1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə61/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   57   58   59   60   61   62   63   64   ...   256

 

135


və müxtəlif bölgələrdən gələn oğlanları bir yerə yığmaqla, onlara müəyyən intizam 

öyrətməklə və onların fiziki sağlamlığına töhvə verməklə müsbət rol oynayırdı. Pe-

şəkar  əsgərlərin toplanması  əsil kişi tiplərinin və  cəmiyyətin kəsimi boyunca fər-

dlərin kənarda qalması riski yaradır. Sülhə dəstək təlimləri bu cür çatışmamazlıqla-

rın düzəldilməsi üçün müsbət təsir edəcək. 

Yuqoslav müharibəsinin təcrübəsi çox bədbəxtliklər gətirdi. Təkcə, əvvəllər bir 

yerdə yan- yana yaşamağı bacarmış insanların hamısına qarşı törədilən barbarlığa 

görə yox, həm də şiddətin genişlənməsinin qarşısini almaq üçün lazımı tədbirlərin 

görülməməsinə görə. Ordu,zəruri vasitələr olmadan aydın olmayan mandatları al-

mışdı.  Əvvəlcə, onlar sülhü saxlamaq üçün göndərilmişdilər, lakin məlum idi ki, 

onlar olmayan sülhü necə saxlayacaqlar. Əksinə, tərəflərdən bir qismi sülh  istəmir-

di, öz ərazilərini genişləndirmək istəyirdi. Sonra “təhlükəsiz yerlər” yaradıldı  və 

sübut olundu ki, onlar heç də  təhlükəsiz deyil,çünki onları qorumaq imkanları və 

onlardan istifadə etmək iradəsi yox idi. Təəccüblü deyil ki, mülki-hərbi münasibət-

lər bir qrup qeyri-hökümət təşkilatlarının humanitar fəaliyyəti ilə koordinasiyanın 

ciddi surətdə olmaması üzündən əzab çəkdi. 

Sabahın nəcib insanları üçün Danikerlə birgə biz aşağıdakı problemi qoyuruq: 

özünü müdafiə və həyati milli maraqların qorunmasından başqa –biz hazırıqmı ko-

ordinasiyalı addımlarla və  əldə olan bütün mümkün vasitələrdən və lazım olarsa, 

həmçinin, hərbi vasitələrdən istifadə etməklə 21 –ci əsrdə təcavüz və açıq zorakılı-

ğın yersiz olduğunu təmin edək? Biz belə öhdəliyi götürə bilərikmi ki,bu cür zora-

kılığı törədən nə daxildə, nə də beynəlxalq səviyyədə başarılı ola bilməz və bu iş-

dən özünü zərərsiz qurtara bilməz?.  Biz lazımı qurbanları verməyə və dinc yollarla 

sülhü bərpa etmək mümkün olmadıqda müdaxilə etməyə məcbur olan qüvvələrimiz 

arasında baş verəcək qaçılmaz itkiləri qəbul etməyə hazırıqmı? 

Lakin, xalq bütün bunlara razılıq verərsə, o zaman o xalq, ortaya çıxacaq bu iki-

li funksiyanın, yəni, milli özünü- müdafiə və beynəlxalq sülhyaratma əməliyyatla-

rının,həm intellektual, həm də maddi tərəfini 

122

 nəzərdə tutan bütün zəruri məsu-



liyyətlərlə,onların silahlı qüvvələri tərəfindən yerinə yetirə bilməsini təmin etmək 

iqtidarında olmalıdır.Təsirli olması üçün, hərbi qulluqçular və mülkilər silahlı qüv-

vələrdən istifadənin tamamilə yeni konsepsiyaları ilə razılığa gəlməlidirlər: 

 

1.  Silahlı qüvvələr müharibənin qarşısını almaq, müdaxilə etmək və 



ölkəni müdafiə etmək funksiyalarını daşımaıdırlar; onların çəkindirici və 

döyüş funksiyaları ikinici dərəcəli olacaqdır. 

2.  Hərbi qələbə daha çox taktiki məqsədə çevrilir.Strateji məqsəd isə 

                                                            

122

 Gustav Däniker, ‘The Guardian Soldier: On the Nature and Use of Future Armed Forces’, UNIDIR 



Research Paper, No. 36, 1995, p. 89. 


 

136


keçmiş rəqibi də içərisinə alan yeni, daha geniş və dayanıqlı sülh nizamlan-

ması üçün münbit mühitin yaradılmasıdır. 

3.  Gələcək hərbi doktrinaların son məqsədi nə “tam məhv etmə”, nə 

də  “əldən salma” olmalıdır; məqsəd “düşmənin müqavimətini qırmaq”, 

“cəzalandırmaq”, “düşmənin döyüş ruhunu sarsıtmaq”,”neytrallaşdırmaq” 

və ya müqavimət göstərən qüvvələri “tərksilah etmək” və zaman keçdikcə  

“barışmaqdır”. 

4.  Hər bir döyüş planı ona görə də ölçülü olmalı, təkcə öz tərəfində 

deyil, həm də rəqib tərəfdə itkilərin az olması üçün səy göstərilməlidir. 

5.  Gələcək hərbi düşüncə və addımlar bir daha sadəcə hərbi kateqori-

yalar üzərində  məhdudlaşmamalıdır. Hətta detalları ilə,münaqişə sonrası 

yenidən- qurmanın əsas məqsədləri nəzərə alınmalıdır. 

6.  Çeviklik və çoxfunksiyalılıq hərbi güc və döyüş yerdəyişgənliyi 

kimi əhəmiyyətlidir. 

7.  21- ci əsrdə,  əsgərlərin missiyası qorumaq,kömək etmək və xilas 

etmək olacaqdır. Onun görəcəyi işin istiqaməti məqsəd yönümlü olacaq  və 

sülhü saxlamaq və bərpa etmək üçün effektiv töhvədən asılı olacaq və hə-

yatın təhlükəsizliyini təmin etmək məsələsindən ibarət olacaqdır. Bu məsə-

lələr hərbçiləri və mülkiləri  daha da yaxınlaşdırır və intensiv əməkdaşlığı 

zəruri edir. 

 

Mülki Dairələrin Rolu 

 

Potensial fikir ayrılığı sahəsi, Müdafiə Nazirliyi daxilində (MN) mülkilərin rolu 

ilə bağlıdır. Qərbin çox sayda demokratik ölkələrində mövcud olan standard özəllik 

Müdafiə Nazirinin mülki şəxs olmasıdır. Bunun bir çox səbəbləri vardır: mülki şəx-

sin, kabinetin kollegial strukturunda daha geniş siyasi məsələləri və nüfuzları nəzə-

rə almaqda daha da bilgili olması faktı; və resurslar üzərində rəqabətdə mülki şəx-

sin MN-nin payı üçün daha yaxşı mübarizə aparmaq imkanında olması. 

Bu o demək deyildir ki, hərbçilər Müdafiə Naziri olmaq üçün bu keyfiyyətlərə ma-

lik ola biməzlər. Lakin, Qərb təcrübəsi göstərmişdir ki, həmin vəzifənin tələb etdiyi bü-

tün məsələləri həlll etmək üçün mülki şəxsin olması daha uyğundur. Əgər hərbçi öz 

formasını dəyişirsə və mülki kostyum geyinirsə, o zaman o Baş Qərargah Rəisi ilə mə-

suliyyətlərin bölünməsi üzrə asan olmayan münasibətlərə girməli olacaq. Bir çox yeni 

demokratik ölkələrdə bu cür metod yumşaq keçid üçün istifadə olundu, amma ümumi-

likdə tezliklə mülki rəhbərliyə keçirildi. Orada nazirlə  hərbi rəhbərlik arasında yaxşı 

münasibətlərin qurulması uzun vaxt aldı. Hamısı üçün yox, bir çoxu üçün belə oldu.  

Qərb ölkələrindəki müdafiə nazirliklərində hərbi zabitlərlə bərabər, geniş sayda mülki 

qulluqçular da nazirliyin işinin təşkil  olunması  və idarə olunmasında iştirak edirlər. 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə