135
və müxtəlif bölgələrdən gələn oğlanları bir yerə yığmaqla,
onlara müəyyən intizam
öyrətməklə və onların fiziki sağlamlığına töhvə verməklə müsbət rol oynayırdı. Pe-
şəkar əsgərlərin toplanması əsil kişi tiplərinin və cəmiyyətin kəsimi boyunca fər-
dlərin kənarda qalması riski yaradır. Sülhə dəstək təlimləri bu cür çatışmamazlıqla-
rın düzəldilməsi üçün müsbət təsir edəcək.
Yuqoslav müharibəsinin təcrübəsi çox bədbəxtliklər gətirdi. Təkcə, əvvəllər bir
yerdə yan- yana yaşamağı bacarmış insanların hamısına qarşı törədilən barbarlığa
görə yox, həm də şiddətin genişlənməsinin qarşısini almaq üçün lazımı tədbirlərin
görülməməsinə görə. Ordu,zəruri vasitələr olmadan aydın olmayan mandatları al-
mışdı. Əvvəlcə, onlar sülhü saxlamaq üçün göndərilmişdilər, lakin məlum idi ki,
onlar olmayan sülhü necə saxlayacaqlar. Əksinə, tərəflərdən bir qismi sülh istəmir-
di, öz ərazilərini genişləndirmək istəyirdi. Sonra “təhlükəsiz yerlər” yaradıldı və
sübut olundu ki, onlar heç də təhlükəsiz deyil,çünki onları qorumaq imkanları və
onlardan istifadə etmək iradəsi yox idi. Təəccüblü deyil ki, mülki-hərbi münasibət-
lər bir qrup qeyri-hökümət təşkilatlarının humanitar fəaliyyəti ilə koordinasiyanın
ciddi surətdə olmaması üzündən əzab çəkdi.
Sabahın nəcib insanları üçün Danikerlə birgə biz aşağıdakı problemi qoyuruq:
özünü müdafiə və həyati milli maraqların qorunmasından başqa –biz hazırıqmı ko-
ordinasiyalı addımlarla və əldə olan bütün mümkün vasitələrdən və lazım olarsa,
həmçinin, hərbi vasitələrdən istifadə etməklə 21 –ci əsrdə təcavüz və açıq zorakılı-
ğın yersiz olduğunu təmin edək? Biz belə öhdəliyi götürə bilərikmi ki,bu cür zora-
kılığı törədən nə daxildə, nə də beynəlxalq səviyyədə başarılı ola bilməz və bu iş-
dən özünü zərərsiz qurtara bilməz?. Biz lazımı qurbanları verməyə və dinc yollarla
sülhü bərpa etmək mümkün olmadıqda müdaxilə etməyə məcbur olan qüvvələrimiz
arasında baş verəcək qaçılmaz itkiləri qəbul etməyə hazırıqmı?
Lakin, xalq bütün bunlara razılıq verərsə, o zaman o xalq, ortaya çıxacaq bu iki-
li funksiyanın, yəni, milli özünü- müdafiə və beynəlxalq sülhyaratma əməliyyatla-
rının,həm intellektual, həm də maddi tərəfini
122
nəzərdə tutan bütün zəruri məsu-
liyyətlərlə,onların silahlı qüvvələri tərəfindən yerinə yetirə bilməsini təmin etmək
iqtidarında olmalıdır.Təsirli olması üçün, hərbi qulluqçular və mülkilər silahlı qüv-
vələrdən istifadənin tamamilə yeni konsepsiyaları ilə razılığa gəlməlidirlər:
1. Silahlı qüvvələr müharibənin qarşısını almaq, müdaxilə etmək və
ölkəni müdafiə etmək funksiyalarını daşımaıdırlar; onların çəkindirici və
döyüş funksiyaları ikinici dərəcəli olacaqdır.
2. Hərbi qələbə daha çox taktiki məqsədə çevrilir.Strateji məqsəd isə
122
Gustav Däniker, ‘The Guardian Soldier: On the Nature and Use of Future Armed Forces’, UNIDIR
Research Paper, No. 36, 1995, p. 89.
136
keçmiş rəqibi
də içərisinə alan yeni, daha geniş və dayanıqlı sülh nizamlan-
ması üçün münbit mühitin yaradılmasıdır.
3. Gələcək hərbi doktrinaların son məqsədi nə “tam məhv etmə”, nə
də “əldən salma” olmalıdır; məqsəd “düşmənin müqavimətini qırmaq”,
“cəzalandırmaq”, “düşmənin döyüş ruhunu sarsıtmaq”,”neytrallaşdırmaq”
və ya müqavimət göstərən qüvvələri “tərksilah etmək” və zaman keçdikcə
“barışmaqdır”.
4. Hər bir döyüş planı ona görə də ölçülü olmalı, təkcə öz tərəfində
deyil, həm də rəqib tərəfdə itkilərin az olması üçün səy göstərilməlidir.
5. Gələcək hərbi düşüncə və addımlar bir daha sadəcə hərbi kateqori-
yalar üzərində məhdudlaşmamalıdır. Hətta detalları ilə,münaqişə sonrası
yenidən- qurmanın əsas məqsədləri nəzərə alınmalıdır.
6. Çeviklik və çoxfunksiyalılıq hərbi güc və döyüş yerdəyişgənliyi
kimi əhəmiyyətlidir.
7. 21- ci əsrdə, əsgərlərin missiyası qorumaq,kömək etmək və xilas
etmək olacaqdır. Onun görəcəyi işin istiqaməti məqsəd yönümlü olacaq və
sülhü saxlamaq və bərpa etmək üçün effektiv töhvədən asılı olacaq və hə-
yatın təhlükəsizliyini təmin etmək məsələsindən ibarət olacaqdır. Bu məsə-
lələr hərbçiləri və mülkiləri daha da yaxınlaşdırır və intensiv əməkdaşlığı
zəruri edir.
Mülki Dairələrin Rolu
Potensial fikir ayrılığı sahəsi, Müdafiə Nazirliyi daxilində (MN) mülkilərin rolu
ilə bağlıdır. Qərbin çox sayda demokratik ölkələrində mövcud olan standard özəllik
Müdafiə Nazirinin mülki şəxs olmasıdır. Bunun bir çox səbəbləri vardır: mülki şəx-
sin, kabinetin kollegial strukturunda daha geniş siyasi məsələləri və nüfuzları nəzə-
rə almaqda daha da bilgili olması faktı; və resurslar üzərində rəqabətdə mülki şəx-
sin MN-nin payı üçün daha yaxşı mübarizə aparmaq imkanında olması.
Bu o demək deyildir ki, hərbçilər Müdafiə Naziri olmaq üçün bu keyfiyyətlərə ma-
lik ola biməzlər. Lakin, Qərb təcrübəsi göstərmişdir ki, həmin vəzifənin tələb etdiyi bü-
tün məsələləri həlll etmək üçün mülki şəxsin olması daha uyğundur. Əgər hərbçi öz
formasını dəyişirsə və mülki kostyum geyinirsə, o zaman o Baş Qərargah Rəisi ilə mə-
suliyyətlərin bölünməsi üzrə asan olmayan münasibətlərə girməli olacaq. Bir çox yeni
demokratik ölkələrdə bu cür metod yumşaq keçid üçün istifadə olundu, amma ümumi-
likdə tezliklə mülki rəhbərliyə keçirildi. Orada nazirlə hərbi rəhbərlik arasında yaxşı
münasibətlərin qurulması uzun vaxt aldı. Hamısı üçün yox, bir çoxu üçün belə oldu.
Qərb ölkələrindəki müdafiə nazirliklərində hərbi zabitlərlə bərabər, geniş sayda mülki
qulluqçular da nazirliyin işinin təşkil olunması və idarə olunmasında iştirak edirlər.