş verdiyini dəyərləndirir və sistemdəki pozun-

tuları tapır. Taktiki risk analizi sərhəd gözətçi tədbirlərinin real zaman miqyasında 

idarəetməsinə aiddir. Bu o deməkdir ki,sərhəd keçid nöqtələrində sərhədi keçənlər 

profillərə bölünür- yəni burada kimin o birisindən daha çox yoxlanması müəyyən 

edilir. Dənizdə isə, bu müşahidə məlumatları və mümkün kəşfiyyat informasiyaları 

arasındakı arayışdır. Bu arayış ondan ötrü hazırlanır ki, hansı gəmi daha geniş for-

mada yoxlanmalıdır.Sərhəd gözətçiləri informasiyanın əsas qəbulediciləri olmalıdı-

rılar və bu informasiyalar sonra sistemli olaraq ölkədə risklərin və təhlükələrin stra-

teji qiymətləndirməsinə çevrilir. 

Təşkilatı struktur: Təşkilati strukturlar aşağıdakı tələblərin yerinə yetirilməsinə 

izn verməlidirlər: xarici sərhədləri keçən bütün şəxslər yoxlanmalı və sərhəd müşa-

                                                                                                                                                       

keçid nöqtəsində olur. Onlar şübhəliləri təqib edib həbs etmək üçün  xüsusi təlim görmüş və 

avadanlıqla təmin olunmuşlar.  



 

75

hidəsi təşkil olunmalıdır; bütün xarici sərhədlər boyu nəzarət tədbirlərinin səviyyə-



si  bərabər təşkil olunmalı  və  tədbirlər ölçülü olmalıdır; yoxlama və müşahidəni 

aparmaq üçün kifayət dərəcədə müvafiq təcrübəli  İşçilər olmalı    və onların  şəxsi 

məlumatları, sənədləri, mal və maşınları yoxlamaq üçün iznləri olmalıdır; rəhbər-

liklə əlaqə olmalıdır,çünki o vəziyyətlə əlaqədar lazımi səviyyədə resurslar və tak-

tikalarla təmin edə bilir və bölgə və yerli vəziyyətlə bağlı tam biliyə sahib olur; sər-

həd xidməti sisteminin işi,sərhəd boyu hökm sürən vəziyyətə və başqa harada la-

zımsa o şəraitə uyğunlaşdırılmalıdır,uyğun olaraq ayrılan resurslar da uyğunlaşdı-

rilmalıdır; mərkəzi və yerli səviyyələrdə informasiya mübadiləsi təşkil olunmalıdır; 

şəxsi heyət yüksək peşəkarlıq standardlarına cavab verməli, kömək, hüquqların və 

təhlükəsizliyin təmin olunması kimi ardıcıl praktikaya sahib olmalıdır. Bütün bun-

lar lazımi səviyyədə ilkin və davamlı təlim hesabına təmin edilir; və təşkilat kəşfiy-

yat,risk analizi və cinayət axtarışı kimi metodları tətbiq etmək imkanında olmalıdır. 

Bu tələblər müstəqil, xüsusiləşmiş, bütün sərhədlərin idarəetməsinə məsul olan  

və ədliyyə və daxili işlərdən sorumlu olan nazirliyin səlahiyyəti altında sərhəd gö-

zətçi xidməti yaratmaqla ən yaxşı səviyyədə həyata keçirilə bilər. Təşkilat səmərəli, 

məhsuldar və çevik olmalı və onun şəxsi heyəti intizamlı və həvəsli olmalıdır. Da-

xili struktur cavabdehlik və ierarxiya üzərində qurulmalıdır. Sərhəd gözətçilərinin 

işinin süquta uğraması təkcə bu uğursuzluğa məruz qalan ölkəyə problemlər yarat-

mır, həm də digər ölkələrə təsir edir. Ona görə də yaxşı sərhəd idarəetməsi bütün 

başqa ölkələrin də maraq dairəsindədir. Bu baxımdan sərhəd idarəetməsi digər baş-

qa polis xidmətlərindən daha mühümdür, çünki orada dövlət  sadəcə öz  vətəndaş-

larının qarşısında məsuliyyət daşıyır. 



Hakimiyyətlər arasında əməkdaşlıq: AB müqaviləsinin kriminal məsələlər üzrə 

polis və hüquqi əməkdaşlıq maddələri, üzv ölkələrin polis qüvvələri, gömrük nazir-

liyi və digər səlahiyyətli orqanları arasında həm birbaşa,həm də Europol vasitəsilə 

yaxın əməkdaşlığa çağırır. O,həmçinin,səlahiyyətli orqanlar,o cümlədən üzv ölkə-

lərin polis,gömrük və başqa xüsusiləşmiş hüquq mühavizə orqanları arasında cina-

yət tərkibli qanun pozuntularının qarşısını almaq, aşkarlamaq və təhqiqat aparmaq 

kimi  əməliyyat  əməkdaşlığına da çağırır.  Şenqen Kataloqu bu əməkdaşlığı  təşkil 

etmək üçün bir çox yollar göstərir:  görüşlər; birgə risk analizləri;birgə təlimlər; və 

qeyri-qanuni immiqrasiyaya qarşı vahid yanaşma qurmaq ən yaxşı təcrübələr kimi 

adlandırılmışdır. 

Finlandiyada mövcud olan əməkdaşlıq tədbirləri dövlət daxilində əmək bölgüsü 

üçün ən yaxşı praktika kimi görünməkdədir.Orada,hər üç hakimiyyətdən biri o biri-

sinin hakimiyyətinin bir qisminə sahibdir. Hər bir hakimiyyət öz köklü sahələri üz-

rə əsas məsuliyyət daşıyır. Daimi və ya gündəlik sazişlər əsasında, başqa hakimiy-

yət məsul hakimiyyətin adından zəruri məsələləri yerinə yetirə bilər. Kömək edən 

hakimiyyət əsas tərəfdaş hakimiyyətin təlimatlarına tamamilə riayət etməli və hesa-




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə