1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə72/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   68   69   70   71   72   73   74   75   ...   256

 

159


lükə qavrayışının qarşısını almaq üçün büdcələmə prosesində şəffaflıq. 

Təhcizat qərarları ilə bağlı üstünlük verilən ssenarilər ayri yazıda mü-

zakirə olunur. Burada ümumi fikir o olmalıdır ki, ordu təhlükəni diq-

qətlə qiymətləndirməlidir, lakin resursları ayırmaq üçün fikir yürütmək 

və məsuliyyəti öz üzərinə götürmək siyasi rəhbərliyin işidir. Onlar mü-

dafiənin ehtiyacları ilə digər hökümət öhdəlikləri arasında tarazlıq ya-

ratmalı və onların NATO və Avropa Birliyindəki müttəfiqlərinin və tə-

rəfdaşlarının töhvələri ilə tutuşdurmalıdırlar; 

• 

Ordunun demokratik cəmiyyətdə rolu, o cümlədən, insan 



hüquqlarına hörmət haqqında silahlı qüvvələrdə  təhsil və  təlim. Bu 

dövlətlər- arası münaqişələrdə davranış məsələlərini əhatə edən Cenev-

rə Konvensiyalarından da uzağa gedir və şəxsi heyətin sülhü dəstəklə-

yən  əməliyyatlarda davranışını ehtiva edir.Qaret Evansın (Gareth 

Evans) sözlərinə görə, bu gün dövlətlərin öhdəliyinə qorumaq məsuliy-

yəti, sonra bölünmüş məsuliyyətlər olan qarşısını almaq,cavab vermək 

və yenidən qurmaq daxildir

136


.  İnsan hüquqları  məsələsi təkcə ordu 

üçün yox mühüm sayılmır,həmçinin polis və diqər təhlükəsizlik xid-

mətləri üçün də mühüm sayılır və onlar əhali ilə təmasda ordudan daha 

çox olurlar; 

• 

Təsis edilmiş davranış standardlarını  və intizamı  həyata 



keçirən və şikayət prosedurlarına imkan verən ədalətli və təsirli hüquq 

sistemi.  Əsgər “formada olan vətəndaşa” çevrildiyi halda mülki qay-

dalar nə qədər mümkünsə, bir o qədər çox tətbiq edilməlidir. Hərbi in-

tizamın öz qaydaları və həyata keçirmə prosedurları var, lakin kriminal 

prosedurlar maksimim dərəcədə mülki hüququn maddələrinə uyğun 

aparılmalıdır

137

. Çoxlu sayda ölkələr şikayətlərə baxmaq üçün müstəqil 



Ombudsmanlıq yaratmışdır. Keçid variant, hərbi Baş Müfəttiş- dir və 

o,öz hesabatını parlamentə təqdim edir. 

• 

Açıq müzakirələr öz –özünə yaranmır və vətəndaş cəmiy-



                                                            

136


 ‘

The Responsibility to Protect’, Report of the International Commission on Intervention and State 

Sovereignty, December 2001. Available at: http://www.iciss.ca/pdf/Commission-Report.pdf. See 

also ‘A More Secure World: Our Shared Responsibility’, Report of the Secretary General’s 

High-Level Panel on Threats, Challenges and Change, December 1, 2004. Available at: 

http://www.un.org/secureworld/report2.pdf 

 

137


 Niderlandiyada hərbçilər tərəfindən törədilən bütün criminal pozuntular adi mülki məhkəmə 

tərəfindən aparılır və hərbi ekspert orada işrirak edir. 




 

160


yətinin firkirləri ilə zənginləşdirilməlidir. Dinləmələr o zaman gözəldir 

ki, onlar ciddi şərhlər və alternativ variantlar ortaya qoymaq üçün təş-

kil olunur.Müzakirələr,hökümət və qeyri –hökümət təşkilatlarının məs-

ləhətçi rəylər ortaya qoyması tapşırıqları üzərində qurula bilər. Onlar 

çap olunur və daha əsaslanmış müzakirələr üçün əsas yaradır. Bu kon-

teksdə,Niderlandiya şərh və məsləhətdən ibarət iki mexanizm hazırla-

mışdır. Birinci yerdə, hər bir qanunvericilik layihəsi Kabinet tərəfindən 

bəyənildikdən sonra Dövlət Şurasına təqdim edilir və o da öz növbə-

sində  dəyişikliklərə apara bilən və ya hətta mənfi rəydən ibarət olan 

tövsiyələri təşkil edən hesabatı  təqdim etməyə  məsuldur. Kabinetin 

parlamentə qanun təklif etmək hüququ vardır,lakin nəyə görə Dövlət 

Şurasının məsləhətlərini yerinə yetirmədiyini izah etməlidir. İkinci me-

xanizm, Hökümət Siyasəti üzrə Elmi Şuranın və Beynəlxalq Məsələlər 

üzrə  Məsləhət  Şurasının funksiyaları üzərinə düşür.Hər ikisi uzun 

müddətli məsələlər üzrə  məsləhətlərdə istifadə olunur. Onların hesa-

batları ictimaiyyətə açıqlanır, Kabinet onlara cavab verməlidir və onun 

mövqeyi parlamentin uyğun komitəsində və ya parlamentin ümumi ic-

lasında müzakirə edilə bilər. 

• 

Daha çox şəffaflıq,daha çox müzakirə və hökümət içində ida-



rələr-arası daha çox koordinasiya. Xaric üçün hökümət bir səslə danışma-

lıdır,lakin edilən çıxışın məzmunu ilə bağlı, xüsusilə də federal sistemlər-

də, konsensus əldə etmək çox da asan olmayacaq. Birinci ehtiyac birləş-

mədir: necə ayrı-ayrı idarələrin mülahizələri hamının dəstəklədiyi   vahid, 

mənalı bir şəklə salına bilər və onun üzərində də konkret siyasət qurmaq 

olar. Hər kəs uzun müddət nüfuz üstündə gedən və həll olunmayan və ya 

sakitləşdirici qiymətləmdirmələrə aparan mübahislərdən xəbərdardır, çün-

ki hər kəs öz seçimini qorumağa çalışır. Ona görə də idarələr arası məsu-

liyyətlərin aydınlaşdırılması və kimin son qərarı verməsini və o qərara mə-

suliyyət daşımasının müəyyən edilməsi tələb olunur; 

• 

Milli təhlükəsizlik və başqa hərbi məsələlər üzrə əsas qərarlar 



alınmazdan öncə açıq və əsaslanmış milli müzakirələr. Bunları irəli apar-

maq üçün ən yaxşı yol milli maraqları, beynəlxalq öhdəlikləri, məqsədləri 

və bunları həyata keçirmək üçün lazım olan bacarıqları əhatə edən geniş 

tərtibli hökümət sənədi (White Paper)dərc etmək lazımdır. Parlamentin 

müdafiə komitəsi ekspertlərin və qeyri-hökümət təşkilatlarının dinləməsini 

təşkil etməlidir. Komitənin işçiləri, edilən təkliflərin və qaldırılacaq müba-

hisəli məsələlərin ilkin analizini etməlidir. Qəzetlər, radio və televiziya bu 

cür sualları əldə etmək üçün gecikməzlər; 

• 

Milli sərhədlərdən kənara qoşun göndərilməsi parlamentin 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə