1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə40/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   36   37   38   39   40   41   42   43   ...   256

 

88

Daxili Təhlükəsizlik Nazirliyi (Department of Homeland Security) Daxili Təhlükə-



sizlik üçün yaradılmış Federal İdarədir. Onun məsuliyyət dairəsinə, terrorizmdən əlavə 

geniş miqyaslı böyük daxili fəlakətlərin və başqa fövqaladə halların qarşısını alma,belə 

hallara hazırlaşmaq,cavab vermək və baş verdiyi halda bərpa işləri aparmaq daxildir. 

Lakin Nazirliyin əsas missiyası ABŞ daxilində terror hücumlarının qarşısını almaqdır. 

Baş Prokuror isə,hüquq mühavizə orqanlarının terrorçu fəaliyyətlərini aşkar etmək,qar-

şısını almaq və təhqiqat aparmaq səylərinə rəhbərlik edir

63

.Nəhəng ABŞ Daxili Təhlü-



kəsizlik Nazirliyinin 180 minlik işçisi var və 2006- cı il üçün təklif edilən 41 milyard 

dollar olan büdcə, sadəcə tamamilə müxtəlif mədəniyyətli 22 təşkilatı özündə birləşdir-

mir, o həmçinin, ardıcıl olaraq ümumi məqsədə doğru hökümətin bütün səviyyələrində, 

yəni,federal,ştat,və yerli səviyyədə məqsədləri,yolları və vasitələri inteqrə etməlidir ki, 

bütün mümkün olan resursların effektiv istifadəsinə imkan verilsin:  285 milyondan 

yuxarı əhalisi, 56 ştatı,əraziləri və idarəçiliyində olan əraziləri, 3,066 vilayət (county) 

və minlərlə  bələdiyyələri olan Amerika və onun vətəndaşlarının təhlükəsizliyi üçün. 

Bundan əlavə, Daxili Təhlükəsizlik Nazirliyinə tapşırılan həlledici funksiyalar aşağıda-

kılardır: “Amerika Birləşmiş Ştatları daxilində terror hücumlarını aşkarlamaq, bu hü-

cumlara qarşı hazirlaşmaq, ondan qorunmaq, cavab vermək və terror hücumlarından 

sonra bərpa işləri aparmaq”

64

. Buna əlavə olaraq, Daxili Təhlükəsizlik Nazirliyi ABŞ 



Müdafiə Nazirliyinin resuslarından ölkənin müdafiəsi üçün təkliflər verməli və bu işləri 

koordinasiya etməlidir, çünki ölkənin müdafiəsi daxili təhlükəsizliin altçoxluğudur. Bu-

radan, təhlükəsizlik və müdafiə sektorunda əmək bölgüsü üçün nəhəng işlər meydana 

gəlir. Buna baxmayaraq, Avropadan fərqli olan digər bir əsas fərq təhlükəyə qarşı daha 

böyük çoxtərəfli ümumi yanaşmanın olmasıdır: fəlakətli nəticələlərə gətirən beynəlxalq 

terror aktı. 

11 Sentyabrdan sonra Amerikan siyasətində baş verən böyük dəyişikliklər  daxili 



təhlükəsizliyin təbiəti və tələbləri ilə bağlıdır.Bu həm dövlət, həm özəldir,idarələrarası-

dır və mülki-hərbidir. Milli Təhlükəsizlik Strategiyasının yerinə yetirilməsi bütün fəa-

liyyət sahələrinin və hakimiyyətin əməkdaşlığını tələb edir. Hökümət-özəl sektor koor-

dinasiyası mühüm infrastrukturun qorunması üçün həyati məna daşıyır. 87 000 hökü-

mət səlahiyyəti olan dövlətin çoxtərəfli hökümət pillələrini cəlb edən idarə-İdarə koor-

dinasiyası, təhlükəsizlik qorxularına qarşı istənilən dövlətin cavab tədbirlərinin əsasını 

təşkil edir

65

. Daxili təhlükəsizliyə məsul olan mülki idarələrə adekvat hərbi dəstəyi tə-



min etmək üçün mülki -hərbi koordinasiya həyati dərəcədə lazımdır. 

                                                            

63

 Strategy for Homeland Defense and Civil Support. Department of Defense, Washington 



D.C., June 2005, p. 5. 

64

 13228 nömrəli Prezident  əmri ilə,Prezident administrasiyası nəzdində daxil təhlükəsizlik 



İdarəsi təsis edilmişdir. 

65

 US General Accounting Office, “Homeland Security: Effective Intergovernmental 



Coordination is Key to Success”, Strategic Issues, 20 August 2002. 


 

89

Ölkənin Müdafiəsi  



 

Daxili Müdafiə ABŞ-ın suverenliyini, ərazisini və  əhalisini və mühüm infrat-

strukturu xarici təhlükələrdən və təcavüzdən və ya Presidentin göstərdiyi başqa təh-

lükələrdən qorumaqdır. Müdafə Nazirliyi(MN) ölkənin müdafiəsi üçün məsul-

dur.Lakin, lakin MN-nin ABŞ  sərhədləri boyunca gələn terrorçularu durdurmaq, 

portlardan keçib gələn terrorçuları saxlamaq və ya ABŞ daxilində və ya xaricində 

terrorçuları  təyyarələri qaçırmağa qoymamaq kimi tapşırıqları yoxdur. MN-nin 

ABŞ ərazisndə terrorçuları axtarmaq və həbs etmək səlahiyyətləri də yoxdur. Fakti-

ki olaraq, daxili müdafiə silahlı qüvvələrin daxili təhlükəsizliyin daha geniş missi-

yasının əsas elementlərini təmin edən rola fokuslanır. 

2004- cü ildə qəbul olunmuş Strateji Planlaşdırma Siyasəti( Strategic Planning 

Guidance) ilə istiqamətlənən  Ölkə Müdafiəsi və Mülki Dəstək Strategiyası,Milli 



Təhlükəsizlik Strategiyasında,Ölkə Müdafiəsi üçün Mill Strategiya və Milli Müdafi-

ə Strategiyasında  ifadə olunmuş  məqsədlər və istiqamətləri özündə birləşdirə-

rək,ölkəni qorumaq üçün MN-nin əməliyyatlarını istiqamətləndirir. Amerikanın 

Milli Təhlükəsizlik Strategiyası ABŞ-ın xarici və təhlükəsizlik siyasətini genişlən-

dirərək irəliyə gedən önləyici addımlar,o cümlədən,düşmən ölkələr və terrorçu 

qruplara qarşı önləyici tədbirlər həyata keçirir. Ölkə Müdafiəsi üçün Mill Strategi-

ya Amerikanın terror hücumlarına qarşı milli səylərini istiqamətləndirir.O,hökümə-

tin bütün səviyyələrində daxili təhlükəsizlik üçün əhəmiyyəti fəaliyyət üçün çərçi-

və müəyyənləşdirir. 2005- ci ildə qəbul edilmiş Milli Müdafiə Strategiyası özünün 

ən yüksək prioriteti kimi, ABŞ-a yönəlmiş birbaşa terror təhlükələrini fikirdən dön-

dərmə,çəkindirmə və  pozmağı müəyyən edir. Strategiyanın həyata keçirilməsi, hə-

lə yetişməmiş ən təhlükəli təhdidləri erkən və təhlükə yaratmayan uzaqlıqda poz-

maq üçün qurulmuş aktiv,qatlaşmış müdafiədən asılıdır. O,ölkəni qorumaq üçün 

uyğun formanı, həcmi və qlobal duruşu təmin etmək üçün hərbi rəhbərliyi istiqa-

mətləndirir; düşmənin ön və arxa cəbhəsində  fəaliiyə göstərir,düşmənləri tezliklə 

məhv edir və qəti və davamlı nəticələr əldə edir; məhdud sayda gözlənilməyən şə-

raitləri qəbul edir

66



11 Sentyabrdan öncə ABŞ hərbi qüvvələri, xarici ölkələrdə çəkindirmə,sabitlik, 



və müharibə missiyalarına qöşulurdu. Amerika Birləşmiş Ştatları ölkəsi cəbhə zo-

                                                            

66

 Ölkə Müdafiəsi və Mülki Dəstək Strategiyası. Müdafiə Nazirliyi,Vaşinqton.İyun 2005, 



səh6-7. Bu geniş  əhatəli strategiyalardan başqa Ölkə Müdafiəsi və Mülki Dəstək 

Strategiyası tamamlayıcı və başqa həlledici strateji və planlaşdırma sənədləri ilə doldurulur. 

Bu sənədlərə Milli təhlükəsizlik və Daxili Təhlükəsizlik Prezident Direktivləri, Milli Hərbi 

Strategiyaları, Terrora Qarşı  Müharibə  Milli Hərbi Strateji Planı, MN və Daxili 

Təhlükəsizlik Nazirliyi Birgə Əməliyyatlar Konsepsiyası və Hərbi Transformasiya: Strateji 

Yanaşma daxildir. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə