144
Problemi çətinləşdirən odur ki, polis cavabdehliyi çox vaxt yerli
və ya bölgə ha-
kimiyyətinin boynuna düşür. Birləşmiş Krallıq, son mərkəzləşdirmə əlamətlərinə
baxmayaraq, az Avropa ölkələrindən biridir ki,onun mərkəzi polisi yoxdur. Ümu-
milikdə, polis xidməti cəmiyyətin asayişini qorumaq fəaliyyəti kimi, artıq sadəcə
hökümət tərəfindən aparılmır. Özəl təhlükəsizlik şirkətləri, aeroportdan başlamış
gecə xidmətinə qədər hər yerdə vardır. Bu halın özü də yoxlama və hesabatlılıq su-
allarını ortaya qoyur. İdeal olaraq, transnasional cinayət və təhlükəsizlik ilə məşğul
olmaq məsuliyyəti mərkəzi səviyyəyə və eyni zamanda ictimai qarışıqlıq və kiçik
cinayətlərlə məşğul olmaq səlahiyyətləri isə yerli səviyyəyə ötürülməlidir. Lakin,
hər iki səviyyə arasında tələblərə cavab verən əlaqələr işləməlidir, daha kiçik cina-
yətlərə isə beynəlxalq narkotik ticarəti və ya mütəşəkkil cinayətin digər formaları
aid edilir.
Polis özü- özünə beynəlxalq informasiya şəbəkələri yaratmışdır. Şenqen İnfor-
masiya Sistemi özünün ikinci mərhələsində daha çox informasiya saxlama imkanı
əldə etmişdir. İnterpolun qlobal polis kommunikasiya sistemi mövcuddur və bu
ona real vaxt ərzində kodlaşdırılmış formada yoxlama aparmağa imkan verir. AB-i
sığınacaq almaq istəyənlərin barmaq izləri üçün Eurodac qurmuşdur.Beynəlxalq
Polis Rəisləri Assosiasiyası ilə və informasiya axınını idarə etmək üçün yüzlərlə
polis zabitlərinn əlaqə zabiti kimi dünyanın müxtəlif yerlərinə göndərilməsi ilə qlo-
bal “polis birliyi” böyüyür. Peşəkar polislər idarəçiliyin qeyri –rəsmi səviyyələri
boyunca qurulan şəbəkələrə üstünlük verirlər,lakin mərkəzi hökümətlər onları ni-
zamlamaq və nəzarət etmək baxımından çətinlik çəkirlər
125
.
Avropa Şurası 2001-ci ildə Polis Etikası haqqında Avropa Kodeksi qəbul etmiş-
dir
126
. Onun preamblua paraqrafında qanun aliliyini rəhbər tutan demokratik cəmiy-
yətlərdə təhlükəsizliyi və fərdi hüquqları qorumaq üçün polisin hərtərəfli məqsəd-
ləri, işi,hesabatlılığı üçün ümumi Avropa siyasəti və prinsipləri təsis edilməsi ehti-
yacı ifadə edilmişdir. Kodeks 66 paraqraf və geniş İzahedici Memorandumdan iba-
rətdir. Etik normalar üçün əsas yaradaraq polisin təşkilat kimi hansı dəyərlər əsa-
sında xidmət etdiyini və onların uyğun tətbiq edildiyi haqda suallar irəli sürülür.
Polis daxilində sadiqlik,razılıq,tərəfsizlik,müstəqil hərəkət və peşəkarlıq kimi əsas
konsepsiyaların hamısı ümumi səlahiyyətlər dairəsindən bəhrələnəcəkdir və şəxsi
davranış standardlarını aydın surətdə formalaşdıracaqdır.Kodeks çoxtərəfli məq-
sədlərə xidmət edir. O xalqa polisin ədəbli davranışı ilə bağlı zəruri təminat verir
125
Prof. Dr. Monica den Boer, ‘Out of the Blue: Police Perspectives on Europe, Governance and
Accountability’. Inaugural address at the Free University of Amsterdam, 24 November 2004.
126
Tövsiyə (2001) 10 AŞ Nazirlər Komitəsi tərəfindən 19 Sentyabr 2001 –ci ildə qəbul edilmişdir.
AŞ bu mövzuya 1979 cu ildə “Polis haqqında bəyannamə”qəbul
edəndən sonra daimi diqqət
yetirmişdir. ( PA 690 nömrəli Qətnaməsi). Bu Kodeks BMT-nin Hüquq Mühavizə Orqanları üçün
qəbul etdiyi Davranış Kodeksinin prinsiplərini əhatə etmişdir.
145
və onun hesabına inam qurur. O, həmçinin,polis təşkilatının daxilində ( o cümlə-
dən,mülki işçilər)keyfiyyət nəzarəti üçün tənzimləyici alət kimi istifadə edilir,ida-
rəetmə və nəzarətə kömək edir,yüksək səviyyəli zabitlərin daha da hesabatli olma-
larını məcbur edir və çətin daxili mübahisələrin baxılması üçün normalar təmin
edir. Çox ölkələrdə,bu kodeks,polis təlimləri üçün təməl daşı rolunu oynayır və
sonra şəxsi dürüstlüyü çətin vəziyyətə qoyan nümunələr müzakirə edir. Bu polis
xidməti üzərində ictimai inamı bərpa etmək üçün əhəmiyyətli töhvə ola bilər, o
xidmət ki, o normal şərtlərdə legitim məcburiyyət üçün ölkə daxilində tam mono-
poliyaya malikdir.
Artan “outsorsing” fəaliyyətləri-əvvəllər müdafiə strukturlarının bir hissəsi idi-
demokratik nəzarət üçün başqa bir problem yaradır. Müasir biznes modellərinə
əsaslanaraq, müdafiə nazirlikləri özlərinin əsas funksyaları üzərində cəmləşir və
xidmətlər üçün özəl sektorla müqavilələr bağlayır və onlar da eyni uğurla öz öhdə-
liklərini yerinə yetirirlər. Avadanlığın xidməti məsələləri,avadanlığı istehsal edən
zavodlara tapşırılır və orduya tibbi xidməti mülki xəstəxanalara tapşırırlar. Bu fəa-
liyyətlər nisbətən düzxətlidir və ancaq müharibə və ya fövqaladə hallar meydana
gəldikdə etibarlılığı sual doğura bilər. Nəzarət problemi, sülhü dəstəkləyən əməliy-
yatlara və ya müharibəyə məxsus bir çox işlərin özəl sektor şirkətlərinə tapşırıldığı
zaman parlaq surətdə ortaya çıxır. İraqda bu cür qüvvələr gözətçi xidmətində və ya
logistik dəstək işlərində istifadə olunurdu
127
.
Lazımdır ki, bu cür əməliyyatların başlanğıcından özəl təhlükəsizlik şirkətlərini
outsorsinq edən ölkələr bu şirkətlərin və onların şəxsi heyətinin davranışına görə
tam məsuliyyəti öz üzərinə götürsünlər. Bu davranış əsas etibarı ilə ictimaiyyət-
lə,dustaqlarla davranış və insan hüquqlarına hörmət edilməsi ilə əlaqəlidir. Bu cür
məsuliyyət BMT-nin sülhü dəstəkləyən əməliyyatlarının mandatına salınmalıdır.
Xarici və Daxili Təhlükəsizliyin Qovuşması
Xaricdə sülhü dəstəkləyən missiyalardakı hərbçilərin rolu, ölkə daxilində poli-
sin funksiyalarına bənzəyir. Onlar sülhü,qanunu və qaydanı qorumaq üçün ordadır-
lar; onlar öz varlıqları ilə çəkindirici rol oynayırlar; onlar missiyanın tələblərini ye-
rinə yetirmək üçün zora əl atmağa hazırlıqlıdırlar və əzmlidirlər. Bu o demək deyil-
dir ki, bu missiya polisin ixtiyarına verilməlidir. Bir çox polis birlikləri yenidən-
qurma mərhələsində yerli polis qüvvələri formalaşana və təlim keçənə qədər lazım-
lı olur. Eynilə, jandarmeriya tipli birliklər iğtişaşlar olduğu zaman və ya hərbi cina-
yətgarları həbs etmək kimi gözlənilməz hallar olanda kömək edirlər. Lakin başqa-
larının öz funksiyalarını yerinə yetirməsi üçün təhlükəsizlik çətiri təmin edən ordu-
127
Fred Schreier and Marina Caparini, ‘Privatising Security: Law, Practice and Governance
of Private Military and Security Companies’, DCAF Occasional Paper, No. 6, March 2005.