1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə62/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   58   59   60   61   62   63   64   65   ...   256

 

137


Mülkilərdən istifadə edilməsinin dəqiq üstünlükləri vardır, cünki peşəkar hərbçilərin 

həmişə məşğul olmadığı idarəçilik,idarəetmə və maliyyə məsələlərində mülkilər daha 

da təcrübəlidir. Digər tərəfdən, çoxlu mülki şəxslər siyasi strategiyalar qurmaq üzərin-

də də işləyir və bu zaman onlar hərbi sahələrə də daxil olurlar, çünki belə olmasa, sər-

hədlər dəqiq müəyyənləşməsə, təhriflər baş verər. 

Çoxlu sayda Mərkəzi və Şərqi Avropa ölkələri, Qərblilərin israrına cavab verə-

rək çox tez müddətdə özlərinin Müdafiə Nazirliklərində “mülkilər” yaratdılar. La-

kin onların çoxu keçmiş hərbçilər idi. Bu müəyyən mənada post-Kommunist ölkə-

lərində mülki təcrübənin çatışmazlığından və həmçinin, hərbi məsələlərdə hərbçilə-

rin başlıca rolu oynaması kimi keçmişdən qalan inancdan irəli gəlirdi. Mülkilərin 

və formada olan şəxsi heyətin rolları daha geniş sual meydana gətirir: hərbi xidmət 

həyatı, ancaq istisnasız olaraq hərbi yanaşma tərbiyə edir və hərbi zabitin iş meto-

duna daimi təsir edir və nəticədə onun gələcəkdə iş imkanlarını daraldır. Əlbəttə, 

çox şey fərddən asılı olur.Lakin, geniş cavab odur ki,həm hərbçilərin,həm də mül-

kilərin xüsusi təcrübələrini maksimumlaşdırmaq  əhəmiyyətlidir, peşəkar və ya 

əməkli olsun, lazımdır ki, onlar bir -birini tamamlasın və gücləndirsin. 

Bu hal həlledici məsələyə gətirir-mülki və hərbi tərəflər arasındakı səlahiyyətlər 

və məsuliyyətləri necə bölməli-bu məsələ demokratik hakimiyyətin bütün cəhətlə-

rinə sirayət edir. Hansı sahələr ciddi olaraq sadəcə hərbi sayılır, yəni hansı sahələr-

də orduya siyasi müdaxilə olmadan maneəsiz olaraq öz işini görməyə izn verilməli-

dir? Sağlam düşüncənin dediyi də bunlardır: doktrina və taktika hazırlamaq, silahlı 

qüvvələrin təhsili və təlimi hərbi mütəxəssislərə həvalə edilməlidir. Eynilə, aydın-

dır ki, münaqişə vəziyyətində əməliyyatlar hərbi peşəkar qiymətləndirmələr hesabı-

na aparılmalıdır.Digər tərəfdən,təcrübə göstərir ki, az sayda hərbi sahə var ki, orada 

siyasi müdaxilə və nəzarət olmasın. Bu ancaq hər bir hökümət dəyişikliyi olduqca 

yüksək vəzifəli mülki qulluqçuların dəyişməsini də nəzərdə tutan siyasi sistemli öl-

kələrdə azala bilər. İdeal halda, işini bilən mülki xidmət siyasi dəyişikliklərə bağlı 

olmalı deyil və istənilən hökümətə sadiq xidmət etməlidir. 

 

Qeyri-Hərbi Təhlükəsizlik Xidmətləri 

 

Dəniz, quru və hava qüvvələri davamlı olaraq döyüş əməliyyatlarına qoşulmur-

lar və qoşulduqları zaman öz vətəndaşlarının gündəlik nəzarətindən çox kənarda, 

xarici ölkələrdə olurlar. Polis qüvvələri və kəşfiyyat xidmətləri,əksinə olaraq, özlə-

rinin əməliyyat işlərini hər zaman bir yerdən başqa yerə keçərək daha çox ölkənin 

içində, ölkənin öz xalqı ilə təmasda edirlər

123

.  Bu hal onların gündəlik əməliyyatla-



                                                            

123


 David Greenwood and Sander Huisman (eds.), Transparency and Accountability of Police Forces, 

Security Services and Intelligence Agencies, Sofia: Procon, 2004, p.12. 


 

138


rının şəffaflığına bir sıra məhdudiyyətlər gətirir,lakin əksinə, onları diqqət mərkəzi-

nə çevirir və onların effektivliyi və dürüstlüyü əhali tərəfindən dəyərləndirilir. 

1990- ci illərin sonunda polisə xalqın inamı bütün dövrlərdə olduğundan ən aşa-

ğı səviyyədə idi. Polisin xalqı qorumağa gücü çatmırdı və sui-istifadə və korrupsiya 

halları baş verirdi. Bu hal qanuna və ictimai rəyə daha böyük cavabdehlik və güc 

strukturlarına isə onların ictimaiyyətin təhlükəsizliyini təmin etdiklərini,öz işlərini 

məhsuldar gördüklərini və vətəndaşlara yanaşmalarının nəzakətli olduğunu nüma-

yiş etdirmələri tələblərinə gətirdi. Əsasən də,xarici təzyiqin nəticəsində polis təşki-

latları öz işləri və effektivliyi haqqında daha çox informasiya və statistika təmin 

edirdilər. Eyni zamanda, polisdən yurisdiksiyalar vasitəsilə yeni yaradılmış vətən-

daş araşdırma komissiyalarl ilə birlikdə müəyyən səviyyəli intizamı birgə təmin et-

mək cavabdehliyi tələb olundu.  Həqiqətdə isə, polisin vətəndaşlarla necə düzgün 

rəftar etdiyini polisin özü müəyyən edən polis monopoliyası əldən alındı. Effektiv 

polis xidməti xalqın inamından asılıdır. Bu müstəqil nəzarət strukturlarına şəffaflıq 

və hesabatlılıq tələb edir. Fövqaladə vacib cinayətgarlıq sahəsində aparılan mübari-

zədə təhqiqatın siyasi təsirdən və peşəkar yararsızlıqdan sərbəst şəkildə  aparılma-

sını təmin etmək çox zəruridir. Digər tərəfdən, nəzarətedici strukturların resursları-

nın bol olması və yaxşı avadanlıqla və bacarıqlı və bilikli işçilərlə təmin olunması 

çox vacibdir. Lakin, nəzarətedici strukturların polis praktikasına təsiri o zaman hə-

qiqi mənada effektiv olacaq ki,onlar daxili intizam və özü tənzimləyən proseslərin 

dəstəyini qazanıb ona uyğun işləsinlər. 

Kəşfiyyat xidmətlərinin hesabatlılıq və şəffaflığının hüquq mühavizə orqanları 

üçün olan ölçülərdən fərqli mənaları və məqsədləri vardır. Nəzəri olaraq, kəşfiyyat 

sadəcə siyasətçiləri dəstəkləmək üçün mövcuddur. Kəşfiyyat prosesi siyasətçilərin 

tələbi ilə qurulmuşdur. Çünki, kəşfiyyat xidmətləri ictimaiyyətdən, qanunvericilər-

dən geniş surətdə və az miqyasda icra strukturundan qapalı dünyada fəaliyyət gös-

tərir. Bu mühit,asanlıqla gizli və özünə xidmət edən dünyaya çevrilə bilər və orada 

kəşfiyyat alətləri özü-özlüyündə  sona çatır.  Bu hal daimi müstəqil nəzarət və sə-

mərəli hesabatlılıq zərurətini icra və qanunvericilik hakimiyyətlərinin paylaşan mə-

suliyyəti kimi gücləndirir. 9/11 hadisələri beynəlxalq terrorizmi gündəmin bir nöm-

rəli məsələsinə çevirdi və çoxlu sahələrdə qarşılıqlı  əlaqənin inkişaf etdirilməsini 

gücləndirdi. 

 

•  Artan idarələr-arası  əməkdaşlıq və koordinasiya ( ABŞ-dakı  əsas 



impuls Daxuli Təhlükəsizlik Nazirliyinin yaradılmasına gətirdi). 

•  Çirkli pullara qarşı mübarizə aparan təsisatların səlahiyyətlərinin 

artırılması( Al-Qaida kimi təşkilatların ixtiyarında olan maliyyə resursları-

nın hədəf götürülməsi qərarı ilə irəli getmişdir). 

•  Həmişə təhlükəsizlik sektoru sayılmayan təsisatların hüquq mü-



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə