1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə65/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   61   62   63   64   65   66   67   68   ...   256

 

144


Problemi çətinləşdirən odur ki, polis cavabdehliyi çox vaxt yerli və ya bölgə ha-

kimiyyətinin boynuna düşür. Birləşmiş Krallıq, son mərkəzləşdirmə  əlamətlərinə 

baxmayaraq, az Avropa ölkələrindən biridir ki,onun mərkəzi polisi yoxdur. Ümu-

milikdə, polis xidməti cəmiyyətin asayişini qorumaq fəaliyyəti kimi, artıq sadəcə 

hökümət tərəfindən aparılmır. Özəl təhlükəsizlik  şirkətləri, aeroportdan başlamış 

gecə xidmətinə qədər hər yerdə vardır. Bu halın özü də yoxlama və hesabatlılıq su-

allarını ortaya qoyur. İdeal olaraq, transnasional cinayət və təhlükəsizlik ilə məşğul 

olmaq məsuliyyəti mərkəzi səviyyəyə və eyni zamanda ictimai qarışıqlıq və kiçik 

cinayətlərlə  məşğul olmaq səlahiyyətləri isə yerli səviyyəyə ötürülməlidir. Lakin, 

hər iki səviyyə arasında tələblərə cavab verən əlaqələr işləməlidir, daha kiçik cina-

yətlərə isə beynəlxalq narkotik ticarəti və ya mütəşəkkil cinayətin digər formaları 

aid edilir. 

Polis özü- özünə beynəlxalq informasiya şəbəkələri yaratmışdır. Şenqen İnfor-

masiya Sistemi özünün ikinci mərhələsində daha çox informasiya saxlama imkanı 

əldə etmişdir.  İnterpolun qlobal polis kommunikasiya sistemi mövcuddur  və bu 

ona real vaxt ərzində kodlaşdırılmış formada yoxlama aparmağa imkan verir. AB-i 

sığınacaq almaq istəyənlərin barmaq izləri üçün  Eurodac qurmuşdur.Beynəlxalq 

Polis Rəisləri Assosiasiyası ilə  və informasiya axınını idarə etmək üçün yüzlərlə 

polis zabitlərinn əlaqə zabiti kimi dünyanın müxtəlif yerlərinə göndərilməsi ilə qlo-

bal “polis birliyi” böyüyür. Peşəkar polislər idarəçiliyin qeyri –rəsmi səviyyələri 

boyunca qurulan şəbəkələrə üstünlük verirlər,lakin mərkəzi hökümətlər onları ni-

zamlamaq və nəzarət etmək baxımından çətinlik çəkirlər

125



Avropa Şurası 2001-ci ildə Polis Etikası haqqında Avropa Kodeksi qəbul etmiş-



dir

126


. Onun preamblua paraqrafında qanun aliliyini rəhbər tutan demokratik cəmiy-

yətlərdə təhlükəsizliyi və fərdi hüquqları qorumaq  üçün polisin hərtərəfli məqsəd-

ləri, işi,hesabatlılığı üçün ümumi Avropa siyasəti və prinsipləri təsis edilməsi ehti-

yacı ifadə edilmişdir. Kodeks 66 paraqraf və geniş İzahedici Memorandumdan iba-

rətdir. Etik normalar üçün əsas yaradaraq polisin təşkilat kimi hansı dəyərlər əsa-

sında xidmət etdiyini və onların uyğun tətbiq edildiyi haqda suallar irəli sürülür. 

Polis daxilində sadiqlik,razılıq,tərəfsizlik,müstəqil hərəkət və peşəkarlıq kimi əsas 

konsepsiyaların hamısı ümumi səlahiyyətlər dairəsindən bəhrələnəcəkdir və  şəxsi 

davranış standardlarını aydın surətdə formalaşdıracaqdır.Kodeks çoxtərəfli məq-

sədlərə xidmət edir. O xalqa polisin ədəbli davranışı ilə bağlı zəruri təminat verir 

                                                            

125


 Prof. Dr. Monica den Boer, ‘Out of the Blue: Police Perspectives on Europe, Governance and 

Accountability’. Inaugural address at the Free University of Amsterdam, 24 November 2004. 

126

 

Tövsiyə (2001) 10 AŞ Nazirlər Komitəsi tərəfindən 19 Sentyabr 2001 –ci ildə qəbul edilmişdir. 



AŞ bu mövzuya  1979 cu ildə “Polis haqqında bəyannamə”qəbul edəndən sonra daimi diqqət 

yetirmişdir. ( PA  690 nömrəli Qətnaməsi). Bu Kodeks BMT-nin Hüquq Mühavizə Orqanları üçün 

qəbul etdiyi Davranış Kodeksinin prinsiplərini əhatə etmişdir. 



 

145


və onun hesabına inam qurur. O, həmçinin,polis təşkilatının daxilində ( o cümlə-

dən,mülki işçilər)keyfiyyət nəzarəti üçün tənzimləyici alət kimi istifadə edilir,ida-

rəetmə və nəzarətə kömək edir,yüksək səviyyəli zabitlərin daha da hesabatli olma-

larını  məcbur edir və  çətin daxili mübahisələrin baxılması üçün normalar təmin 

edir. Çox ölkələrdə,bu kodeks,polis təlimləri üçün təməl daşı rolunu oynayır və 

sonra  şəxsi dürüstlüyü çətin vəziyyətə qoyan nümunələr müzakirə edir. Bu polis 

xidməti üzərində ictimai inamı  bərpa etmək üçün əhəmiyyətli töhvə ola bilər, o 

xidmət ki, o normal şərtlərdə legitim məcburiyyət üçün ölkə daxilində tam mono-

poliyaya malikdir. 

Artan “outsorsing” fəaliyyətləri-əvvəllər müdafiə strukturlarının bir hissəsi idi- 

demokratik nəzarət üçün başqa bir problem yaradır. Müasir biznes modellərinə 

əsaslanaraq, müdafiə nazirlikləri özlərinin  əsas funksyaları üzərində  cəmləşir və 

xidmətlər üçün özəl sektorla müqavilələr bağlayır və onlar da eyni uğurla öz öhdə-

liklərini yerinə yetirirlər. Avadanlığın xidməti məsələləri,avadanlığı istehsal edən 

zavodlara tapşırılır və orduya tibbi xidməti mülki xəstəxanalara tapşırırlar. Bu fəa-

liyyətlər nisbətən düzxətlidir və ancaq müharibə  və ya fövqaladə hallar meydana 

gəldikdə etibarlılığı sual doğura bilər. Nəzarət problemi, sülhü dəstəkləyən əməliy-

yatlara və ya müharibəyə məxsus bir çox işlərin özəl sektor şirkətlərinə tapşırıldığı 

zaman parlaq surətdə ortaya çıxır. İraqda bu cür qüvvələr gözətçi xidmətində və ya 

logistik dəstək işlərində istifadə olunurdu

127



Lazımdır ki, bu cür əməliyyatların başlanğıcından özəl təhlükəsizlik şirkətlərini 



outsorsinq edən ölkələr bu şirkətlərin və onların  şəxsi heyətinin davranışına görə 

tam məsuliyyəti öz üzərinə götürsünlər. Bu davranış  əsas etibarı ilə ictimaiyyət-

lə,dustaqlarla davranış və insan hüquqlarına hörmət edilməsi ilə əlaqəlidir. Bu cür 

məsuliyyət BMT-nin sülhü dəstəkləyən əməliyyatlarının mandatına salınmalıdır. 

 

Xarici və Daxili Təhlükəsizliyin Qovuşması 

 

Xaricdə sülhü dəstəkləyən missiyalardakı hərbçilərin rolu, ölkə daxilində poli-

sin funksiyalarına bənzəyir. Onlar sülhü,qanunu və qaydanı qorumaq üçün ordadır-

lar; onlar öz varlıqları ilə çəkindirici rol oynayırlar; onlar  missiyanın tələblərini ye-

rinə yetirmək üçün zora əl atmağa hazırlıqlıdırlar və əzmlidirlər. Bu o demək deyil-

dir ki, bu missiya polisin ixtiyarına verilməlidir. Bir çox polis birlikləri yenidən-

qurma mərhələsində yerli polis qüvvələri formalaşana və təlim keçənə qədər lazım-

lı olur. Eynilə, jandarmeriya tipli birliklər iğtişaşlar olduğu zaman və ya hərbi cina-

yətgarları həbs etmək kimi gözlənilməz hallar olanda kömək edirlər. Lakin başqa-

larının öz funksiyalarını yerinə yetirməsi üçün təhlükəsizlik çətiri təmin edən ordu-

                                                            

127


 Fred Schreier and Marina Caparini, ‘Privatising Security: Law, Practice and Governance 

of Private Military and Security Companies’, DCAF Occasional Paper, No. 6, March 2005. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə