1 Willem F. van Eekelen



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə66/256
tarix23.01.2018
ölçüsü4,6 Mb.
#22119
1   ...   62   63   64   65   66   67   68   69   ...   256

 

146


ya ehtiyac davam edəcəkdir. Bu baxımdan qüvvədə olan köhnə prinsipə görə sülhü 

saxlama təkcə əsgərlərin işi deyil, lakin bu işi sadəcə əsgərlər görə bilər. Bu o vaxt 

olur ki, onlar yeni təhlükəsizlik mühitinin tələb etdiyi təcrübəyə uyğun təlim keçir-

lər. Və əgər missiya əsil sülhü təmin etməyi tələb edirsə, o zaman ordu, şübhəsiz, 

əvəzedilməzdir. 

Dünya Ticarət Mərkəzinə və Pentaqona yönəlmiş 9/11 hücumları xaricdən təh-

rik edilmiş, lakin daxildəki düzənlə həyata keçirilmişdir. Amerka Birləşmiş Ştatları  

cavab olaraq Əfqanıstandakı Taliban yönətimini vurdu və hakimiyyətdən devirdi

lakin “terrora qarşı müharibə”-də istifadə olunan çoxlu sayda  ölçülər ölkə səviyyə-

sində idi. Kəşfiyyat xidmətləri gücləndirildi və strateji obyektlərin qorunması üçün 

ehtiyat tədbirlər görüldü. İmmiqrasiya daha da ciddi nəzarətə götürüldü və daha 

yaxşı kadrlar seçildi. Bir neçə olkələrdə, qanuni proses olmadan həbslər üçün qa-

nunverici aktlar qəbul edildi. Təhlükəsizlik naminə,şəxsi azadlıqlar azaldıldı. 

Terrorizmə qarşı mübarizə çox çətindir, çünki terrorist təhlükəsi aydın müəyyən 

edilməmişdir. Terrorizm məqsədə çatmaq üçün metoddur. Əgər terrorizm Al-Qaidə 

kimi geniş, faktiki olaraq gözə çarpmayan şəbəkə tərəfindən törədilirsə, ona qarşı 

hərəkətə keçmək çətin olur.Əgər onların məqsədləri çox ümumi olub Qərb həyat 

tərzini dağıtmaqdırsa onlarla danışıqlar aparmaq mümkün deyil və təyyarə qaçıran 

və girov götürənlərlə ənənəvi tədbirlər –əsasən vaxt qazanmaq-təftiş edilməlidir. 

Yeni  əks-tədbirlər daha çox mülki sahəyə aiddir: şübhəli təşkilatların qadağan 

edilməsi, maliyyənin kəsilməsi və çirkli pul dövriyyəsini mümkünsüz edilməsi,po-

lis və kəşfiyyat xidmətlıəri arasında beynəlxalq əməkdaşlıq, kadrların və səyahətçi-

lərin yoxlanilması, əsas infrastruktur və ictimai obyektlərin qorunması və s.  Ordu-

nun ölkədaxili rolu çox məhduddur. Ən yaxşı halda, hava və dəniz məkanının ge-

nişlənən müşahidəsindən əlavə ehtiyat polis qüvvələri də gətirilə bilər. 

Bu hal, ordunun indiki zamanda çox da ehtimal olunmayan ərazi müdafiəsindən 

başqa ölkə daxilində hər hansı rol oynaması haqqında sual yaradır. Medalyonun hər 

iki tərəfində arqumentlər fərqlidir.Ordunun daxilində, “missiyanın sürünməsi”-nə 

qarşı böyük müqavimət vardır, çünki bu hal onların yaxşı əsgər olmasını əngəllə-

yir. Mülki tərəf ordunun ölkə daxilindəki roluna uyğunsuz baxır,  çünki əsgərlər 

mühasirə  və ya müharibə  vəziyyəti istisna olmaqla daxili səhnədə rol oynamaq 

üçün təlim keçməmişlər. Onlar daxildə qanun və qaydanı qorumağı təmin edən ha-

kimiyyət tarazlığı sistemini pozmaq riskinə girə bilərlər. Əksinə, çoxlu ölkələrdə, 

xalq orduya korrupsiyaya və  hədsiz təzyiqə daha çox yönələn polisdən və başqa 

təhlükəsizlik xidmətlərindən daha çox inanır. 

Ölkə daxilində terrorizmlə mübarizə aparmaq güc işlətmək deməkdir, bu da öz 

növbəsində güc işlətməyə kim icazə verir və kim bunu yerinə yetirir sualını ortaya 

qoyur. Hökümətlər “güllə atmaq hüququ”-nun necə tətbiq ediləcəyini, yəni Ədliyyə 

Nazirliyi tərəfindən müsbət ifadə olunmuş səlahiyyət tələb olunur ya yox və hansı 



 

147


hallarda fövqaladə hallar üçün öncədən səlahiyyətə izn veriləcək, aydınlaşdırmalı-

dırlar. İcra,yeni imkanlar və yeni metodlar tələb edir. Polis,jandarma və silahlı qüv-

vələr təhlükəli adamları həbs etmək və neytrallaşdırmaq üçün xüsusi dəstələr for-

malaşdırlr. Buraya dəqiq atııcılar və yaxından döyüş apara bilən qruplar daxil-

dir.Aydındır ki, komanda xətləri aydın və məhsuldardır. Vaxt çox önəmli amildir, 

lakin hökümətin bütün səviyyələrindən qatılan idarələrin sayı böyükdür. ABŞ-da 

koordinasiyanı təkmilləşdirmək üçün xüsusi Daxili Təhlükəsizlik Nazirliyi forma-

laşdırmaq üçün qərar verilmişdir. Başqa ölkələr də ənənəvi ədliyyə və daxili işlər 

nazirliklərindən əlavə olaraq təhlükəsizlik nazirliyinin yaradılmasını nəzərdən keçi-

ririlər. Həlledici amil o olmalıdır ki, normal şərtlər daxilində mövcud olan xəbər-

ləşmə və səlahiyyət xətləri fövqaladə hallar üçün də istifadə oluna bilər ya yox. Ye-

ni koordinasiya qatı həmişə təkrarlama və gecikmə riski daşıyır. Ona görə də, bu 

problem ”kim nə edir,nə vaxt və necə” məsələsinə gəlib çıxır və hər kəsin bu çərçi-

vədə öz yerini bildiyini müəyyən edir. Parlamentarlar öz hökümətlərinin açıq ko-

manda xəttlərini müəyyən etməkdə öz boyunlarına mühüm rol götürməlidirlər, 

çünki o,böhran baş verdiyi zaman yüksək səviyyəli dəstək və güc işlədilməsi tələb 

olunanda bütün potensial oyunçuların iştirakını tələb edir. 

 

 Insan Təhlükəsizliyi 



 

“Terrorizm əsrındə” təhlükəsizlik səciyyəvi insan amili formasını alır

128

. Fərdi 


vətəndaşın qorunması demokratik dövlətin təməl prinsipidir. Terror təhlükəsinin tə-

siri böyüdükcə və qorxu və qeyri-müəyyənlik mühiti yaratdıqca, o, daha mürəkkəb 

və çətin olur. İnsan təhlükəsizliyinin konsepsiyası 2001 terror hücumlarından öncə 

inkişaf etdirilirdi. Onun əsas aparıcılarından biri Kanadanın 1995-2000 illərində 

xarici işlər naziri və sonralar BMT Baş katibinin Efiopiya və Eritreyada xüsusi nü-

mayəndəsi olan Lloyd Aksvörz(Lloyd Axworthy) olmuşdur. O  fərdə yönəlmiş təh-

lükənin dövlətə yönəlmiş təhlükədən daha mühüm olduğunu bəyan edirdi. 2003-cü 

ilin yazında  İnsan Təhlükəsizliyi üzrə Komissiya təhlükəsizliyin  ənənəvi,daha 

məhdud anlayışından uzağa gedən bir neçə  geniş miqyaslı nəticə ortaya qoymuş-

dur. Bir çoxları üçün onların miqyası çox geniş gəlmişdir,çünki irəli sürülən tövsi-

yələr yerinə yetirilsə,indiki dünyada yanlış və ya ədalətsiz olan çox şeyi yüngülləş-

dirər. Buna baxmayaraq, ordu və mülkilərin keçmişdən fərqli olaraq tamamilə fər-

qli formatda işləmələrini göstərmək üçün  onları  təkrar etməyə  dəyər. Bu siyahı 

Aksvörzin dərin duyğularını göstərir: 

                                                            

128


 Bax Dr Theodor H. Winkler and Sergei Orzhonikidzhe, ‘State and Human Security in 

the “Age of Terrorism”: The Role of Security Sector Reform’, Geneva: UNOG and 

DCAF, 26 January 2004. Further information available at: 

       http://www.dcaf.ch/news/past_2004/ev_geneva_040126.cfm 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə