1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə67/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   63   64   65   66   67   68   69   70   ...   256

 

148


1.  Zorakı münaqişələrdə insanları qorumalı. Cenevrə Konvensiyasın-

da öz əksini tapmış  əsas prinsiplərin yayılması üçün daha çox çalışmaq 

üçün bu müraciət Beynəlxalq Humanitar Hüququn Fundamental normasını 

bizə xatırladır. 

2.  Silah və sursatların yayılmasından insanları qorumalı. Bu istər 

strateji olsun, istərsə də taktiki, təkcə kütləvi qırğın silahlarını yox, həm də 

atıcı və yüngül silahların,o cümlədən minaların yayılmasını nəzərdə tutur.  

3.  Hərəkətdə olan insanların təhlükəsizliyini dəstəkləməli. Bu miq-

rant  əhali sahəsində beynəlxalq hüquqi alətlərin zəifliyi ilə bağlı mühüm 

məsələdir. 

4.  Münaqişədən sonrakı hallar üçün insan təhlükəsizliyi keçid fondla-

rı təsis etməli. Burada sülhü möhkəmləndirməkdən ötrü müharibədən əldən 

düşmüş cəmiyyətlərin yenidən qurulmasının mühümlüyü barəsində, İnsan 

Təhlükəsizliyi Komissiyası, Brahimi Paneli və Beynəlxalq Müdaxilə  və 

Dövlət Suverenliyi Komissiyası ilə birləşir. Sülh sazişinin imzalanması ki-

fayət deyil- barış, bağışlama və ədalət dinamikası vasitəsilə sülh insanların 

ürəyində və ruhunda olmalıdır. Maliyyə vasitələrinin olması siyasi və fiziki 

yenidənqurmanın vacib alətidir. 

5.  Hədsiz kasıb ölkələrin yararlanması üçün ədalətli ticarət və bazar-

ların  yaradılması Dünya Ticarət Təşkilatının müzakirə etdiyi məsələlərdir. 

Beynəlxalq ticarət sisteminin burada müzakirə etdiyi çoxlu əhəmiyyətli 

məsələlər 5-ci Dünya Ticarət Təşkilatının Nazirlər səviyyəsindəki 2003-cü 

ildə Cancunda keçirilən Konfransında gündəmdə olmuşdur. 

6.   Dünyanın hər yerində minimum həyat standardı təmin etməyə ça-

lişmalı. Bu çox vacib sahədir:geniş yayılmış hədsiz yoxsulluğa qarşı müba-

rizə. Burada işlər, dürüst dialoqla,geniş iştirakla çoxtərəfli həllə aparan qlo-

bal danışıqlar  üzərində qurulmalıdır. Dünya dövlətləri özlərinin verə bilə-

cəyi xərcləri qəbul etməli və sistemli olaraq bu yükün paylaşmasına cəlb 

olunmalıdırlar. 

7.  Başlıca səhiyyə xidmətinə hər kəsin çıxışının olmasına yüksək diq-

qət ayirmalı. Yoluxucu xəstəliklərin yayılmasına fikir verilməsi çox mü-

hümdür, Tuberkulyoz və poliomielit kimi xəstəliklərin qarşısının alındığı 

düşünülür. HİV/AİDS kimi xəstəliklər ən yüksək prioritet kimi əlavə olun-

malıdır. SARS kimi infeksion xəstəliyin birdən peyda olması haqda bilgi 

olmalıdır. Təbii, bu məsələ çoxlu sayda incə beynəlxalq danışıq mövzuları-

na toxunduğu kimi intellektual mulkiyyət hüququ uğrunda mübarizəni də 

əhatə edir. Burada, hökümətlərə yönələn müraciətə ölkələr daxilində nazir-

liklər arasında  ən yaxşı daxili koordinasiya, həmçinin,dünyanın müxtəlif 

hissələrində əhalinin zəif təbəqələrinə fayda vermək üçün, aydın və çevik 



 

149


siyasi xətt daxil edilməlidir. 

8.  Patent hüquqları üçün məhsuldar və tərəfsiz qlobal sistem qurmalı. 

Burada vurğu tərəfsiz sözünün üstünə qoyulmalıdır. 

9.  Bütün xalqları savadla təmin etməli. Fundamental insan hüquqları 

o qədər aydındır ki, onun şərhə ehtiyacı yoxdur, təkcə sadəcə xatırlamaq 

lazımdır ki, keçmişin səhvləri haqda xəbərdar olmaq üçün tarixi öyrənmək 

nə qədər mühümdür. İki min il bundan öncə Cicero tarixin mühümlüyünü 

bu sözlərlə ifadə etmişdir: “Keçmiş zamanlarda nə baş verdiyi haqqında 

bilməmək həmişə üşaq kimi qalmaqdır.Keşmiş əsrlərin əməyindən istifadə 

olunmazsa, dünya həmişə biliyin erkən mərhələsində qalacaq” 

10.  Fərdlərin rəngarəng kimlik və birlik azadlıqlarına hörmət edə-

rək,qlobal insan kimliyi üçün zərurətin aydınlaşdırılması. 

 

Heç kim Aksvörzin fikirlərini sual altına qoymasa da, onun yanaşması, genişli-



yinə görə  tənqid edilmişdir,çünki o təhlükəsizlyi faktiki olaraq hər  şeylə bağla-

mışdlr


129

. Nəticədə, iki yanaşma xətti inkişaf etdirilmişdir: biri minaları, uşaq  əs-

gərləri, humanitar qanunlar,atıcı  və yüngül silahları  əhatə edən praktiki gündəmə 

yönələn qorxudan  qaçınmaq cəhəti; digəri Yapon İnsan Təhlükəsizliyi Trust Fon-

du tərəfindən sponsorluq edilən daha geniş yanaşma arxasınca getmişdir və fermer-

lər və ya balıqçılar üçün ərzaq təhlükəsizliyi, səhiyyə təhlükəsizliyi və məktəb tikil-

məsi kimi rəngarəng layihələri dəstəkləmişdir. 

“İnsan Təhlükəsizliyi” termininin müəyyən çağırışı var,çünki o aydınlaşdırır ki, 

hər hansı  vətəndaşın təhlükəsizliyi onunla nə baş verirsə odur və bu, dövlətin  ən 

əsas qayğısı olmalıdır. Bu baxımdan, “təhlükəsizlik sektoru islahatı” sözləri çox so-

yuq səsləndiyindən ixtiyari dəstək almır. Amma məqsəd eynidir,çünki ancaq de-

mokratik yaxşı idarəçilik bu işi görə bilər. Krause yazdığı kimi, legitim və iştirakçı 

siyasi təsisatlar yaratmaq mübarizəsi əsrlər uzunu davam edən zor işlətmək və zo-

rakılıq qorxusunu gündəlik insan həyatından çıxartmaq səyləri ilə bağlıdır. Bu fikir 

daha yaxşı 2001-ci ildə Beynəlxalq Müdaxilə və Dövlət Suverenliyi Komissiyası-

nın “Qorumaq Məsuliyyəti” hesabatı ilə ifadə edilmişdir və 2004 –cü il Yüksək Sə-

viyyəli Panel vasitəsilə BMT Baş katibi Kofi Annanın, 2005- ci ilin Sentyabrında 

keçirilən BMT sammitinin hazırlıq dönəmində,  ”Genişlənmiş Azadlıqda:Hamı 

üçün  İnkişafa,Təhlükəsizliyə  və  İnsan Hüquqlarına doğru” geniş tövsiyələrində 

özünə yer almışdır. Buna baxmayaraq, onun təklif edilən islahatları o qədər geniş 

                                                            

129


 Keith Krause, ‘Human Security: An Idea Whose Time Has Come?’, S+F Security and Peace, 23

rd

 



year, 2005, No. 1. O  Daniel H. Devbney-in 1999-cu ildə etdiyi ekoloji siyasət üzrə şərhlərinə isnad 

edir. ‘ Əgər  İnsanların rifahını azaldan hər  şey təhlükəsizlik üçün təhlükə sayılırsa onda bu termin 

özünün istənilən analitik faydasını itirir və “pis” üçün uzun bir sinonimə çevrilir. 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə