1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə59/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   55   56   57   58   59   60   61   62   ...   256

 

130


zırlığı  və döyüşə hazırlıqlarına nəzarət etməlidir. Bu işlərlə effektiv su-

rətdə məşğul olmaq üçün parlamentarların hec də hamısının lazımi bilik 

və bacarıqları olmur. Bunları bilmək üçün həm də onların vaxtı  və im-

kanları olmur,çünki üzvlük müddəti də müəyyən zamanla məhdudlaşır 

və onların daxildə və xaricdəki ekspertlərə çıxışı da ola bilər ki, yoxdur.    

•  Beynəlxalq təhlükəsizlik  əməkdaşlığına  əsas yer verilməsi parla-

menti nəzarət prosesindən kənarda qoyursa, bu cür gediş ölkənin təhlü-

kəsizlik siyasətinin şəffaflıq və demokratik legitimliyinə  təsir edə bilər. 

Ona görə də parlamentin beynəlxalq səhnədə gedən debatlara və qərarla-

ra töhvə verməsi, onların işində  iştirak etməsi və gedən prosesləri izlə-

məsi  iqtidarında olması əhəmiyyətlidir. 

 

Bu problemləri dəf etmək üçün,bütün maraqlı tərəflər inanmalıdırlar ki, parlament 



nəzarəti hım demokratiyanın, həm də təhlükısizliyin xeyrinədir. Bu baxımdan,konkret 

olaraq,ayrı-ayrı parlamentarların siyasi hazırlığı əhəmiyyət daşıyır. Parlamentarlar öz-

lərinin nəzarət səlahiyyətlərini diqqətlə izləyirlərmi? Parlamentarlar lazımı şəkildə hə-

mən səlahiyyətləri yerinə yetirirlərmi,xüsusilə də onların “siyasi dostları” hökümətdə 

olduğu zaman? Onlar gündəmdə olan mürəkkəb məsələlərlə tanış olamq üçün səy gös-

tərməyə hazırdırlarmı? Onlar təhlükəsizlik sektorunda yaxşı idarəçilik sistemi yarat-

maq üçün vaxt, enerji və siyasi iradə ortaya qoymağa hazırdirlarmı? Bu suallara cavab 

verərkən, hər kəs, yeni və yaşlı demokratik ölkələrin parlamentlərindən çox şey öyrənə 

bilər. Bunları etmək üçün, təbii, siyasi iradə dərsi verilmir. 

Toparlayaraq deyə bilərik ki, müəyyən məsələlər var ki, həm yeni, həm də yaşlı 

demokratik ölkələr başqa demokratik ölkələrdən öyrənə bilər. Yəqin ki, ən mühüm 

geniş məsələlər aşağıdakılardır: 

1.  Parlamentarların siyasi iradəsi siyasi/parlamentar sistemin və  təh-

lükəsizlik sektorunun islahatı üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Əgər 

parlamentarlar öz səlahiyyətlərindən istifadə edib, hökümətlərini cavabdeh 

tutmaq istəmirlərsə, onda onların malik olduğu konstitusiya və ya qanuni 

səlahiyyətlərin xeyri az olar; 

2.  Çox hallarda, parlamentarlar hökümət və onun idarələri üzərində 

baxış keçirməyə çalışırlar,amma kadr və büdcə resursları çatışmazlığı 

üzündən buna tam nail ola bilmirlər. Parlament işçiləri kimi bu cür resur-

slar,belə nəzarəti aparmaq üçün mühüm imkanlar yaradırlar; 

3.  Təhlükəsizlik islahatından öncə siyasi və parlament islahatı  gəlir. 

Başqa cür olsa, onda təhlükəsizlik sektorunun islahatı təkərsiz maşın sür-

məyə bənzəyər. 

Siyasi və hərbi rəhbərliyin təhlükəsizlik sektorunu islahat etmək üçün paylaşan 

məsuliyyətləri vardır, o baxımdan ki, islahatlar həm funksional, həm də cəmiyyət 

tələbatlarını yerinə yetirə bilsin. 



 

131


3-cü Fəsil 

Mülki-Hərbi Münasibətlər vəTəhlükəsizlik  

Siyasətinin Formalaşdırılması 

 

Dr. Willem F. van Eekelen 

 

 



Mərkəzi və  Şərqi Avropada baş verən demokratik inqilablar tarixi əhəmiyyət 

daşımışdır. Onlar qırx il ərzində qitəni ikiyə bölən və qorxulu hərbi forma almış 

ideoloji mübarizəni sona çatdırdı. Kütləvi sürpriz hücum qorxusu, Qərbdə kollektiv 

müdafiəyə üstünlük gətirmişdi.Şərqdə isə,hərbi amil və güclər tarazlığı ilə dialektik 

əyləncə xarici siyasətin formalaşmasına hədsiz təsir etmişdir. Onların düşüncəsi, 

qalib-qalib vəziyyətini inkar edir və  rəqibin üstünlük qazanması görünəndə onun 

tərədəcəyi itkilərin həndəsi hesablamalarına yönəlir. 

1989 –cu ildən sonrakı transformasiya,kommunizmin və Sovet İnttifaqının da-

ğılmasından daha əhatəli və mürəkkəb olmuşdur

121


.  Avropa Şurası, NATO və 

Avropa Birliyi kimi Qərb təşkilatlarına daxil olmağa şansları olan keçmiş Varşava 

müqaviəsi və Sovet İttifaqı ölkələri yeni standardları qəbul etməli olmuşlar. Qanun 

aliliyi,plyuralistik demokratiya,bazar iqtisadiyyatı  və mehriban qonşuluq  şərtləri 

əsas götürülürdü. Bu konteksdə, siyasətin ordu üzərində və hökümətin digər qolları 

üzərində aliliyini tanıyaraq, mülki-hərbi münasibətlərə parlament sistemi altında 

demokratik cavabdehlik elementi kimi baxılırdı. 

 

Ordu Üzərində Demokratik Hakimiyyət 

Avropa norması belədir ki, silahlı qüvvələr birqiymətli olaraq qanuni yolla se-

çilmiş hökümətə  tabedir və silahlı qüvvələr rəhbərliyinin ictimai həyatda özünün 

peşəkar sahəsindən kənar hec bir fikri olmalı deyil. Ümumilikdə bu bütün Avropa-

nın mövqeyidir. Bu bir həqiqətdir ki, tipik olaraq,ordu gündəlik işləri aparan hökü-

mətə yox, dövlətə sadiqdir və dövlətin başçısı ordunun nominal olaraq baş koman-

danıdır. Lakin, bu praktika ilə bağlı iki mühüm fərziyyəni dəstəkləmək zəruridir: 

hakimiyyət legitim yolla dəyişirsə, silahlı qüvvələr öz xidməti funksiyalarına uy-

                                                            

121

 

Jeffrey Simon, Central European Civil-Military Relations and NATO Expansion, Institute for 



National Strategy Studies, National Defence University, Washington DC, 1995. 


 

132


ğun olarar yeni siyasi rəhbərliyə xidmət edir və ordunun işi regimin təhlükəsizliyini 

qorumaq yox, milli təhlükəsizliyi qorumaqdır. Dövlət başçısı xalq tərəfindən seçil-

diyi zaman çətinliklər meydana  gələ bilir və ona görə də siyasi hakimiyyətin iki 

mərkəzi nöqtəsi münaqişədə ola bilər və belə halda “birlikdə yanaşı yaşama” zəru-

rilik qazanır. Bu halın baş verdiyi AB-i ölkələrində  və AB-ə yeni qəbul olunmuş 

ölkələrdə zaman-zaman fikir ayrılığı ola bilir,məsələn, Fransa və Rumıniyada hər-

dən bir olduğu kimi,lakin təhrif baş vermir. 

Bu hal hökümətin hərbi və icra strukturları arasında münasibətlərı üçün çətinlik-

lər yaradır. Silahlı qüvvələrin və onların ali rəhbərliyinin tabeliliyi (və ya Baş Şta-

bın), onların ciddi şəkildə mülki rəhbərliyn sükanı altında olmalarını  tələb edir. 

İnkişaf etmiş demokratik ölkələrdə bu cür “nəzarət” bir qayda olaraq şəxsən hökü-

mətin başçısı tərəfindən yox, hökümətin başqa sahələrində olduğu kimi,həmən sa-

hənin naziri tərəfindən rəhbərlik edilir( baxmayaraq ki, Baş Qərargah Rəisinin mü-

əyyən hallarda Baş Nazirə birbaşa çıxış hüququ ola bilər, Biləşmiş Krallıqda oldu-

ğu kimi). Bu tipik Avropa praktikasıdır. Həmçinin, AB-i boyunca, “nəzarət” nomi-

nal olmaqdan daha irəli getmişdir. Ali hərbi rəhbərlik qəti olaraq “ hərbi siyasət

planlaşdırma, programlaşdırma, büdcələmə və xərcləmə məsələlərində yeganə qə-

rarverici deyillər”.  Əlbəttə, indiki dünyada onların hətta  əməliyyat məsələlərində 

tam sərbəstlikləri yoxdur. 

Demokratlk yaxşı idarəçilik baxımından, mülki-hərbi münasibətlərin üçüncü sahə-

si- qanunvericiliyin rolu-mühüm əhəmiyyət daşıyır və burada şəffalıq və hesabatlılıq 

deviz sayılır. Başqa sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də, siyasi məsuliy-

yət--- nə iş görüldüyünü açıqlamaq, izah etmək və onu əsaslandırmaq,icraçının vəzifə-

sidir. Şəffaflığa sadiqlik bu cür ikili məsuiliyyətin yerinə yetirilməsi üçün vacibdir. Qa-

nunvericiliyin məsuliyyəti höküməti hər iki  istiqamətdə hesabata çəkməkdir. Xərclər 

sahəsində, bu təkcə ex ante ( gözlənilən) xərclərə aid olmur, yəni büdcənin yenidən nə-

zərdən keçirilməsini və ya planlanan xərcləri əhatə edərək, həm də ex post-a ( bas ver-

miş,xərclənmiş) şamil edilir, yəni hərbi xərcləri və ya reallaşdırılmış xərcləri yenidən 

gözdən keçirərək. Nəzarəti effektiv həyata keçirmək üçün, seçilmiş parlamentarlar öz 

hüquqlarından istifadə edərək hökümətin işləri necə apardığını bilməli və nəticədə hər-

tərəfli  şəffaflığı israrla tələb etməlidir.Cavabdehliyin daşınmasını,daha sonra lazımi 

strukturlar tələb edir, məsələn,səlahiyyətləndirilmiş  və ya xüsusi komitə  və  xərcləri 

müşahidə etmək üçün-müstəqil audit bürosu. O həmçinin, nəticələri çap olunan müntə-

zəm ictimai “dinləmələr” və ya sorğular və üstəgəl xərcləri rəsmi yoxlanıb tutuşdurulan 

prosedur kimi uyğun prosesləri tələb edir. 

Ordu ilə,daxili təhlükəsizlik işləri ilə məşğul olan analitiklər, alimlər, jurnalis-

tlər, maraq qrupları və digər vətəndaş cəmiyyəti təşkilatları arasındakı münasibət-

lər, mülki hərbi münasibətlərin dördüncü əlavə sahəsi sayılır. Burada da, şəffaflıq 

ən vacib məsələlərdən biridir. İnformasiya olmadığı halda, bir sözlə, açıq hökümət  



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə